“Çağ” Öyrətim Şirkətinin ölkəmizdəki fəaliyyətinin 15 ili tamam olur .
“Gördüyümüz işlər sabahımız üçündür, nailiyyətlərimiz qardaşlığımızın qazancıdır”
“Çağ” Öyrətim Şirkətinin ölkəmizdəki fəaliyyətinin 15 ili tamam olur .
Bu şirkətin ölkəmizdə 10 liseyi, 10 ali məktəbə hazırlıq kursu, 1 universiteti, 1 gimnaziyası və 1 ibtidai məktəbi fəaliyyət göstərir. Bu təhsil ocaqlarında təhsil alan şagirdlər indiyədək ölkəmizə beynəlxalq olimpiadalardan 200-dən çox medal gətiriblər. Yubiley ərəfəsində şirkətin İdarə Heyətinin sədri Ənvər Özərənlə söhbətləşdik.
- Ənvər bəy, Azərbaycanda təhsil fəaliyyəti ilə məşğul olmaq ideyası haradan ortaya çıxdı?

- Bir nümunə ilə fikrimi izah edim. 1918-ci ildə Anadoludan və eləcə də o zamankı Osmanlı dövlətinin müxtəlif bölgələrindən Qafqaz İslam Ordusunun tərkibində soydaşlarımız Azərbaycana gəldilər, həm də müharibəyə - qardaş Azərbaycanı rus-erməni cəlladlarının zülmündən xilas eləməyə, şəhid olmağa gəldilər. Ona görə də bu mövzuda sualların ən gözəl cavabını tarixdə tapmaq mümkündür. Biz də o insanların nəvələriyik və onların izi ilə buralara gəlmişik. 1990-cı ildə Bakıda 20 Yanvar hadisələri baş verəndə milyonlarla insan Türkiyədə yasa batdı. Bizim şirkətin qurucuları özlərini Bakıya çatdıranda şəhidlərin qanı hələ qurumamışdı. Bizi bura göndərən böyüklərimiz: “Azərbaycanlıların öldükləri yerdə siz də ölün, onlarla birlikdə olun, onlara arxa durun”, - demişdilər. 1991-ci ildə Heydər Əliyev cənabları hələ Naxçıvanda olarkən şirkətimizin rəhbərlərini qəbul etmiş və Azərbaycanda fəaliyyətə başlamaq haqqında təklifləri bəyənmişdi. Şirkətimizin fəaliyyətinə o, xeyir-dua verdi və sonrakı illərdə də dəstəyini əsirgəmədi. Təbii ki, bu gün 15 yaşını bayram eləməyə hazırlaşan “Çağ” Öyrətim Şirkəti o böyük insanı, onun hər cür dəstəyini böyük sevgi və sayğı ilə xatırlayır və haqlı olaraq özünü bu böyük insanın mirası hesab edir. Bu gün Türkiyə ilə Azərbaycan arasında əsl qardaşlıq körpüsü rolu oynayan liseylərimizə yaşıl işığı Heydər Əliyev cənabları yandırdı. Biz onu şirkətimizin Fəxri Baş Müəllimi və mənəvi memarı olaraq qəbul etmişik.
- Heydər Əliyev sizin liseyləriniz haqda tez-tez fəxrlə danışır, sizi nümunə göstərirdi.
- Heydər Əliyev sizin liseyləriniz haqda tez-tez fəxrlə danışır, sizi nümunə göstərirdi.
- Əlbəttə, Heydər Əliyev cənabları uzaqgörən siyasətçi idi. Sovet hökuməti dağılanda, Azərbaycanda yeni iqtisadi siyasətə ehtiyac duyulurdu. Həmin dövrdə təhsil sahəsində də islahatlar aparmaq zərurəti ortaya çıxmışdı. Təhsil ölkənin gələcəyinə qoyulan sərmayədir. Ona görə də Əliyev cənabları öz dəstəyini bizdən əsirgəmədi, bizi daim ruhlandırdı. Heç unutmaram: 2002-ci ildə İndoneziyada keçirilən beynəlxalq fizika olimpiadasında şagirdlərimiz 3 qızıl və 1 gümüş medal qazanaraq, 69 ölkə arasında 3-cü yeri tutdular. Cənab Əliyev bunu “əfsanəvi qələbə” adlandırmışdı.
- Qafqaz Universiteti bu gün Azərbaycanın özəl universitetləri arasında xüsusi yerə sahibdir. TQDK-nın hesabatlarında “Qafqaz” ən yüksək reytinqə malik təhsil ocağı hesab edilir.
- Qafqaz Universiteti bu gün Azərbaycanın özəl universitetləri arasında xüsusi yerə sahibdir. TQDK-nın hesabatlarında “Qafqaz” ən yüksək reytinqə malik təhsil ocağı hesab edilir.
- Qeyd edim ki, ciddiyyət və məsuliyyət bizim fəaliyyətimizin əsas prinsipləridir. Builki şüarımız “Etimada sədaqətlə 15 il”dir. Qafqaz Universitetini açarkən biz belə bir söz vermişdik ki, burada Harvard və Oksford kimi məşhur bir təhsil ocağı quracağıq. Sonrakı illərdə onun göstərişi ilə Abşeron rayonu ərazisində bizə ayrılmış ərazidə universitet şəhərciyi salmağa başladıq. Bu gün də orada işlərimiz davam edir və qürurla deyə bilərik ki, Türkiyənin bir çox universitetlərində olmayan şəraiti biz “Qafqaz”da qura bilmişik. Universitetimizdə yüksək tələblərə cavab verən, Türkiyə, Avropa və ABŞ-da elmi dərəcələr almış kadrlar çalışırlar. Bizim kadrlarımız bəşəri və milli dəyərlərə sahib, millətini, dövlətini sevən, azərbaycançılığı əsas tutan insanlardır. Universitetimiz yerli universitetlərlə yanaşı, Türkiyə və Amerikanın ali təhsil ocaqları ilə də əlaqələr qurub.
- “Qafqaz”ın məzunları iş tapmaqda çətinlik çəkmirlər ki?
- “Qafqaz”ın məzunları iş tapmaqda çətinlik çəkmirlər ki?
- Tələbələrimiz yüksək təhsil aldıqları və əsl mütəxəssis kimi yetişdikləri üçün hələ məzun olmadan yerli və xarici şirkətlər onlara təqaüd ayıraraq, işə dəvət edirlər. Məzunlarımızın səksən faizindən çoxu bu gün yerli və xarici şirkətlərdə, dövlət sektorunda çalışır. Xarici ölkələrdə magistratura və doktorantura təhsili alan məzunlarımız da var. Onu deyə bilərəm ki, “Qafqaz”ın məzunları işsiz qalmırlar. Bu işdə universitetimizin iş dünyası ilə əlaqələri də böyük rol oynayır. Biz iş adamları ilə birlikdə seminarlar keçirir, onlarla bir araya gəlib, fikir mübadiləsi aparırıq.
- Universitetinizlə bağlı planlarınız nələrdir?
- Universitetinizlə bağlı planlarınız nələrdir?
- Universitet şəhərciyimizdə beynəlxalq yarışların keçirilə biləcəyi böyük bir idman salonu tikməyi planlaşdırırıq. Ən böyük düşüncəmiz isə rayonlardan gəlib, Bakıda mənzil problemi ilə üzləşən tələbələrimizin həyat şəraitini asanlaşdırmaq üçün böyük yataqxanalar tikməkdir.
- Liseylərinizdə təhsil alan şagirdlər, demək olar ki, hər il beynəlxalq olimpiadalarda iştirak edərək, Azərbaycanın bayrağını ucaldırlar. Bu uğurları necə əldə edirsiniz?
- Liseylərinizdə təhsil alan şagirdlər, demək olar ki, hər il beynəlxalq olimpiadalarda iştirak edərək, Azərbaycanın bayrağını ucaldırlar. Bu uğurları necə əldə edirsiniz?
- Düşünürəm ki, öz vətənini sevən hər bir türkiyəli Azərbaycanı da eyni duyğularla sevməlidir. Şagirdlərimizin hər dəfə Azərbaycan bayrağını göylərə ucaltması bizə misilsiz fərəh hissi yaşadır. Çünki dövlətə bağlılıq, vətən və bayraq sevgisi tərbiyədə çox önəmli amillərdir və biz həmişə bu mövzulara həssaslıqla yanaşırıq. 1994-cü ildən bu günə qədər şagirdlərimiz 40-dan çox olimpiadaya qatılıblar və Azərbaycana 43-ü qızıl olmaqla, 200-dən çox medal gətiriblər.
- Liseylərinizdə ingilis dilinə önəm verilməsi nə ilə bağlıdır?
- Liseylərinizdə ingilis dilinə önəm verilməsi nə ilə bağlıdır?
- Belə bir söz var, iki dil bilən iki adamdır, üç dil bilən üç adamdır. Biz də çalışırıq ki, yetişdirdiyimiz insanlar daha çox insanlar olsunlar. Onlar gələcəkdə Azərbaycanı beynəlxalq miqyasda təmsil edəcəklər. Ona görə də biz şagirdlərimizin xarici dillərə yiyələnməsi məsələsinə xüsusi əhəmiyyət veririk. Amma bir məqamı həmişə öndə tuturuq: şagirdlərimiz Azərbaycanı sevəcəklər, öz dilini sevəcəklər, xalqını, bayrağını, millətini, dövlətini sevəcəklər.
- Təhsil Nazirliyi ilə münasibətləriniz necədir?
- Təhsil Nazirliyi ilə münasibətləriniz necədir?
- Yüksək səviyyədə. Bizim şirkətimiz Azərbaycan şirkətidir. Biz Azərbaycan Təhsil Nazirliyinin təsdiq etdiyi proqramla dərs keçirik. Uzun illərdən bəri iş prosesi zamanı mən təhsil naziri cənab Misir Mərdanovun nə qədər geniş dünyagörüşünə sahib olduğunu gördüm və deyim ki, bu cür insanla işləmək həqiqətən böyük xoşbəxtlikdir. Bu zamana qədər mən Misir müəllimin kiminsə dalınca danışdığını görmədim. Təkcə bu fakt özlüyündə çox şey deyir.
- Şirkətinizdə işləyən müəllimlərin keyfiyyətlərini necə xarakterizə edərdiniz?
- Şirkətinizdə işləyən müəllimlərin keyfiyyətlərini necə xarakterizə edərdiniz?
- Biz savadlı, səliqəli, məsuliyyətli, pis vərdişləri olmayan, vətənini, millətini, bayrağını sevən, dedi-qodu etmək əvəzinə gördüyü qüsurü düzəltməyə çalışan insanlarla işləyirik. Söhbət təkcə müəllimlərdən getmir, bizim bütün əməkdaşlarımız bu tələblərimizi yaxşı bilirlər. Yəni bizim sürücümüz də dediyi hər sözə diqqət yetirir, şagirdlərin yanında nalayiq hərəkətlərə yol vermir.
- Bu gün Azərbaycanda dünyanın müxtəlif ölkələrindən gəlmiş iş adamları yaxşı pul qazanırlar. Bu düsturu sizin müəllimlərinizə də şamil etmək olarmı?
- Bu gün Azərbaycanda dünyanın müxtəlif ölkələrindən gəlmiş iş adamları yaxşı pul qazanırlar. Bu düsturu sizin müəllimlərinizə də şamil etmək olarmı?
- İnsanlar çox pul qazana bilərlər, amma çox pul qazanmaq hələ zəngin olmaq demək deyil. Mən həmişə müəllimlərimizə deyirəm: “Siz təhsili özünüzə sənət seçmisiniz. Sizin zənginliyiniz budur”. Onu da söyləyim ki, müəllimlərimizin bura gəlmələri də fədakarlıqdır. Onlar bura pul qazanmaq üçün gəlməyiblər. Bu duyğunu pul ilə ölçmək mümkün deyil. Yenə Türk İslam Ordusunu xatırlatmaq istəyirəm. Onları bu torpaqlara çəkib gətirən hansı duyğular idisə, bizim türkiyəli müəllimlərimizi də həmin hisslər bura gətirib. Onlar da tarix yazdılar, bizim fədakar müəllimlərimiz də tarix yazırlar, qardaşlığımızı sözə çevirmirlər, yaşayır və hər kəsə də göstərirlər.
- Bu gün dünyamız narkotika, alkoqol, əxlaqsızlığın törətdiyi xəstəliklərlə savaşır. Eşitdiyimə görə, nəinki şagirdlərinizin, məzunlarınızın arasında belə, narkotika bir tərəfə qalsın, siqaret çəkənlər yox deyiləcək qədər azdır.

- Biz şagirdlərimizin ailələri ilə mütəmadi əlaqə saxlayırıq. Onları evlərində ziyarət edirik. Uşağın ailədəki həyatını, davranışlarını yaxından izləyirik. Məktəbdə isə müdir də, müəllimlər də, xidmət personalı da bir sözlə, hər kəs ədəb-ərkanla davranırlar. Uşaq da tərbiyəni gördüklərindən götürür.
- Bütün bu fədakarlıqlarınıza, uğurlarınıza baxmayaraq, zəhmətinizə kölgə salmaq istəyənlər, haqqınızda iftira yazanlar da tapılır.
- Bütün bu fədakarlıqlarınıza, uğurlarınıza baxmayaraq, zəhmətinizə kölgə salmaq istəyənlər, haqqınızda iftira yazanlar da tapılır.
- Mən hər kəsi təhsil müəssisələrimizə dəvət edirəm. Jurnalistlər kimlərdənsə eşitdikləri yalanları yazmamalıdırlar. Məktəblərimizi gəzsinlər, şagirdlərimizi tanısınlar, tədris prosesimizlə maraqlansınlar, sonra da vicdanlarının səsinə qulaq asıb yazsınlar. Bizim əxlaqımız kimsənin arxasınca danışmağı qəbul etmir. Ona görə də haqqımızda yazanlar barəsində bircə onu demək istəyirəm ki, bizim gördüyümüz işlər hamımız üçündür, Azərbaycan və Türkiyə üçündür, sabahımız üçündür. Nailiyyətlərimiz qardaşlığımızın qazancıdır. Ona görə də bu cür dəyərlərə kölgə salmasınlar.
Əli Çərkəzoğlu