6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycanda keçirilən seçmə-final mərhələlərində kövrək və səmimi anlar yaşanıb.

Türkcə dünya dilləri sırasına qoşulur
6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan və Ukraynada keçirilən seçmə-final mərhələlərində kövrək və səmimi anlar yaşanıb.
Orta məktəb şagirdlərinin söylədikləri şeir və mahnılar mərasim iştirakçılarının gözlərini yaşardıb. Azərbaycanın təhsil naziri Misir Mərdanov türk dilinin beynəlxalq dilə çevrilmək yolunda olduğunu, Türkiyənin XİN başçısı Əli Babacan isə: “Bir ölkənin dilini öyrənmək əslində o ölkənin mədəniyyətini, tarixini öyrənməkdir”, - deyiblər. 6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan və Ukraynada keçirilən seçmə-final mərhələlərində kövrək və səmimi anlar yaşanıb. Orta məktəb şagirdlərinin söylədikləri şeir və mahnılar mərasim iştirakçılarının gözlərini yaşardıb. Azərbaycanın təhsil naziri Misir Mərdanov türk dilinin beynəlxalq dilə çevrilmək yolunda olduğunu, Türkiyənin XİN başçısı Əli Babacan isə: “Bir ölkənin dilini öyrənmək əslində o ölkənin mədəniyyətini, tarixini öyrənməkdir”, - deyib.Ötən şənbə Musiqili Komediya Teatrında 6-cı Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycan üzrə finalı keçirilib. Finalda bu ilin may ayında Türkiyədə keçiriləcək yarışmada ölkəmizi təmsil edəcək komandanın tərkibi müəyyənləşib.Olimpiadada Azərbaycanı təmsil edəcək komanda 140 məktəbdən 5 min şagird arasında seçilib. Komandanın tərkibinin müəyyənləşdirilməsi üçün hazırlıq işlərinə hələ ötən ilin sentyabr ayından başlanılıb. Səkkiz nəfərdən ibarət komandanın heyəti tam formalaşıb. Şagirdlər şeir, mahnı, qramatika, nitq və xüsusi qabiliyyət kateqoriyaları üzrə müəyyənləşdirilib. Məktəblilərdən 5-i şeir söyləməklə öz bacarığını nümayiş etdirib. Müsabiqədə iştirak edən 6 məktəbli isə mahnı oxumaqla məharətini göstərib. İncəsənət ustaları və mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarı çox ləngimədi. Əvvəlcə şeir söyləmək üzrə qalib elan olundu: Lamiyə Şərifova. Qalibi Azərbaycanın təhsil naziri Misir Mərdanov təbrik etdi. Şagirdlərin söylədiyi hər bir şeirdən təsirləndiyini bildirən M. Mərdanov tədbirin əhəmiyyətindən danışdı: “Bu cür tədbirlər təhsil sisteminin inkişafına təkan verməklə yanaşı, ölkələrimiz arasında əlaqələrin genişlənməsinə də zəmin yaradacaq. Finalda iştirak etmək üçün Türkiyədən mötəbər qonaqların gəlməsi də olimpiadaya bu ölkədə mühüm əhəmiyyət verilməsinin göstəricisidir”. ”Türk dili beynəlxalq dilə çevrilməlidir”, - deyən təhsil naziri yarışmanın bu istiqamətdə atılmış mühüm addım olduğunu vurğuladı. Bütün namizədləri dinlədikdən sonra münsiflər heyəti məharətli mahnı ifaçısını da müəyyən etdilər. Münsiflər heyətinin seçiminə əsasən, ən yaxşı mahnı ifaçısı Xədicə Əlizadə oldu. Mahnı ifaçılarına hədiyyəni Türkiyə Parlamentinin Təhsil komissiyasının sədri, millət vəkili Mehmet Sağlam təqdim etdi. Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov isə 6-cı Beynəlxalq Türkcə Olimpiadasının 120 ölkə arasında həm də mədəni əlaqələrin inkişafına səbəb olacağını dedi.Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Karslıoğlu da final mərhələsinin Azərbaycanda təntənəli şəkildə keçirilməsini yüksək qiymətləndirdi.”Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən isə çıxışında Azərbaycanda ümummilli lider Heydər Əliyevin xeyir duası ilə fəaliyyətə başladıqlarını xatırlatdı. “Fəaliyyətimizi prezident İlham Əliyevin dəstəyi ilə davam etdiririk. Azərbaycanın təhsil sisteminin inkişafı üçün bundan sonra da əlimizdən gələni edəcəyik”, - deyə o, qeyd etdi. Yeri gəlmişkən, Ukraynada da 6-cı Beynəlxalq Türkcə Olimpiadalarında bu ölkəni təmsil edəcək komanda üzvlərinin seçmə mərhələsi keçirilib. Tədbirin açılış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Əli Babacan olimpiadaya hazırlaşan şagirdlərlə bir araya gəlməkdən məmnun olduğunu bildirib. O, olimpiadaya marağın ildən-ilə artmasına diqqət çəkib: “Bir ölkənin dilini öyrənmək əslində o ölkənin mədəniyyətini, tarixini öyrənməkdir. Nə qədər çox dostunuz türk dilini bilsə, ölkələrimiz bir-birinə o qədər yaxınlaşar. Bu mənada dilimizə marağın artması bizləri çox sevindirir”.

Nicat İntiqam
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF