QAFQAZ - TROY İKİLİ DİPLOM:Esas malumatlar ve müraciet şartlari
1- 4 illik təhsilin (hazırlıq kursu xaric) ilk 2 ilini Qafqaz Universitetində müvəffəqiyyətlə tamamlayan hər bir tələbə TROY Universitetinə gedə bilər.
2- TROY Universitetinə getmək istəyən tələbə müraciət etmək üçün iki ilin bitməsini gözləmək məcburiyyətində deyil (yəni, birinci və ya ikinci kursda oxuyan tələbə də müraciət edə bilər). Sadəcə TOEFL imthanını verərək ən az 500 bal toplaması tələbəyə müraciət hüququ qazandırır. Tələbə lazım olan balı topladıqdan sonra, Qafqaz Universiteti International Office-ə müraciət etməlidir. TROY Universitetindən qəbul (acceptance) yazısı alındıqdan sonra, “Instate” statusunu qazanmaq məqsədi ilə, tələbə Qafqaz Universitetində veriləcək “Written English I”, “Written English II” və “Biologiya” dərslərindən ən az birində qeydiyyatdan keçməli və dərsi müvəffəqiyyətlə tamamlamalıdır.
3- “Instate” statusu tələbəyə təhsil haqqından endirim hüququ qazandırır. Bu statusa sahib olmayan xarici tələbələrin ödədikləri illik təhsil haqqı 8.800 $-dır. Halbuki, yuxarıda qeyd olunan dərslərin ən az birində qeydiyyatdan keçmiş və dərsi müvəffəqiyyətlə tamamlamış tələbə “Instate” statusuna sahib olur və tələbənin ödəyəcəyi illik təhsil haqqı 4.400 $-dır (Qeyd: 1) qalmaq və yemək-içmək kimi xərclər təhsil haqqına daxil deyil, 2) TROY Universitetinə gedən tələbə Qazqaz Universitetinə 2000 AZN “proqramda iştirak haqqı” da ödəməlidir).
4- Troy Universitetində semestrlər yanvar (Spring semestr), avqust (Fall semestr) və may (Summer semestr) aylarında başlayır. Tələbə TROY-da təhsilə başlamağı planlaşdırdığı tarixdən ən az 4 ay əvvəl Qafqaz Universiteti International Office-ə müraciət etməlidir ki, düşündüyü tarixə qədər lazımi işlər tamamlansın.
5- “İkili Diplom” proqramı TROY Universiteti Business School-la həyata keçirildiyinə görə, ancaq əlaqədar bölmələrdə (biznesin təşkili və idarəedilməsi, beynəlxalq iqtisadi münasibətlər, bank işi, maliyyə və kredit) oxuyan tələbələri əhatə edir.
6- Digər bölmələrdə oxuyan tələbələr bu proqramdan istifadə etmək üçün, (hazırlıq xaric) 1-ci kursun sonuna qədər Biznesin təşkili və idarəedilməsi bölməsinə keçid edə bilərlər.