Matbuattan:Iki Sahil

“İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ TETBİQİ (AICT-2009)”
15.10.2009

BAKIDA III BEYNELXALQ KONFRANS KEÇİRİLİR

Qafqaz Universitetinde “İnformasiya-kommunikasiya texnologiyalarının tetbiqi (AICT-2009)” mövzusunda III beynelxalq konfrans keçirilir.

Tehsil, Rabite ve İnformasiya Texnologiyaları nazirlikleri, Qafqaz Universiteti, Bakı Dövlet Universiteti, Azerbaycan Texniki Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, ABŞ-ın Mühendislik Assosiasiyası (IEEE) terefinden keçirilen tedbirde Azerbaycan, Türkiye, Rusiya, İsveç ve diger ölkelerin alim ve mütexessisleri iştirak edirler.

Açılış merasiminde Qafqaz Universitetinin rektoru, professor Ehmed Saniç ulu önder, görkemli dövlet xadimi Heyder Eliyev siyasetinin uğurlu neticelerinden danışmış, Heyder Eliyev siyasetinin Prezident İlham Eliyev terefinden ezmle davam etdirildiyini vurğulamış, Azerbaycanda iqtisadiyyatın, elmin, tehsilin dinamik inkişaf etdiyini söylemişdir.

Rabite ve informasiya texnologiyaları naziri Eli Abbasov Prezident İlham Eliyevin ölkemizde informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına daim böyük önem verdiyini vurğulamışdır.

Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının mühüm rolundan danışan nazir, ayrı-ayrı ölkelerde, o cümleden Azerbaycanda bu sahede qazanılan nailiyyetleri nezere çarpdırmış, ölkemizde İKT-nin çox süretle inkişaf etdiyini qeyd etmişdir.

Ümumdünya Senaye Forumunun meruzesine esasen son üç ilde Azerbaycanın Şebeke hazırlığı indeksi (Networked Readiness Index- NRI) diger ölkelerle müqayisede on iki pille yükselmişdir.

İnformasiya-kommunikasiya texnologiyalarının iqtisadiyyatın ve diger sahelerin inkişafına müsbet tesirini xatırladan nazir bu gün İKT-nin tereqqisi ile bağlı alimlerin geniş tedqiqatlar apardıqlarını da diqqete çatdırmışdır.

Tehsil Nazirliyinin şöbe müdiri İsmayıl Sadıqov “2008-2012-ci illerde tehsil sisteminin informasiyalaşdırılması üzre Dövlet Proqramı”nın ehemiyyetini qeyd etmişdir. Bildirmişdir ki, proqram çerçivesinde bu il xeyli mekteb genişzolaqlı süretli internetle temin olunmuş, DATA merkezi, elektron tedris resursları bazası yaradılmışdır.

Azerbaycan Texniki Universitetinin rektoru Havar Memmedov, Bakı Dövlet Universitetinin prorektoru İsmayıl Eliyev, AzercellCom-un prezidenti Eli Ağan ve başqaları çıxış ederek beynelxalq konfransın ehemiyyetini vurğulamışlar.

Sonra konfrans işini bölmelerde davam etdirmişdir.

Konfrans oktyabrın 16-da başa çatacaqdır.

Bakı, (AzerTAc).

http://www.ikisahil.com/content/index.php?link=news_id.php&category=musahibe&id=4841


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF