MİSİR MƏRDANOV,Azərbaycan Respublikası Təhsil Naziri
Çağ Öyrətim Şirkətinə daxil olan Azərbaycan-Türkiyə Özəl liseylərində
təhsil alan şagirdlərdən beynəlxalq olimpiada qaliblərinin mükafatlandırılması ilə bağlı keçirilmiş tədbirdəki çıxışı, 4 fevral 2006-cı il
Hörmətli Ənvər bəy, Qafqaz Universitetinin hörmətli rektoru, Türkiyədən gəlmiş hörmətli qonaqlar, xanımlar və cənablar, əziz tələbələr və şagirdlər!
Mən sizin hamınızı ürəkdən salamlayır və xoş gördük deyirəm. Bir neçə gün bundan əvvəl Ənvər bəylə hörmətli rektor Ahmet bəy təhsil nazirliyinə gəldilər və mənə müraciət edərək olimpiadada qalib gəlmiş balalarımızı birlikdə təbrik etmək üçün birgə tədbir keçirməmizi xahiş etdilər. Biz bu tədbirin harada keçirilməsini müzakirə etdik və məncə cox düzgün qərar qəbul etdik- bu tədbiri burada, Qafqaz universitetində keçirmək qərarına gəldik. Bu gün mən bir daha əmin oldum ki, biz doğru hərəkət etmişik.
Mən bu tədbirə tək gəlməmişəm. Nazirliyin, demək olar ki, əsas idarə və şöbə müdirləri bu gün bu tədbirdə iştirak edirlər.
Bu gözəl tədbirdə iştirak etməkdə bizim iki məqsədimiz vardır. Birincisi, olimpiada qaliblərini birlikdə təbrik etmək və birlikdə sevinməkdir. İkincisi isə, bizim Qafqaz Universiteti ilə bağlı ayrı fikirlərimizin müzakirəsi məsələsidir. İkinci məsələ barədə bir qədər sonra daha ətraflı danışacağam.
Fürsətdən istifadə edərək, mən bilik yarışlarında yüksək yer tutaraq bizim hamımızı sevindirmiş şagirdləri, onların müəllimlərini təbrik edirəm, onları bu dərəcəyə çatdıran, ümumiyyətlə bu işdə zəhməti olan bütün insanlara təşəkkür edirəm və minnətdarlığımı bildirirəm.
Burada məndən öncə çıxış edənlər əslində Çağ Öyrətim Şirkəti və onun önəmli qurumlarından biri olan Qafqaz Universitetinin kənardan hamar görünən işlərindən danışdılar. Mən də o deyilənlərin hamısı ilə şərikəm. Doğrudan da, Çağ Öyrətim Şirkəti 14 il ərzində Azərbaycanda çox böyük işlər görmüşdür. Bəlkə də biz bu işlərin həqiqi qiymətini bu gün layiqincə verə bilmirik. Mənə belə gəlir ki, gələcək nəsil bu günə qədər görülmüş işlərə və bu gün görülən işlərə daha yüksək qiymət verəcəkdir. İndi biz bunu o qədər də hiss etmirik. Ancaq eyni zamanda sizlərin çoxlarınız bilmirsiniz ki, bu işlərin bu səviyyəyə gəlməsinədək nə qədər böyük zəhmətlər çəkilib, nə qədər çox işlər görülüb və nə qədər çox qapılarda gözlənilib, çətinliklər çəkilib. Bunların bir çoxunu, bir neçəsini mən də görmüşəm. Bu gün təvazökarlıqdan uzaq da olsa demək istəyirəm ki, bu işlərin bu günə gəlib çatmasında mənim də müəyyən qədər payım vardır.
Azərbaycanda yaşayan, keçid dövrünün reallıqlarını bilən insanlar yaxşı dərk edirlər ki, heç də hər iş asan başa gəlmir. Azərbaycanda müasir universitet qurmaq, belə bir universitet yaratmaq hər kişinin işi deyil. İndi mən bura gələrkən bir də fikir verdim, belə bir gözəl yerdə universitet şəhərciyi yaratmaq çox çətin və eyni zamanda şərəfli bir işdir. Ənvər bəy başda olmaqla Çağ Öyrətim Şirkətinin rəhbərliyi bir neçə il ərzində, bəlkə də min qapını döyərək, o qapılarda saatlarla gözləyərək, yorulmadan, israrla bax bu Qafqaz universitetinin inşasıni bugünkü günə gətirib çatdırıb. Hamınız çox yaxşı bilirsiniz, adicə bir ev tikmək nə qədər çətinliklə başa gələn işdir. Ancaq bu şirkətin rəhbərliyi və bu şirkətə yardım eldən insanların köməyi ilə bu gün Azərbaycanda bütün universitetlərimiz üçün nümunə olan bir universitet qurulmuşdur. Ona görə də mən dönə-dönə bu işi görən, həmçinin, bu işə yardım edən insanlara Azərbaycan xalqı adından, Azərbaycanın Təhsil Nazirliyi adından, şəxsən öz adımdan minnətdarlığımı bildirmək istəyirəm. Çox böyük iş görülmüşdür. Mən yenə demək istəyirəm, indi bu gün bizim hərəmiz müəyyən yaş həddindəyik, vaxt gələcək ki, Allahın bildiyi kimi, bəzilərimiz o günü görəcəyik, bəzilərimiz görməyəcik. Görən adamlar Çağ Öyrətim Şirkətinin Azərbaycanda indiyədək və bu gün gördüyü işləri daha yüksək qiymətləndirəcəklər.
Doğurdan da, Çağ Öyrətim Şirkəti tərəfindən təsəvvürə gələməyən dərəcədə çox böyük işlər görülmüşdür. Şirkətin Azərbaycanda açdıği 12 məktəb və Qafqaz Universiteti bu gün Azərbaycan xalqına xidmət edir. Nəzərinizə onu da çatdırmaq istəyirəm ki, bir zamanlar Azərbaycanda bu işə qarşı çox ciddi maneçilik törətmək istəyən adamlarla da rastlaşmışıq. Mən bunların da şahidi olmuşam. Hətta, bu məktəbləri bağlatmaq istəyənlər də olmuşdur. Ancaq, Allaha çox şükürlər olsun ki, onlar öz istədiklərinə nail ola bilmədilər, biz isə öz istəyimizə nail olmuşuq. Mən niyə bu məsələləri bir az açıq danışıram? İstəyirəm ki, bugünkü şagirdlər də, müəllimlər də, tələbələr də, qonaqlarımız da və valideynlərimiz varsa onlar da bilsinlər ki, bu məsələlər heç də asan və öz-özünə əmələ gəlməmişdir. Onlar çox böyük çətinliklə əmələ gəlmişdir.
Çağ öyrətim şirkətinin Azərbaycanda fəaliyyətə başlamasına xeyir-dua verən xalqımızın ümummilli lideri Heydər Əliyev cənablarıdır. Allah ona qəni-qəni rəhmət eləsin. Xahiş edirəm, elə bu yerdə o böyük insanın xatirəsini yad edək. ( Anma)
Allah rəhmət eləsin! Xahiş edirəm, əyləşin.
Çağ Öyrətim Şirkətinin ən böyük xeyir-duasını Azərbaycan respublikasının prezidenti hörmətli cənab İlham Əliyev verib və verir. Onun bu barədə öz sözünü burda sinevizyon görüntülərində eşitdiniz. Ancaq tək prezidentin dəstək verməsi hələ işin hamısı deyil, əlbəttə, əsasıdır və başlanğıcıdır. Ancaq yenə deyirəm, bu təhsil müəssisələrinin bugünkü səviyyəyə gəlməsində çox böyük zəhmət çəkən insanlar vardır. Xüsusilə, Türkiyədən Bu Şirkətin sponsorları olublar. Bu gün də onlar var. O da bir danılmaz gerçeklikdir ki, Şirkətin rəhbərləri bu işdə çox böyük zəhmət çəkiblər.
Məndən həmişə soruşublar və bu gün də jurnalistlər, mətbuat işçiləri soruşurlar ki, siz həmişə bu Şirkəti dəstəkləyirsiniz və dəstəklədiyinizi deyirsiniz, niyə dəstəkləyirsiniz? Mən onlara indiyə qədər hələ belə açıq cavab verməmişəm, ancaq indi buradan bu Şirkətin fəaliyyətini nə üçün dəstəklədiyimin cavabını verirəm. Bəlkə sualı belə verəsiniz? Bu şirkətin nə amalı var? Onun tək bir amalı var. Bu amal Azərbaycan xalqına xidmət etməkdir. Şirkət Azərbaycan balalarının, Azərbaycanın gələcəyi olan bu insanların yüksək səviyyəli təhsil almasında xalqa xidmət edir. Mən də sizlərə sual vermək istəyirəm: belə xoş amala xidmət edən adamları niyə dəstəkləməyəsən? Açığını deyirəm ki, bu adamlar gördükləri işin müqabilində bizdən heç bir şey istəməyiblər və istəmirlər. Bir qrup xeyixah insan bir araya gəlib sənin övladına sənin verə bilməyəcəyin, bu gün sənin bacarmadığın təhsili verir, biliyi verir. Bu müəssisələrdə təhsil alan balalarımızın səsi İndoneziyadan gəlir. Müstəqil Azərbaycanın bayrağını oralarda qaldırırlar. Belə adamları niyə sevməyəsən? Niyə istəməyəsən? Niyə onlara heç olmasa sağ olun deməyəsən? Belə adamları istəməyənləri, bağışlayın məni, mən azərbaycanlı saymıram.
Nə isə çox uzun danışıb vaxtınızı almaq istəmirəm. Birmənalı şəkildə demək istəyirəm ki, bu gün Qafqaz universiteti və Çağ Öyrətim İşlətmələri Şirkətinin Azərbaycandakı bütün məktəbləri bizim məktəblərimiz üçün, təhsil sistemimiz üçün mayak rolunu oynayır və bunların işindən biz həmişə yararlanırıq. Buna görə bir daha bu işi quran adamlara təşəkkür edirəm. İstəyirəm ki, onlar öz işlərini daha məsuliyyətlə davam etsinlər. Artıq sizin və bizim bu istiqamətdə işimizin qarşısını kəsə biləcək əngəl yoxdur.İişimizi tam sərbəst davam etdirə bilərik.
Bir neçə kəlmə də gəlişimizin ikinci səbəbini burda açıqlamaq istəyirəm. İndi biz bu gözəl tədbiri bitirdikdən sonra universitetin rəhəbərliyi ilə nazirliyin rəhbərliyi arasında görüş keçirəcəyik. Hörmətli rektorumuz bir balaca dedi, görüşdə bizim məqsədimiz ondan ibarətdir ki, yeni dərs ilindən etibarən Qafqaz Universitetində Azərbaycan üçün bu gün çox lazımlı olan bir neçə ixtisas üzrə müəllim hazılığına başlansın. Mən bu təklifi bir neçə müddət bundan əvvlə Ənvər bəyə də, hörmətli rektorumuza da demişdim. Artıq müəyyən hazırlıqlar görülmüşdür və biz bu gün buraya onu təsdiq eləməyə gəlmişik. Bizim Azərbaycan universitetlərinin rəhbərləri və müəllimləri məndən inciməsin, bizim universitetlərimizdə Azərbaycanın orta məktəblərində yaxşı iş aparmaq üçün yetərincə qabiliyyətə malik olan müəllim hazırlaya bilmirlər. Mən bunu etiraf edirəm, hazırlaya bilmirik. Ona görə mən çox düşünəndən sonra belə qərara gəldim ki, bu ildən o hazırlığı biz Qafqaz Universitetində başlayaq. İndi mən nazirlikdən burada iştirak edən adamlara da, digər kəslərə də müraciət edərək deyirəm ki, biz bu məsələni geniş Azərbaycan ictimaiyyətinə yaymalıyıq. Mən təklif edirəm ki, rayonlarımızın təhsil şöbələrinin müdirləri, orta məktəblərimizin direktorları, Qafqaz Universiteti ilə çox sıx əlaqə saxlasınlar. Gələcəkdə buradan məzun olacaq, orta məktəblər üçün hazırlanacaq müəllimlər vaxtında işlə təmin olunaraq müəllim işləməlidirlər.
Bizim məktəblərimizdə yaxşı müəllimə, vicdanlı müəllimə, ədalətli müəllimə çox böyük ehtiyac var. Bəlkə də, Azərbaycanın ən böyük ehtiyacı məhz belə müəllimlərədir.Onlara çox böyük ehtiyac var. Mən şəxsən inanıram ki, Qafqaz Universitetində yetişəcək müəllimlər Azərbaycan təhsilini istədiyimiz xoşbəxt gələcəyə aparacqlar. Bu işdə Qafqaz Universitetinin müəllimlərinə uğurlar arzulayıram. Bir daha qeyd etmək istəyirəm ki, bu universitet Azərbaycanda öncül universitetdir. Mənim məlumatıma görə, bu universitetdə haqq var, ədalət var, biliyə ədalətlə qiymət verilir. Mənim məlumatıma görə, Qafqaz univeristetində qətiyyən neqativ hal yoxdur. O baxımdan Qafqaz Univeristeti bizim universitetlər üçün nümunə rolunu oynayır və oynayacaqdır.
Son olaraq mən bir daha belə bir şəraiti yaradan, belə bir universiteti yaradan insanların hamısına təşəkkür edirəm. Məni sevindirən bir də odur ku, universitetin ilk rektorlarından biri və bugünkü rektoru yanaşı oturublar. Bu da bizim cəmiyyətimiz üçün bir nümunə olmalıdır. Bu gün səhər mən STV kanalına baxırdım. Azərbaycan üçün önəmli, nümunəvi görüntülərin şahidi oldum - ölkənin keçmiş mədəniyyət naziri bugünkü mədəniyyət və turizm nazirinə, yəni köhnə nazir bugünkü nazirə öz işlərini təhvil verməsini göstərirdilər. Bu da bizim bu günkü günümüzün gerçəkliyidir. İnsan buna sevinir. Əvvələr biz nəyi görmüşdük? Vəzifəyə hər təzə gələn köhnəyə düşmən kimi baxırdı. Bu ənənə yox olmalıdır. Biz keçmişimizə hörmət etməliyik. Keçənlərimizə hörmət etməliyik ki, bizə də hörmət etsinlər. Elə deyilmi? İnşallah, yavaş-yavaş vətandaş cəmiyyəti, sözün həqiqi mənasında və ədalətli bir cəmiyyət qurulacaqdır. Belə cəmiyyət öz-özünə qurulmur. Bu cəmiyyəti biz qurmalıyıq, bu cəmiyyəti siz qurmalısınız, bu cəmiyyəti biz bərabər qurmalıyıq. Ona görə, əgər hər birimiz bu cəmiyyətin qurulmasına əmək sərf etsək, təbiidir ki bu cəmiyyət tez qurular. İndi özüm-özümdən də, sizdən də soruşuram: niyə etmirik? Nə üçün bunu biz etmirik? Bax bu iki sual bizim hər birimizi düşündürməlidir. Mən belə düşünürəm ki, əgər hərəmiz, xalq deyimində deyildiyi kimi, ətəyimizdən o daşı bir az töksək, o dediyimz cəmiyyət daha tez qurular. Çağ Öyrətim İşlətmələri Şirkəti də Azərbaycana ona görə gəlib ki, o cəmiyyət Azərbaycanda tez qurulsun. Mən sizin hər birinizə, o cümlədən özümə də bu cəmiyyəti tez qurmaq istiqamətində uğurlar arzulayıram.
Azərbaycan son illər çox surətlə inkişaf edir, Azərbaycanın iqtisadiyyatı da, digər sahələri də, təhsili də inkişaf edir. Təsəvvür edin ki, ötən bir ildə Azərbaycanda 328 yeni məktəb binası tikilmişdir. Ancaq bu gün 500 yeni məktəb binasının tikilməsinə ehtiyac var. Deməli, bu hesabla əgər bir neçə il bu işi belə davam etdirsək, heç olmasa bu sahədə işimizi müəyyən mənada başa çatdıra bilərik. Mən o xoşbəxt gələcəyin çox yaxında reallaşmasına inanıram. Ancaq hamımız o gələcəyin qurulması üçün birgə çalışmalıyıq. Bu işdə hamınıza uğurlar arzulayıram. Bugünkü tədbiri keçirdiyinizə görə təşəkkür eləyirəm, minnətdarlığımı bildirirəm. Çox sağ olun.