7 Ağustos 2008 Perşembe

Ali mekteblere telebe qebulunun neticeleri açıqlandı

Telebe Qebulu üzre Dövlet Komissiyası (TQDK) ali mekteblere qebul imtahanlarının neticelerini açıqlayıb. Komissiyadan APA-ya verilen melumata göre, ali mekteblere yerleşdirmenin neticeleri artıq TQDK-nın internet saytında yerleşdirilib. Abituriyentler qebul olub-olmamaları barede melumatı, hemçinin mobil telefonla "İmtahancell" xidmeti vasitesile öyrene bilerler. Bunun üçün abituriyentler iş nömrelerini 7727 nömresine göndermelidirler. Qeyd edek ki, bu il 28132 dövlet plan yerine 26571 abituriyent qebul olub. Qebul planı 94,5 faiz dolub. Ali mekteblere qebul olmuş abituriyentlerin siyahısı avqustun 7-de "Abituriyent" jurnalının 5-ci sayında derc olunacaq. Ali mekteblere qebul olanlar avqustun 11-den 21-dek senedlerini daxil olduqları tehsil müessisesine teqdim etmeli, TQDK terefinden ali mekteblere teqdim olunmuş "qebul olanların siyahısı"nda imza etmekle qeydiyyatdan keçmelidirler. Müeyyen olunmuş müddetde qeydiyyatdan keçmemek abituriyentin müvafiq ixtisasa yerleşdirilmesinden imtina etmesi kimi qiymetlendirilecek. Bu halda onun qebul haqqında emri ali mektebe gönderilmeyecek.