Metbuatta “Hüquq elminin müasir problemləri” 2-ci Beynəlxalq elmi-praktiki konfrans

BDU-da “Hüquq elminin müasir problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-praktiki konfrans keçirilir

29/04/10 , 14:32 / azadinform.az

Atif Eyvazov/AZADİNFORM. Bu gün Baki Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasinin 87-ci ildönümünə həsr olunan “Hüquq elminin müasir problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-praktiki konfrans işə başlayib. AZADİNFORM xəbər verir ki, tədbirdə çixiş edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, ümümmilli lider Heydər Əliyevin anadan olmasinin 87-ci ildönümü ilə bağli dünyanin müxtəlif ölkələrində, o cümlədən BDU-da silsilə tədbirlər keçirilir.
Konfransin mövzusuna toxunan A.Məhərrəmov qeyd edib ki, elm inkişaf etdikcə onun yeni huquqi bazasi, balansi ortaya qoyulmalidir.
http://ilk10.az/news.php?id=94686

BDU-da “Hüquq elminin müasir problemləri” mövzusunda 2-ci beynəlxalq elmi-praktik konfrans keçirilib


[ 29 Aprel 2010 16:13 ]


Bakı. Kəmalə Quliyeva - APA. Bakı Dövlət Universitetinin (BDU) və Qafqaz Universitetinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Hüquq elminin müasir problemləri” mövzusunda 2-ci beynəlxalq elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, dövlət müstəqilliyinin əldə edəndən sonra Azərbaycan demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atıb. Azərbaycanın qloballaşan dünyaya inteqrasiya etdiyini vurğulayan rektor hüquq elmi ilə bağlı mövcud qanunvericiliyin də təkmilləşdirilməsinin və yenilənməsinin zəruri olduğunu deyib. Rektor bildirib ki, konfransa Azərbaycanla qonşu dövlətlərdən 200-dən çox qonaq qatılıb: “Konfransda əsas müzakirə mövzularından biri də hüquq ixtisası ilə bağlı diplomların qarşılıqlı tanınmasıdır. Bəzən Türkiyədən bizə hüquq təhsili almağa tələbələr göndərirlər. Lakin geri qayıtdıqdan sonra onların diplomları tanınmır. Biz bu məsələnin də yaxın vaxtlarda həllini tapacağına inanırıq”. Rektor deyib ki, konfransın əsas məqsədi hüquq sistemində meydana gələn müasir hüquqi problemlərin həlli yollarını müəyyən etmək və inkişaf etmiş demokratik ölkələrin təcrübəsini Azərbaycana gətirməkdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, hazırda bütün dünyada beynəlxalq hüququn norma və prinsiplərinin nə dərəcədə işləməsi ilə bağlı problemlər var: Təəssüf ki, bəzən siyasi məsələlər hüququ üstələyir və problemlərin həllində hüquq aciz qalır”.

Z. Əsgərovun sözlərinə görə, Azərbaycan mükəmməl Konstitusiyaya malikdir. Buna baxmayaraq, cəmiyyət inkişaf etdikcə, Konstitusiyada iki dəfə dəyişiklik etmək zərurəti yaranıb: “Hazırda əsas məsələlərdən biri konstitusion qanunvericiliyi təkmilləşdirməkdir. İnanıram ki, konfransda qəbul edilən tövsiyələr parlamentdə qəbul edilən qanunların mükəmməlliyinə də təsir göstərəcək”.

Daha sonra konfransda Qafqaz Universitetinin rektoru Əhməd Sanıç, Ombudsman Elmira Süleymanova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Qazi Universitetini rektoru Rza Ayhan və digərləri çıxış ediblər.

Konfrans işini bölmələrlə davam etdirib.

http://az.apa.az/xeber_BDU-da_%E2%80%9CHuquq_elminin_muasir__185571.html

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ "HÜQUQ ELMİNİN MÜASİR PROBLEMLƏRİ" MÖVZUSUNDA ÜÇÜNCÜ BEYNƏLXALQ KONFRANSIN GƏLƏN İL TÜRKİYƏDƏ KEÇİRİLMƏSİ QƏRARA ALINMIŞDIR

Bakı, 30 aprel (AzərTAc). Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Hüquq elminin müasir problemləri" mövzusunda növbəti üçüncü beynəlxalq konfrans gələn il Türkiyədə keçiriləcəkdir.
Bununla bağlı qərar Bakıda "Hüquq elminin müasir problemləri" mövzusunda ikinci beynəlxalq konfransın aprelin 30-da keçirilmiş yekun iclasında qəbul edilmişdir.
Bakı Dövlət Universitetinin və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 10-dək ölkədən 200-ə yaxın elm xadimi iştirak etmişdir.
Qafqaz Universitetində bölmə iclasları ilə başa çatan konfransın yekun qətnaməsində Azərbaycanda hüquq ixtisası üzrə təhsil alan tələbələrin diplomlarının Türkiyədə tanınması ilə bağlı maddə də yer almışdır. Bundan əlavə, gələn il bu tədbirdə iştirakçı ölkələrin sayının artırılması da nəzərdə tutulmuşdur.
Konfransda təqdim olunan layihələr müvafiq qanunvericilik orqanlarına ünvanlanacaqdır.

http://www.tkaonline.org/haberler-azerbaycan/10506.html

Bakıda “Hüquq elminin müasir problemləri” mövzusunda ikinci beynəlxalq konfrans işə başlayıb

Aprelin 29-da Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Hüquq elminin müasir problemləri” mövzusunda ikinci beynəlxalq konfrans işə başlamışdır. Tədbirdə 10-dək ölkədən 200-ə yaxın elm xadimi iştirak edir. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad etmişlər. Konfransın keçirilməsində əsas məqsəd elmi-texniki tərəqqinin və işgüzar həyatın inkişafı nəticəsində hüquq sistemində meydana gələn müasir hüquqi problemlərin həlli üçün irəli sürülən elmi-praktiki təklifləri ümumiləşdirmək və inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsini öyrənməkdir. BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd etmişdir ki, konfransda xüsusilə Azərbaycanda təhsil alan xarici tələbələrin, əsasən də İran və Türkiyədən olan tələbələrin diplomlarının öz ölkələrində tanınması məsələsi müzakirə ediləcəkdir.

http://mqfxeber.az/news/2975.html

Azərbaycan diplomların tanınması üçün 3 ölkə ilə danışıqlar aparır
29 Aprel 2010

Bakı Dövlət Universitetində (BDU) keçirilən “Hüquq elminin müasir problemləri” mövzusunda II beynəlxalq konfrans çərçivəsində Azərbaycan 3 ölkə ilə diplomların qarşılıqlı tanınması ilə bağlı danışıqlar aparır.

Lent.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib. O deyib ki, məsələ konfransda iştirak etmək üçün Bakıda olan Türkiyə, İran və Rusiya ölkələrindən gələn alimlər qarşısında qaldırılacaq. “Mən inanıram ki, biz bu danışıqların əməli bəhrəsini görəcəyik. Çünki burada Türkiyədən və İrandan çoxsaylı tələbələr təhsil alır. Lakin onlar diplomla öz ölkələrinə qayıdanda, diplomlar tanınmır” – deyə, o bildirib.

“Hüquq elminin müasir problemləri” mövzusunda II beynəlxalq konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc da bu məsələyə toxunub. O, öz ölkəsində hüquq fakültəsinin diplomlarının tanınması ilə bağlı məsələnin yaxın vaxtlarda həll olunacağına inandığını bildirib. LENT.AZ

http://www.mektebler.az/news/read/1418


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF