Qafqaz Universitetində Qadınlar günü
Qafqaz Universitetində Qadınlar günü ilə əlaqədar tədbir keçirilib
Ötən gün Qafqaz Universitetində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə "Azərbaycan qadını dünən, bu gün və sabah"
adlı tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan Universitetin müdiri, professor Ahmet Sanic deyib ki, qadınlar dünyanın ən zərif, eyni zamanda ən güclü varlıqlarıdır: "Bu gün qadınlar cəmiyyətdə öz layiqli yerlərini tutublar. Onlar elm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə öz bacarıqlarını sınayır və işlərin öhdəsindən layiqincə gəlirlər". A.Sanicin sözlərinə görə, qadınlara hər zaman cəmiyyətdə layiqincə qiymət verilməli, onlar daim diqqət mərkəzində saxlanılmalıdır. Tədbirdə çıxış edən millət vəkili Rəbiyyət Aslanova deyib ki, əvvəlki dövrlərə nisbətən indi Azərbaycan cəmiyyətində qadınlar daha fəal mövqe tuturlar. Dövlət üçün böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirir, Azərbaycan gerçəkliklərini dünya ictimaiyyətinin nəzərinə çatdırırlar: "Bu gün parlamentdə kişilərlə yanaşı, qadın millət vəkilləri də əyləşiblər. Onlar qanunların qəbulu zamanı fəallıq göstərir, təkliflər irəli sürür, vətəndaşlıq mövqeyindən çıxış edirlər". Sonra R.Aslanovaya A.Sanic tərəfindən Qafqaz Universitetinin fəxri diplomu təqdim olunub. Tədbir Universitet tələbələrinin iştiraki ilə keçirilən bədii hissə ilə davam etdirilib.Ötən gün Qafqaz Universitetində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə "Azərbaycan qadını dünən, bu gün və sabah"
SEVİNC