Azərbaycan-Türkiyə özəl litseylərinin məzunu bayrağımızı öpür
(OLAYLAR Gazetesi Haberi-Bakü)
Orta məktəb məzunu isə əvəzləyicisinə “mişka” hədiyyə edir Onun attestat pulu dərdi də var...
Azərbaycan təhsilinin nümunəyə çox ehtiyacı var. Demək olar ki, təhsilin ən aşağı pilləsindən tutmuş yüksək zirvəsinə qədər problemlərlə dolu olan bir yerdə nümunəvi təhsil ocağının mövcudluğu böyük qənimətdir.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkil etdiyi buraxılış gecəsindən bəzi məqamlar bu sarıdan çox diqqət çəkir. Orada Azərbaycan-Türkiyə özəl litseylərinin 2003-2004-cü dərs ilinin yekununa həsr olunmuş tədbir keçirilib ki, ibrətamiz epizodları ilə yadda qalıb. Orada vətənpərvərlik, təhsili necə təşkil etmək və gənc nəslin tərbiyəsi baxımından olduqca gərəkli məqamlar gözə dəyib. Azərbaycan-Türkiyə özəl litseyləri hazırda ölkəmizin aparıcı təhsil mərkəzidir. Təhsilin təşkili, səviyyəsi və gənclərin tərbiyəsi baxımından bu litseylər indiki şərait üçün nümunəvi sayıla bilər. Litseylərin şagirdləri beynəlxalq olimpiadalarda 107 medal qazanıblar ki, onun 25-i qızıldır. Bu litseylərin məzunlarının 99,9 faizi ali məktəblərə qəbul ola bilir. Onların məzunlarının 32 faizi dünyanın müxtəlif ölkələrində təhsil almaqdadır. Buraxılış gecəsində məhz bu kimi faktlar haqqında danışılıb. Ancaq iki epizod çox ibrətverici məna daşıyıb. Birincisi, olimpiadalarda qızıl medal almış məzunlar Azərbaycan bayrağını (!) onları yarışlarda əvəzləyəcək şagirdlərə təntənəli surətdə təqdim ediblər. İkincisi, məzunlar bayraq önündə diz çöküb, onu öpərək təhsil haqqında sənəd almaq hüququna sahib çıxıblar. Bu epizodlar Azərbaycan təhsilində türk litseylərinin oynadığı rolu çox gözəl əks etdirir. Azərbaycanlı gənc bayrağa təhsilinin, savadının, vətəndaşlığının, uğurlarının təminatçısı kimi baxır. O, qabaqcıl şagird kimi bayrağı əvəzləyicisinə verir. Yəni artıq bu bayrağı daşımaq məsuliyyəti başqa şagirdin üzərinə düşür. Bütün pedaqoji üsulların illərlə verə bilmədiyi bir dərs, mənəvi tərbiyə məqamıdır. Bayrağı verən və alanın o anlarda yaşadığı məsuliyyət hissi ömrü boyu unudulmazdır. Bayrağı alan o andan Elçibəyin dediyi mənada “millətin, vətənin əsgəridir”. İkinci epizod çox möhtəşəm mənəvi səhnədir. Litseyin məzunu sinəsində qızıl medal dövlət bayrağı önündə diz çöküb, onu öpürsə, “Azərbaycan dövlətçiliyi harada tələb etsə, orada olmağa hazıram” demiş olur. Onun litseydə təhsili və tərbiyəsi dövlətçilik amili üzərində qurulub. O şagird təhsilinin və vətəndaşlığının mənasını bayrağa xidmət etməkdə görür. Türk litseyi Azərbaycanın müstəqilliyi və güclü dövlətçiliyinə layiq insan yetişdirir. Sabah o məzunları elmdə, istehsalatda, incəsənətdə olduğu kimi səngərdə, hərbidə görə bilərik. Eyni bağlılıq və vətənpərvərliklə. Təəssüf ki, biz xoşagəlməz bir müqayisə etməliyik. Ölkənin ümumorta məktəblərinin buraxılış gecələrində nələrin baş verdiyinə baxanda və onu türk litseyləri ilə müqayisə edəndə... Allah, Mirzə Cəlilə və Sabirə rəhmət eləsin... Bizim orta məktəblərin buraxılış gecəsi valideynin “fartuka” və müxtəlif hədiyyəyə pul verməsi ilə yadda qalır. Orta məktəbin məzunu 1-ci sinfə gələnə hədiyyə almalıdır. Nə? İt, pişik, pələng və sair oyuncaqlar. Ola bilsin, hər hansı başqa suvenir və ya geyim olsun. Bütün il boyu soyulan valideyn üçün bu şeyləri almaq da, inanın bir əzab işdir. Həm də proses mənasızdır, ondan nə hədiyyə alan, nə də verən zövq alır. Mexaniki olaraq, bir məmur digərini təbrik edirmiş kimi təmasda olurlar, vəssalam. Birinci sinfə qədəm qoyan məzundan heç bir mənəvi dəstək, öyrənməyə stimul ala bilmir. Mərasimin özü bu mühiti yaratmır. Türk litseyinin məzunu attestat almaq üçün dövlət bayrağını şagirdə təhvil verir, orta məktəblərimizdə məzunun attestat alması direktora nə qədər rüşvət verməsinə bağlıdır. Türk litseyinin məzunu olimpiada qalibi olub bayrağı almaq haqqı haqqında düşünür, orta məktəb məzunu isə hansı yolla daha az rüşvət verib sənəd almağın dərdini çəkir. Nə qədər miskin vəziyyət olduğunun fərqindəmisiniz? Biz öz övladlarımızın, vətənin, dövlətin bu qədər qənimiyik? Elədir və onun səbəblərindən biri rus istilasının mənəviyyatımıza vurduğu ağır yaralardır. Budur, “Azərbaycanın xoşbəxtliyi Rusiya ilə bağlıdır” tezisinin faciəviliyi. Bakının küçələrində addımbaşı yarı rus, yarı Azərbaycan dilində danışanlar o faciəviliyin konkret təcəssümləridir. Orta məktəb direktoru onlardan heç nə ilə fərqlənmir. Ancaq ümidsiz deyilik. Litseylərin məzunlarının sayı çoxaldıqca cəmiyyətdə əsl vətəndaşların çəkisi artır. Təhsil Nazirliyinin belə qalmayacağına əminik. Dəyişiklik olmalıdır, uşaqlarımız rüşvət bataqlığından çıxarılmalıdır. Onda türk litseylərinin buraxılış gecəsində yaşanan qürur hissini bütün Azərbaycan uşaqları yaşayacaq. Onda bayraq hər kəsin əlində və könlündə olacaq! Türk litseyində o xarüqələri yaradanlar da azərbaycanlı müəllimlər və şagirdlərdir. Biz qabiliyyətli və gözəl millətik!

Füzuli Qurbanlı