Qafqaz Universitetində Beynəlxalq qadınlar günü ilə əlaqədar tədbir keçirilib

Qafqaz Universitetində 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, Azərbaycanda qadınlar kişilərlə eyni hüquqa malikdir. Onların standartlara uyğun səviyyədə təhsil alması, seçdiyi ixtisaslara uyğun işlə təmin edilməsi üçün dövlət tərəfindən lazımi şərait yaradılır. Onun sözlərinə görə, bu gün elə bir dövlət və qeyri dövlət müəssisəsi yoxdur ki, orada qadın çalışmasın: "Zərif cinsin nümayəndələri içərisində bu gün vəzifə sahibi olan qadınlar da az deyil. Vəzifələrinin icrasında, üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsində bu qadınlar heç də əks cinsin nümayəndələrindən geri qalmırlar". Millət vəkili Rəbiyyət Aslanova Azərbaycan qadının cəmiyyətdə tutduğu yer və mövqe barədə danışaraq bildirib ki, bu gün cəmiyyətdə qadınların özünəməxsus yeri var. Onlar çalışdıqları idarə və təşkilatlarda vacib qərarların qəbulunda yaxından iştirak edirlər. R.Aslanova qeyd edib ki, qadınların inkişafı və peşələri üzrə inkişaf etmələri, imkan və bacarıqlarını nümayiş etdirmələri üçün dövlət tərəfindən lazımi şərait yaradılır. Tədbirdə çıxış edən təhsil nazirinin müavini İradə Hüseynova isə vurğulayıb ki, bu gün təhsil sistemində xeyli sayda qadın çalışır. Ölkənin ümumtəhsil məktəblərində, məktəbəqədər təhsil müəssisələrində də çalışan qadınların sayı az deyil. Tədbirin sonunda qonaqlara rəhbərlik tərəfindən hədiyyələr təqdim olunub.
S.QARAYEVA

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF