Türkiyenin tehsil naziri Nemet Çubukçu Qafqaz Universitetinde

Bu günlerde ölkemizde resmi seferde olan Türkiyenin tehsil naziri Nemet Çubukçu ve onun başçılıq etdiyi nümayende heyyeti resmi devet çerçivesinde Azerbaycan Tehsil nazirliyi ile iki ölke arasında tehsil sahesindeki emekdaşlığın inkişaf perspektivlerini müzakire etmek meqsedi ile Azerbaycana sefer edib. Bu meqsedle Azerbaycanın tehsil naziri Misir Merdanov ve Prezident İlham Eliyevle görüşler keçirib.

Seferin ikinci günü Nazir Nemet Çubukcu Qafqaz universitetinde telebe ve müellim kollektivi ile görüşüb. Qeyd edek ki, nazir Nemet Çubukçuya ve onun başçılıq etdiyi nümayende heyyetine Qafqaz Universiteti barede etraflı melumat veren Universitetin rektoru professor Ahmet Saniç deyib ki, bu tehsil müessisesi 1993-cü ilde fealiyyete başlayıb. Onun sözlerine göre, Universitet Türkiye ve Azerbaycanın elmi-texniki ve pedaqoji potensialını birleşdirerek yüksek seviyyeli mütexessisler hazırlayır.

Sonra söz Qardaş ölkenin tehsil naziri Nemet Çubukçuya verildi. Nazir bildirdi ki, Azerbaycanla Türkiye arasında sıx dostluq qardaşliq elaqeleri mövcuddur.

Görüşün sonunda Nemet Çubukçuya Qafqaz Universitetinin xüsusi plaketi ve "Çağ" Öyretim İşletmeleri İdare Heyetinin sedri Enver Özeren terefinden "Heyder Eliyev ve Çağ öyretim" kitabı teqdim edilib.

Receb Rza

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF