(Qafqaz Universitetinin yeni tədris və yataqxana binasının açılış mərasimində söylədiyi çıxışı, 2 noyabr 2006) Türkiyə Cümhuriyyətinin çox hörmətli təhsil naziri, hörmətli qonaqlar, hörmətli valideynlər, əziz tələbələr, çox hörmətli iş adamları! Hər birinizi belə xoş gündə görməkdən çox məmnunam və sizləri ürəkdən salamlayıram. Bu gün səhər tezdən Türkiyədən gəlmiş çox hörmətli qonağımızla bərabər, artıq dördüncü tədbirdir ki, görüşürük. Bunların hamısı Azərbaycanda təhsil və təhsilin inkişafı ilə bağlıdır. Ona görə icazə verin sizin adınızdan, bütün Azərbaycan ictimayəti adından, bizim dəvətimizi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyə Cümhuriyyəti Milli Təhsil Naziri Hüseyn Çelik bəyi burada bir də salamlayım, onunla birgə gələn heyəti salamlayım və onlara Azərbaycana – öz vətəninizə xoş gəlmisiniz deyim. Bu gün həqiqətən Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Şübhəsiz bu işin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoy...