Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq
   Mətn ölçüsü:                    Son  dövrlər Azərbaycanda özəl universitetləri çıxmaq şərtilə, dövlət ali  məktəblərində demək olar ki, rəqabət olmadığından bir çox tələbə  işəgötürənlər tərəfindən qəbul edilmir. Nəticədə min bir əziyyətə  qatlaşaraq dövlət universitetini bitirib diplom alan tələbə iş tapa  bilmir. O da faktdır ki, bir çoxları nəyin bahasına olursa-olsun saxta  diploma belə əl ataraq işə qəbul edilir və nəticədə yenə təhsilin  tədrisi təhlükə altına düşür. Pullu təhsildən bu sahədə biznes  quranların daha çox qazanmasına keç kəs irad tuta bilməz. Amma pullu  təhsilin cibi boş olan savadlı və istedadlı gənclərin yolunu bağladığı  da gerçəklikdir. Yaxşı, görəsən hazırda gənclərin təhsilə marağı hansı  səviyyədədir və ümumiyyətlə nə üçün Azərbaycanda özəl təhsil, dövlət  hesabına təhsili sıxışdırır? Bu hal Azərbaycanla müqayisədə xarici  ölkələrdə necədir? Əməkdaşımız Aynurə Sultan ali təhsilin hazırkı  vəziyəti ilə bağlı bu və digər suallara cavab tapmağa çalışıb....

