Kayıtlar

Ekim, 2007 tarihine ait yayınlar gösteriliyor

Türkiyənin mədəniyyət və turizm naziri Qafqaz Universitetində

Resim
Bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və onun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. Qeyd edək ki, nazir Ə.Günay və onun başçılıq etdiyi nümayəndə heyəti şair Almas İldırımın 100 illiyinə həsr olunan yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib. Görüş zamanı türkiyəli qonaqlara Qafqaz Universiteti barədə ətraflı məlumat verən Universitetin rektoru professor Ahmet Sanic deyib ki, bu təhsil müəssisəsi 1993-cü ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Universitet Türkiyə və Azərbaycanın elmi-texniki və pedaqoji potensialını birləşdirərək yüksək səviyyəli mütəxəssislər hazırlayır. Avropada geniş istifadə olunan Boloniya sisteminin tətbiq edildiyi universitetdə dərslər Azərbaycan dilində keçilir. Bəzi fənlər isə türk və ingilis dillərində tədris olunur. A.Sanic vurğulayıb ki, Qafqaz Universitetində mühəndislik, iqtisadiyyat və idarəetmə, hüquq, filologiya fakültə...

Qafqaz Universiteti əməkdaşlıq müqaviləsi bağlayıb

Qafqaz Universitetində Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Ağdəniz Universitetinin Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hakkı Atun və onun rəhbərlik etdiyi nümayəndə heyyəti ilə görüş keçirilib. Tədbirdə çıxış edən Mərkəzin rəhbəri Hakkı Atun deyib ki, hazırda Doğu Ağdəniz Universitetində 70 ölkədən 2500 tələbə təhsil alır. Ağdəniz Universitetində çalışan 35 əcnəbi müəllimdən 10 nəfəri azərbaycanlıdır. H.Atun vurğulayıb ki, universitet tərəfindən verilən diplomlar həm Türkiyədə, həm də Avropada tanınır. Azərbaycanlı tələbələr Ağdəniz Universitetini bitirib diplom aldıqdan və ölkələrinə gəldikdən sonra onların diplomları Təhsil Nazirliyi tərəfindən təsdiqlənir: "Universitetimiz Avropa və Dünya Universitetlər Birliyinin, İslam Ölkələri Universitetləri Birliyinin üzvüdür. Bu baxımdan bizim məzunlara verdiyimiz diplomlar demək olar ki, bütün Avropa ölkələrində qəbul edilir. Ağdəniz Universitetində doktorluq proqramları mövcuddur. Buna görə də azərbaycanlıların keyfiyyətli ali tə...

Alman tələbələr Universitetimizdə

Resim
Universitetimiz DAAD (Deutshce Akademischer Austausch Dienst) qurumunun dəstəyi ilə Almaniyanın müxtəlif universitetlərində təhsil alan 17 tələbə üçün Yay məktəbi təşkil edib. Yay məktəbində tələbələrə Dağlıq Qarabağ problemi, Azərbaycanın dövlət quruluşu, tarixi, adət-ənənələri, musiqi və söz sənəti ilə bağlı ətraflı məlumatlar verilir. Tələbələrlə Qafqaz Universitetində görüşə gələn Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Peer Stankina ölkələrimiz arasındakı mövcud siyasi və iqtisadi əlaqələr barədə danışıb. O bildirib ki, Azərbaycan qədim tarixi köklərə malik bir ölkədir. Səfirin sözlərinə görə, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Hər iki ölkə arasında əməkdaşlıq əlaqələri mövcuddur və Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana istənilən dəstəyi göstərməyə hazırdır: "Biz ümid edirik ki, bu münaqişə tez bir zamanda öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq". P.Stankina vurğulayıb ki...

"Çağ" Öyrətimin uğurlar barədə hesabat verdi.

Resim
Qafqaz Universitetində 2007-2008-ci dərs ilinin başlanmasına həsr edilən "Yüksələn təhsilimizin Bayraqdarı - Azərbaycan Məktəblisi" layihəsinin təqdimetmə mərasimi keçirilib. Mərasimdə çıxış edən "Çağ" Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önəl deyib ki, Baş İdarə 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 10 ali təhsilə hazırlıq kursları və 1 universiteti özündə birləşdirir. Bunlar Ağdaş, Quba, Bakı, Dədə Qorqud, Əli-Bayramlı, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki özəl türk liseyləri, Qafqaz özəl gimnaziyası və Qafqaz ilk öyrətim məktəbidir. Onun sözlərinə görə, sözügedən təhsil müəssisələrində təlim-tərbiyə təhsil standartlarına uyğun aparılır. Əsas təhsil dili Azərbaycan dili olmaqla, təbiət fənləri ingiliscə tədris edilir: "Müəssisələrdə şagirdlər dünya standartlarına uyğun hər cür xidmətlərlə əhatə olunur. Burada müasir tipli kitabxana, fənn otaqları, laboratoriyalar, kompüter, video və audiozallar mövcuddur. ...

Yeni dərs ili başladı

Resim
Qafqaz Universitetində Bilik gününə və yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səslənmişdir. Universitetin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən çıxış edərək, müdrik dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirildiyini bildirmişlər. Diqqətə çatdırılmışdır ki, bu il universitetin birinci kurs tələbəsi adını qazanan gənclərdən 30 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamışdırDigər natiqlər də yeni dərs ili münasibətilə xoş arzularını söyləmişlər. Sonra qəbul imtahanlarında yüksək bal toplamış tələbələrə hədiyyələr verilmişdir. Azərtac