Alman tələbələr Universitetimizdə
Universitetimiz DAAD (Deutshce Akademischer Austausch Dienst) qurumunun dəstəyi ilə Almaniyanın müxtəlif universitetlərində təhsil alan 17 tələbə üçün Yay məktəbi təşkil edib. Yay məktəbində tələbələrə Dağlıq Qarabağ problemi, Azərbaycanın dövlət quruluşu, tarixi, adət-ənənələri, musiqi və söz sənəti ilə bağlı ətraflı məlumatlar verilir. Tələbələrlə Qafqaz Universitetində görüşə gələn
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Peer Stankina ölkələrimiz arasındakı mövcud siyasi və iqtisadi əlaqələr barədə danışıb. O bildirib ki, Azərbaycan qədim tarixi köklərə malik bir ölkədir. Səfirin sözlərinə görə, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Hər iki ölkə arasında əməkdaşlıq əlaqələri mövcuddur və Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana istənilən dəstəyi göstərməyə hazırdır: "Biz ümid edirik ki, bu münaqişə tez bir zamanda öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq". P.Stankina vurğulayıb ki, Azərbaycanda xarici ölkələrin vətəndaşları üçün əlverişli şərait yaradılıb. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Azərbaycanla Almaniya arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələri mövcuddur: "Mən inanıram ki, gələcəkdə bu əlaqələr daha da genişlənəcək . Elə həmin gün Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Elmar Qasımov Təhsil nazirliyində Almaniyalı tələbələri qəbul edib nazir müavini tələbələrə ölkəmizdə gedən inkişaf və quruculuq işlərindən geniş məlumat verib .Tələbələr nazir müavininə onlara göstərilən qayğıya görə Təhsil nazirliyinə, Almanniya səfirliyinə Qafqaz universitetinə öz dərin minnətdarlıklarını bildiriflər.