Kayıtlar

Nisan, 2007 tarihine ait yayınlar gösteriliyor

QAFQAZ UNİVERSİTETİ ŞƏHƏRCİYİNDƏ GÜL BAĞÇASI

Resim
Azərbaycanımızın çiçəklənməsində yüksək rolu olan Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz bayramindan sonra yeni layihəsini reallaşdırmağa başlamışdır.Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESCO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəyə bir ağac əkək” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər. Təhsildə yüksək uğurlar qazanan Qafqaz Universitetinin tələbələri ictimai həyatda da özünəməxsus aktivlikləri ilə də...

Qafqaz Universitetində Xalq yazıçısı Elçinlə görüş olub

Qafqaz Universitetində Xalq yazıçısı Elçin Əfəndiyevin iştirakı ilə "Azərbaycan ədəbi prosesinin müasir vəziyyəti və perspektivləri" mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic açaraq tədbir iştirakçılarına E.Əfəndiyevin həyat və yaradıcılığı haqda ətraflı məlumat verib. O deyib ki, müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən olan Elçinin ilk hekayəsi 1959-cu ildə çap olunub. Xalq yazıçısının bundan sonra nəşr edilən bir çox hekayələri, povestləri, romanları Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayıb: "Elçin dramaturgiyası teatr sənətində "Elçin teatrı" bədii-estetik məfhumunu yaradıb. O eyni zamanda, Azərbaycan elmi-nəzəri fikrinin ən yaxşı ənənələrini davam, inkişaf etdirən nüfuzlu tənqidçi və ədəbiyyatşünasdır. Elçinin əsərləri milyon tirajlarla nəşr olunub, ingilis, fransız, rus, alman, türk, ispan, macar, rumın, bolqar, çex, slovak, çin, ərəb, gürcü, belarus, eston, lat...

“Bu medallar dünya sülhünə və bəşərin xoş sabahına dəstəkdir”

Resim
Ekologiya sahəsində ölkəmizdə ilk dəfə keçirilən bu beynəlxalq müsabiqənin mükafatlandırma mərasimi isə dünən Əl Oyunları Sarayında təntənəli şəkildə qeyd olundu. Olimpiadada dünyanın 15 ölkəsindən - Azərbaycan, Türkiyə, Qazaxıstan, İndoneziya, Ukrayna, Rusiya, Tacikistan, Rumıniya, Nigeriya, Moldova, İraq, Hindistan, Gürcüstan, Albaniya və Əfqanıstandan orta məktəb şagirdləri iştirak edir. Müsabiqəyə 203 layihə təqdim olunsa da, münsiflər heyəti onlardan 50-nə yarışa girmək üçün icazə verib. Türkiyənin ətraf mühit və meşə naziri Osman Pepe dünyada ekoloji problemlərə diqqətin sürətlə artdığını söylədi. O, olimpiadada iştirak edən şagirdləri nümunə olaraq göstərdi: “Bu şagirdlər tərəfindən hazırlanan layihələr dünyanın ekoloji təhlükəsizliyinə ən böyük töhfədir. Onlara təqdim edilən medallar dünya sülhünə və bəşərin xoş sabahına dəstəkdir”,- dedi.Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Dövlət Neft Ş...

Türk futbolunun ulduzları Qafqaz Universitetində

Resim
Türkiyə yığmasının sabiq futbolçuları Qafqaz Universitetində tələbələrlə görüşdülər. Bakıda səfərdə olan “Samanyolu” telekanalının idman şöbəsinin müdiri Mehmet Şeyho, “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” klublarının və Türkiyə yığmasının sabiq futbolçuları, hazırda məşqçi kimi çalışan Uğur Tütüneker, Turhan Sofuoğlu və Rəcəp Çətin dünən Qafqaz Universitetində tələbələrlə görüşdülər.Öncə universitetin idman şöbəsinin müdiri Musa Turmuş üç sabiq futbolçu barədə tələbələri məlumatlandırdı. Uğur Tütünekerin “Qalatasaray” klubunun heyətində 1987/88 mövsümündə “Ksamaks” (İsveçrə) ilə keçirdiyi Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyunundan fraqmentlər göstərildi. Səfərdə oynadığı qarşılaşmada 0:3 hesabı ilə uduzan Türkiyə klubunun doğma meydançada 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandığı təkrar oyundan göstərilən fraqmentlər tələbələr tərəfindən maraqla qarşılandı. Qonaqlar Qafqaz Universitetinin fakültələri arasında Novruz bayramı münasibətilə keç...

Bir Millet, İki Devlet

Resim
AZERBAYCAN-TÜRKİYE Bir ananın iki oğlu, Bir amalın iki qolu. O da ulu, bu da ulu Azerbaycan-Türkiye. Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir, Eşqimiz bir, yolumuz bir Azerbaycan-Türkiye. Bir milletik, iki dövlet Eyni arzu, eyni niyyet. Her ikisi cümhuriyyet Azerbaycan-Türkiye. Birdir bizim her halımız, Sevincimiz-melalımız. Bayraqlarda hilalımız Azerbaycan-Türkiye. Ana yurdda-yuva qurdum, Ata yurda könül verdim. Ana yurdum, ata yurdum Azerbaycan-Türkiye. Bahtiyar Vahabzade

İstirahat Quşesi

Resim
Güzel mekânlar için birçok defa “cennet köşesi” tabiri kullanılır. Yoğun bir eğitim- öğretim döneminin ardından hem istirahat etmek hem de geçen yılın değerlendirmesini yapmak üzere bulunduğumuz yer buna uygun tariflenebilecek bir mekândı. Her ne kadar dünyamızda hiçbir yer cennet gibi olmasa da, cennet her türlü tahayyülümüzün fevkinde olsa da; çocukluğumuzdan bu tarafa hayalimizde oluşan cennet tasviri, masmavi gökyüzüne birleşmiş yemyeşil ağaçların bitmezcesine bulunduğu sık ormanların içerisinde, güneşin elmas parıltılı şualarının aksettiği soğuk suların şırıl şırıl aktığı, serin gölgelerin altında dinlenilen ve ruhların sükûnet bulduğu ferahfeza bir mekândır. Henüz geleli bir gün olmadı ama bünyemiz tabiatın sakinleştirici ritmine alışmakta. Gözlerimiz her tarafı kaplayan ormanların yeşili ve gökyüzünün mavisinde dinlenmekte. Yıllanmış ağaçların göğe uzanmış yaşlı ve kalın gövdelerinden çıkan, yemyeşil yapraklarla bezenmiş yüzlerce dalın oluşturdukları...

Galipler talebelerle görüştüler

Resim

Dünya şampiyonu olacağıma söz veririm

Resim

“QAFQAZ” YAZDA

Resim
Universitetin geniş, səliqəli və ən əsası isə gözəl mənzərəli ərazisi digər fəsillərdə olduğu kimi, yazda da müəllim və tələbələrin yenidən oyanan təbiətdən zövq almasına səbəb olur. Belə ki, Qafqaz Universiteti şəhərciyinin Ceyranbatan gölü kənarında yerləşdiyi ərazisi sakitçiliyi ilə yanaşı, həm də təmiz havası ilə də insana rahatladıcı anlar yaşadır. Hələ yazın gözəl günlərində Ceyranbatan gölü kənarındakı meşədə yaşayan quşların civildəşmələri, bülbüllərin ürək oxşayan “nəğmə”si isə bu gözəlllikləri daha da artırır. Bütün bu gözəlliklərin fonunda Universitet tələbələrinin yüksək səviyyədə aldıqları təhsilin nəticəsində gələcəyə ümidlə baxmaları və xoş əhvalruhiyədə öz üxtisaslarına inadla yiyələnməkdə davam etmələri, bu gözəllikləri, sanki bütöv bir şəkildə tamamlayır.

Qafqaz Universitetində Xocalı Faciəsini Anma Programı

Resim
Qafqaz Universitetində Xocalı Faciəsinə həsr olunmuş anma proqramı keçirilmişdir. Universitetin rektorluq binasında keçirilmiş tədbirdə universitetin professor-müəllim və tələbə hey’əti ilə yanaşı, mətbuatdan və ictimaiyyətdən dəvət olunmuş nümayəndələr də iştirak etmişdir. Faciə zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki qardaş ölkənin himnləri səsləndi. Tədbirə açılış sözü ilə başlayan rektor Prof. Ahmet Saniç Xocalı faciəsinin, faciə deyil – soyqırım olduğunu xüsusi vurğuladı. “Güc zalımın əlində olduqca məzlum insanların qanı töküləcək” – deyən natiq, qaniçən erməni terrorçularının cavabının verilmə zamanı olduğunu söylədi. Türkiyənin bu soyqırımı tanıyan ilk ölkə olacağını və mənfur düşmənlərin cavabsız qalmayacağını əminliklə söylədi. Sonra söz, Xocalı da faciyənin canlı şahidi olmuş Xocalı sakini Seyidağa Mövsümova Verildi qoca-cavan, qadın-uşaq demədən qəddarcasına öldürülən insanlara qarşı olmuş bu cinayətin heç bir insanlıq çərçivəsinə ...

Qafqaz Universitetində Novruz Şənliyi

Resim
Martın 16-si Qafqaz Universitetində Novruz Bayramına həsr olunmuş musiqili tədbir kecirilmişdir. Tədbirə bütün Qafqaz ailəsi, müəllimlər, tələbələr, valideynlər, mətbuat nümayəndələri dəvət olunmuşdu. Açılış üçün söz rektor Prof.Dr Ahmet Saniçə verildi. O, Novruz Bayramının Türk-İslam soyu ilə sıx bağlı olduğunu və bu günün Türklərin Ergenekondan çıxış günü ilə üst-üstə düşdüyünü dedi. “Novruz Bayramı bizim bayramızdır” deyən Orta Asiyadan Balkanlara qədər hamının bayramını təbrik etdi. Novruz Bayramına həsr olunmuş ən-ənəvi "Novruz İdman Şənliyi" yarışlarının qaliblərinə Qafqaz Universiteti adından sertifikat və hədiyyələr təqdim edildi, xatirə şəkilləri çəkildi. İdman oyunlarında xüsusi fərqlənən tələbələr də fəxri fərmanlarla mükafatlandırıldı. Mədəniyyət Şöbəsinin təşkil etdiyi bədii hissə hamını sevindirdi. Milli rəqslər, xor kollektivi və Universitetin tələbələrdən ibarət ansablın ifaları, Kosa ilə Keçəlin çıxışı ürəkləri oxşadı. Mədəniyyət Şöbəsinin üzvləri Qafqaz ail...

Azerbaycan-Rusya ilişkilerinin dünü, bu günü ve yarını

Resim
15 mart 2007 tarixində Rusya federaçiyasının fövqəladə və səlahiyyətli səfiri cənab Istratov Vasily Nikolaevic Qafqaz Universitetine təşrif buyurdu. Cənab səfir Azərbaycan Rusya əlaqələrini əks etdirən `Azərbaycan Rusya əlaqələrinin dünəni, bu günü və sabahı.` adlı məruzə ilə çıxış etdi. Tədbirdə Universitetin müəllim tələbə kollektivi, kütləvi informasiya vasitələrinin nümayəndələri və Misir ərəb Respublikasının ölkəmizdəki səfiri iştirak edirdi. Sonra açılış üçün söz Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç bəyə verildi. Qonaqları salamlayan Rektor Rusyanın Azərbaycandakı rolundan qısa bəs etdi. Ahmet müəlim çıxışından sonra söz seminarın əsas məruzəçisi Rusya federaçiyasının fövqəladə və səlahiyyətli səfiri cənab Istratov Vasily Nikolaevicə verildi. Qonaq iştirakçıları salamladı və mövzuya keçdi. Səfir Azərbaycan Rusya əlaqələrinin çox qədim olduğunu və əlaqələrin tarixe dayandığını, elm və yaradıcılıq sahəsində daha qabarıq olduğunu bildirdi. Buna misal olaraq Azərbayc...