Sevgilim, seyrə çıxaq burda gəl, ilk baharı. Dil açır qəlbimizin ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ, Danışan dil-dodağım, tar-kaman Qarabağ. Qarabağ, can Qarabağ, ana yurdum. Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli, Ruhunu burdan alıb Natəvanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ, Danışan dil-dodağım, tar-kaman Qarabağ. Qarabağ, can Qarabağ, ana yurdum. Tarlalarda neçə qəhrəman övladı var, Əməyi güllər açan Xanları, Bünyadı var. Anadır arzulara hər zaman Qarabağ, Danışan dil-dodağım, tar-kaman Qarabağ. Qarabağ, can Qarabağ, ana yurdum.