Yenilikçi təhsil ocağı:Çinar Jurnalı

Azərbaycan pedaqoji ictimaiyyətinə yenilikçi təhsil ocağı kimi tanınmış "Çağ" Öyrətim İşlətmələri Şirkətinin yeni mətbu orqanı olan "Çinar" jurnalının nəşrə başlaması mühüm pedaqoji, həmçinin elmi hadisədir. Məktəb pedaqoqikası və psixologiyasının aktual problemlərinin həllinə yardım etməyi qarşısına məqsəd qoymuş kollektivi çoxsaylı təhsil işçiləri adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Vəzifələrimiz aydındır. Bu vəzifələri Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev müəyyənləşdirmişdir və onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Biz isə bu müqəddəs ideyaların, tapşırıqların və tövsiyələrin gerçəkləşməsində ləyaqətlə çalışmalı, yeni Azərbaycana layiq yeni insanlar yetişdirməliyik. Yeni insan isə müasir elmi biliklərə yiyələnmiş, bu biliklər əsasında bacarıq və vərdişlər qazanmış, bilik, bacarıq və vərdişlərini mənsub olduğu xalqın mənafeyi, insanlığın mənafeyi naminə sərf edə bilən insandır. Bu insanın yetişməsində dövlətimizin başçısı cənab İlham Əliyevin atdığı addımları bütün xalqımız alqışlayır. Xüsusilə bugünkü gənclik öz prezidentinin qayğısını, diqqətini hər an duyur, hiss edir, görür və məmnunluqla qarşılayaraq qiymətləndirir. "Çinar" jurnalı özünün yeni fəaliyyətini bu istiqamətə yönəltmiş, valideynləri pedaqoqika, psixologiya, yaş fiziologiyası, hətta sağlıq və tibbi biliklərə maarifləndirməyi qarşısına məqsəd qoymuşdur. İnanırıq ki, Azərbaycan-Türkiyə özəl liseyləri bu yeni təşəbbüsü ilə Azərbaycan və Türkiyə maarifçiləri arasında daha bir körpünün salınmasına xidmət edəcəkdir.
Misir MƏRDANOV Azərbaycan Respublikasının Təhsil naziri

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF