Kayıtlar
Mart, 2007 tarihine ait yayınlar gösteriliyor
“Qafqaz”ın cazibəsi "
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Sentyabrın 15-də Qafqaz Universitetində yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirin iştirakçısı oldum. Həmişəkindən fərqli olaraq, bu dəfə tədbirə qəzetçi kimi yox, valideyn kimi qatılmışdım. Universitetin əzəmətli binası önündə çıxış edənlərin sadaladıqları uğurlar məni ötən illərə qaytardı. Hələ 1992-ci ildə Türkiyədən aldığımız tapşırıq əsasında Azərbaycanda univerisitet açmağın şərtlərini araşdırmaq üçün informasiya şöbəsinin o vaxtkı müdiri Nədim Yalçınla işə başlamağımız yadıma düşdü. Sonralar öyrəndim ki, redaksiyamıza müraciət edən Qafqaz Universitetinin qurucuları olublar. Mənə Qafqaz Universitetinə ilk qəbul imtahanlarında nəzarətçi olmaq da qismət olub. O vaxt test üsulu ilk dəfə tətbiq edilirdi və bu universitet qə ilk qəbulunu özü müstəqil keçirmişdi. Bizə - sovet ideologiyası içərisində böyümüş uşaqlara nəzarətçi funksiyasını yerinə yetirmək haqqında verilən təlimatları indi də xatırlayıram. Çox ciddi şəkildə tapşırdılar ki, uşaqlara köçürmək, kənardan kö...
“ƏSRİN LAYİHƏSİ” ADLİ SEMİNAR
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Qafqaz Universitetinde ayliq seminarlar silsilesinden olan novbeti seminar keçirildi. Universitetin rektoru Prof. Dr. Ahmet SANİÇ qonaqları salamlayaraq Azərbaycanın regionda mühüm rolundan danışdı. Universitetin qonağı TUSIAB Yönetim Kurulu Başkanı Dr. Bataçar BAYSAL dünyanın neftə olan təlabatından, dünyanın neft ehtiyyatlarından, Azərbaycan neft stragediyasından, əsrin müqaviləsindən, geniş bəhs etdi. Dünyada ixrac olunan neftin 6 %-i Azərbaycanın payına düşür. Dr. Bataçar BAYSAL çıxışında dünya üzrə ilk neft ixrac edən Azərbaycan olduöunu qeyd etdi.. 1872-ci ildə dünyada ixrac olunan neftin 50 %-i Azərbaycanın payına düşürdü. 20.09.1994-cü ildə H. Əliyevin təşəbbüsü ilə imzalanan “ƏSRİN MÜQAVİLƏSİ” dünyanın Azərbaycana marağını artırdı. Pay bölğüsünə ğörə ABŞ 36.35%, Böyük Britaniya 19.21%, Azərbaycan və Rusiya 10 %, Norveç 8.56 %,Yaponiya 7.45 %, Türkiyə 6.75 %, S.Ərəbistanı 1.68% təyin olunmuşdur. Hazırda Azərbaycan dünya neft siyasətində önəmli yer tutur. H. Əliyevin neft siyas...
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov Qafqaz Universitetində
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov Qafqaz Universitetində görüş keçirib. Görüşdə gələcəkdə Qafqaz Universitetində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətləri üzrə kadrların hazırlanması imkanları nəzərdən keçirilib. Bu barədə məlumatı AZADİNFORM-a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən veriblər. “Çağ-Öyrətim” şirkətinin prezidenti Ənvər Özerenin təşəbbüsü ilə keçirilən görüşdə universitetin rektoru Əhməd Sanıc fakültələr, ixtisaslar, tələbə və müəllim korpusu haqqında məlumat verib. “Qafqaz Universiteti Azərbaycanda fəaliyyət göstərən ən böyük özəl təhsil müəssisələrindən biridir. Universitetdə 2200 tələbə təhsil alır. Burada Malayziyadan, Türkiyədən, Orta Asiya respublikalarından gəlmiş 400-dən çox tələbə müxtəlif ixtisaslara yiyələnir. Universitetdə hüquq, kompyuter və sənaye mühəndisliyi, dövlət və bələdiyyə idarəetməsi, pedaqoji və s. bu kimi gərəkli ixtisaslar öyrədilir. Bu təhsil ocağı 40 mindən çox kitabın toplandığı zən...
Qafqaz Universitetində Qadınlar günü
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Qafqaz Universitetində Qadınlar günü ilə əlaqədar tədbir keçirilib Ötən gün Qafqaz Universitetində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə "Azərbaycan qadını dünən, bu gün və sabah" adlı tədbir təşkil edilib. Tədbiri giriş sözü ilə açan Universitetin müdiri, professor Ahmet Sanic deyib ki, qadınlar dünyanın ən zərif, eyni zamanda ən güclü varlıqlarıdır: "Bu gün qadınlar cəmiyyətdə öz layiqli yerlərini tutublar. Onlar elm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə öz bacarıqlarını sınayır və işlərin öhdəsindən layiqincə gəlirlər". A.Sanicin sözlərinə görə, qadınlara hər zaman cəmiyyətdə layiqincə qiymət verilməli, onlar daim diqqət mərkəzində saxlanılmalıdır. Tədbirdə çıxış edən millət vəkili Rəbiyyət Aslanova deyib ki, əvvəlki dövrlərə nisbətən indi Azərbaycan cəmiyyətində qadınlar daha fəal mövqe tuturlar. Dövlət üçün böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirir, Azərbaycan gerçəkliklərini dünya ictimaiyyətinin nəzərinə çatdırırlar: "Bu gü...