Qafqaz Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin açılışı olub
Regionun ən böyük informasiya texnologiyaları şirkətlərindən olan və bu sahədə innovasiyaların formalaşdırılması və tətbiqi ilə tanınan Türkiyənin “Koç Sistem” şirkəti ölkə xaricində ilk araşdırma mərkəzi təsis edib. Belə ki, “Koç Sistem-Azərbaycan” şirkəti Qafqaz Universitetinin Texnoparkında Tədqiqat Mərkəzi yaradıb. Şirkət bu Tədqiqat Mərkəzində Qafqaz Universitetinin potensialından faydalanaraq Azərbaycanda və regionun digər ölkələrində müvafiq xidmət göstərməyi planlaşdırır. Dekabrın 15-də Tədqiqat Mərkəzinin açılışı olub. Mərasimdə Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, “Koç Sistem”in (Türkiyə) araşdırma üzrə direktoru Ömer Özgür Çetinoğlu, eləcə də di...