Qafqaz Universitetində soyqırım qurbanlarının xatirəsi anılıb

Dünən Qafqaz Universitetində Qaçqın və Məcburi Koçkün Gənclər Təşkilatı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi, Qafqaz Universiteti, Gənc Akademiya Klubu, Teatr Dərnəyi və "Çağ" Öyrətim İşlətmələrinin dəstəyi ilə 26 fevral - Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1992-ci ildə Ermənistan ordusu və rus hərbi birləşmələri tərəfindən Xocalı sakinlərinə qarşı törədilən soyqırım 20-ci əsrin ən böyük faciəsidir. Xocalı faciəsinin üzərindən 16 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətli soyqırımı, onun qurbanlarını unutmur və hər il qanlı 26 fevral tarixini böyük hüznlə yad edir: "Xocalı faciəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına, xocalılara qarşı törədilən qanlı soyqırımdır. Hər bir azərbaycanlı bu soyqırımı unutmamalı və gələcək nəslin hər bir üzvünü bu faciə barədə məlumatlandırmalıdır". Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Ələkbərli bildirib ki, Xocalı rayonu 4 ay ermənilər tərəfindən mühasirədə saxlanıldıqdan sonra işğal olunub: "Bu 4 ay ərzində dəfələrlə rayon atəşə tutulsa da, çox az insan Xocalını tərk edib. İnsanlar bununla da mənfur düşmənə mərdliklərini, qorxmazlıqlarını sübut ediblər. Soyqırım zamanı ermənilər tərəfindən yüzlərlə qoca, qadın, uşaq qətlə yetirilib. Bu həqiqətləri gələcək nəslin bilməsi üçün isə təbliğat işi aparılmalı, faciənin ildönümü hər il qeyd edilməlidir". Mərasim zamanı Seyidağa Mövsümovun "Əsrin faciəsi" adlı sənədli filmi nümayiş olunub. Tədbirin sonunda Qafqaz Universitetinin tələbələrinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib:
Mərasimdə eyni zamanda Qafqaz Universitetində fəaliyyət göstərən Qafqaz Araşdırmalar İnstitutu tərəfindən hazırlanan "Qarabağ savaşı" adlı kitabın təqdimatı da keçirilib.
S.QARAYEVA
http://www.525.az/






Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF