Seyid Yəhya Bakuvi yad ediləcək

“Qafqazdan Anadoluya Mədəniyyət Körpülərimiz” beynəlxalq Seyid Yəhya Bakuvi və Xəlvətilik simpoziumu keçiriləcək. 

Azərbaycan Qafqaz Universitetinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbir Bakuvinin 550-ci ildönümü münasibəti ilə Ərdahan Universitetinin başçılıq etdiyi Kafkasya Universitelər Birliyi və Azərbaycan Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq. 

Simpoziumda Türkiyədən, ABŞ-dan, Azərbaycan, Qırğızıstan və digər ölkələrdən təsəvvüf, ədəbiyyat, tarix sahələrində çalışan elm xadimləri iştirak edəcək. 

Təbdir noyabrın 21-22-də Türkiyədə Əskişəhərdə, noyabrın 24-25-də isə Bakıda baş tutacaq. 

Əskişəhərdə keçirilən tədbirdə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan İslam incisi” fotoşəkil sərgisi də keçiriləcək.

Qeyd edək ki, 2013-cü il Seyid Yəhya Bakuvi vəfatının 550-ci ildönümü münasibətilə UNESCO tərəfindən Bakuvi Şirvani ili elan edilib. 

AzNews.az 
http://aznews.az/site/?c=news&id=42396

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür