BP Qafqazla yeni layihələr həyata keçirəcək
Qivami Rəhimli - Davamlı inkişaf təşəbbüsləri Manager, BP; Davies Simon - Flow Assurance Mühəndis, BP; Hawkins Paul - Kəmərləri Texniki Authority, BP; Spencer Hazel - İntizam imkanları Manager, BP; Kərimova Aytən -Graduate / University Recruitment Qurğuşun, BP; Şıxlinski Kənan - SDI Layihələr Team Leader, BP; Həmidov Babək - SDI Performans və məlumat koordinatoru, BP Qafqaz universitetində olublar.Universitetin rektoru professor Ahmet Sanıç nümayəndə heyyətinin gəlişindən məmnun olduğunu bildirərək, BP ilə olan əlaqələrin tarixinə nəzər salıb.O, qeyd edib ki, BP ilə əlaqə ilk dəfə 2000- ci ildə fərqlənən tələbələrə təqaüd verilməsi ilə başlayıb.2009-cu ildə imzalanmış müqaviləyə əsasən BP tərəfindən 2011-ciildə 5 kimya mühəndisliyi, 2013-cü ildə isə 11 mexanika mühəndisliyi laborortoriyası açılmışdır.Bu laborotoriyaların sayəsində Qafqaz universiteti tədrisin keyfiyyətini artıraraq dünya standartları səviyyəsinə çatmasına nail olub.
Görüşdə BP-nin Davamlı inkişaf təşəbbüsləri meneceri Qivami Rəhimli bildiribki BP Azərbaycanın uzunmüddətli tərəfdaşıdır və davamlı inkişaf proqramlarının tətbiqi bizim üçün prioritetdir. O, vurğulayıbki Şahdəniz -2 layihəsinin başlanması ilə ixtisaslı kadrlara daha çox ehtiyac var.BP-i Azərbaycanda “ Neft-Qaz borularında maye və qaz axının idarə olunmasıni“ yenilik olaraq tətbiq etmək istəyir.Bu sahədə isə dünyada Böyük Biritaniya, Amerika və Norveçdə mütəxəsis var. Hətda biz xaricdə təhsil alan Azərbaycanlı tələbələrlə maraqlandıq bu sahə üzrə təhsil alan tapmadiq . Çünki dünyada bu sahə üzrə təhsil verən ali məktəb azdır. Qafqaz universitetində bu sahə üzrə mütəxəsis yetişdirmək üçün maddi –texniki bazanın və kadr potensialının olmasını nəzərə alıb birgə bu layihəni həyata keçirmək istəyirik. Bunun uçün kimya mühəndisliyi və mexanika mühəndisliyi sahəsində tədris planını genişləndirmək və dərslərə əlavə lazımi tədris materiallarının inteqrasiyası ilə bu mumkun olacaq.
Bu gün təqdim etmək istədiyimiz 2-ci Layihə isə BP mühəndislərinin Qafqaz Universitetinin mühəndislik fakültələri ilə tədrisin nəzəriyyədən praktiaya keçməsi istiqamətində seminar ların təşkili və tələbələrin praktik biliklərə yiyələnməsi üçün BP-nin müxtəlif terminallarına ekuskursiyaların təşkilini təmin etməkdir.
Qonaqlar universitetin maddi texniki bazası ilə tanış olmuş onları maraqlandıran suallara cavab almışlar.
http://www.qu.edu.az/az/news/BP-Qafqazla-yeni-layih%C9%99l%C9%99r-h%C9%99yata-ke%C3%A7ir%C9%99c%C9%99k-5670.html