Qafqaz Universitetində xeyriyyə konserti
Qafqaz Universitetində H.Z.Tağıyev adına yardım dərnəyinin təşəbbüsü ilə xeyriyyə konserti keçirilib. Adıçəkilən dərnək üzvlərinin dəvəti ilə sənətçilər Şəmistan Əlizamanlı və Ağadadaş Ağayev tədbirdə iştirak ediblər. Tədbirdə ilk öncə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic universitetin fəaliyyəti dövründə belə tədbirlərin tez-tez keçirildiyini söyləyib. Onun sözlərinə görə, hazırda adıçəkilən universitetdə 2200 tələbə təhsil alır: "Universitetimizdə 26 dərnək fəaliyyət göstərir ki, orada da 1300 tələbə cəmləşib". H.Z.Tağıyev adına dərnəyin rəhbəri Elnur Mövlayev isə qeyd edib ki, xeyriyyə tədbirindən əldə edilən vəsait Mingəçevirdəki uşaq evinə veriləcək: "Həmçinin Qurban bayramı münasibətilə 250 imkansız ailəyə qurban payı göndəriləcək". Sənətçilər də universitet barədə xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdükdən sonra söz musiqiyə verilib. Bəhruz http://www.hafta-ichi.com/aze/2006/12/21/anons=5