Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub

Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olubRegionun  ən böyük informasiya texnologiyaları şirkətlərindən olan və bu sahədə innovasiyaların formalaşdırılması  və tətbiqi ilə tanınan Türkiyənin “Koç Sistem”  şirkəti  ölkə xaricində ilk araşdırma mərkəzi təsis edib. Belə ki, “Koç Sistem-Azərbaycan”  şirkəti  Qafqaz Universitetinin  Texnoparkında  Tədqiqat Mərkəzi yaradıb. Şirkət  bu Tədqiqat Mərkəzində Qafqaz Universitetinin potensialından faydalanaraq Azərbaycanda və regionun digər ölkələrində  müvafiq xidmət göstərməyi planlaşdırır. Dekabrın 15-də Tədqiqat Mərkəzinin  açılışı olub. Mərasimdə  Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, “Koç Sistem”in (Türkiyə) araşdırma  üzrə direktoru Ömer Özgür Çetinoğlu, eləcə də digər dövlət qurumlarından,  universitet və institutlardan nümayəndələr,  informasiya texnologiyaları sektorunda fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirib ki,  güclü  universitet olmağın ən önəmli şərtlərındən biri sənaye və iş dünyası  ilə sıx əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq iqtisadi və sənaye yönündə ölkənin inkişafını təmin edir. Qafqaz Universitetinin son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirmək” ideyalarını hayata keçirməkdə olduğunu diqqətə çatdıran rektor yeni açılan mərkəzin bu işə böyük töhfə verəcəyinə əminliyini söyləyib və  “Koç Sistem” rəhbərliyinə onlara  dəstək olduğu üçün təşəkkür edib.
“Koç Sistem - Azərbaycan” şirkətinin baş direktoru, professor Ali Bülent Kutvan bildirib ki, Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılmasinda əsas mədsəd “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin rəqəmsallaşması prosesinə dəstək verməkdir.
Çıxışında yeni layihəni alqışladığını bildirən akademik Ziyad Səmədzadə  Azərbaycan sənayesi tarixində belə bir hadisənin baş verməsi mərasimində iştirak etməsindən sevindiyini dilə gətirib. Komitə sədri  son illər ölkəmizdə rəqabətədavamlı iqtisadiyyat və sənaye sahələrinin yaradılması  istiqamətində  mühüm işlər görüldüyünü diqqətə çatdırıb.
“Azərikimya”  İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev  və digər çıxış edənlər də Tədqiqat Mərkəzinin açılışını yüksək qiymətləndirib, onun  Qafqaz Universitetinin  Texnoparkının inkişaf etdirilməsi, bütövlükdə universitetin maddi-texniki  bazasının genişləndirilməsinə, nəticədə  tələbələrin hazırlıq səviyyəsinin artmasına təkan verəcəyini söyləyiblər.
Çıxışlardan sonra    rəmzi açılışı bildirən qırmızı lent kəsilib və  qonaqlar Tədqiqat Mərkəzi ilə tanış olublar.  
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
http://www.muallim.edu.az/arxiv/2015/47/14.htm

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF