Qardaş Ölkənin Bələdiyyə Başqanlari Azərbaycanda
Qafqaz Universitetində türkiyəli qonaqlarla görüş olub QARDAŞ ÖLKƏNİN BƏLƏDİYYƏ BAŞQANLARI AZƏRBAYCANA SƏFƏRLƏRİNDƏN MƏMNUNDURLAR Artıq bir neçə gündür ki, Türkiyənin ünlü bələdiyyə başqanlarından sayılan Umraniyyə bələdiyyə başqanı Hasan Can, Maltəpə bələdiyyə başqanı Fikri Kose və Yeni Doğan bələdiyyə başqanı Hakan Özüngün rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədirlər. Qeyd edək ki, qonaqlar səfər çərçivəsində bir sıra rəsmi görüşlər və tədbirlər keçiriblər. Dünən belə bir mərasim Qafqaz Universitetində təşkil olunub. Adıçəkilən təhsil ocağının rəhbərliyinin təşəbbüsü ilə baş tutan tədbirə Türk Dünyası Bələdiyyələri Birliyinin üzvləri də qatılıblar. Tədbir iştirakçılarını salamlayan universitetin rektoru, professor Ahmet Sanic yığıncağı giriş sözüylə açaraq, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamla...