Son xeberler Bu gün İstanbul Universiteti ile Qafqaz Universiteti arasında Memorandum imzalanıb

Bu gün Türkiyenin İstanbul Universitetinin rektoru Yunus Söyletin rehberlik etdiyi nümayende heyeti Qafqaz Universitetinde olub. Bu barede melumatı AZADİNFORM-a Qafqaz Universitetinden veribler. Görüşde her iki ali tehsil ocağı arasında beynelxalq elaqeleri inkişaf etdirmek meqsedile elm ve tehsil sahesinde ümumi maraqlara esaslanan emekdaşlğı nezerde tutan Memorandum imzalanıb. Tedbirde çıxış eden Qafqaz Universitetinin rektoru Ahmet Saniç Azerbaycanın dost ve qardaş ölke olduğunu diqqete çatdıraraq ümummilli lider Heyder Eliyevin “Bir millet iki dövlet” ifadesinin ebedi olacağını söyleyib. Y.Söylet rehberlik etdiyi ali tehsil ocağının esasının 1453-cü ilde Fateh Sultan Mehmet terefinden qoyulduğunu diqqete çatdırıb. O bildirib ki, hazırda universitetde 55 min telebe tehsil alır ve bu ali tehsil müessisesi dünyanın 500, Asiyanın ise 100 en yaxşı universitetleri sırasındadır. Onun sözlerine göre, universitetde 37 fakülte fealiyyet gösterir. Rektor onu da elave edib ki, bu yaxınlarda universitetin iki azerbaycanlı telebesi uzmanlıq imtahanlarında 15 min telebe arasında 1 ve 2-ci yerlerin qalibi olub.

http://azadinform.az/index.php?dn=news&to=art&id=18636

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF