Hədəf kursları Xırdalan filialı Qafqaz universitetində
Qafqaz Universitetinin ictimaiətlə
əlaqələr şöbəsinin müdiri Qoşqar Osmanoğlu çox böyük həvəslə Qafqaz
universitetini şagirdlərimizə tanış etdi. Qafqaz universitetində
olduğumuz müddətdə həmin universitetin dərs otaqlarını və
laboratoriyalarını görmək fürsətimiz oldu. Universiteti gəzdikdən sonra
şagirdlərimiz Qafqaz universitetinin tanınmış psixoloqu Hüseyn Xəlilovun
maraqlı söhbətinə və dəyərli məsləhətlərinə qulaq asmaq imkanı da əldə
etdilər. Daha sonra isə şagirdlərimiz universitetin akt zalında
İstanbulun fəthindən bəhs edən “Fetih 1453” bədii filminə baxdılar.
Universitetlərlə sıx əməkdaşlıq edən Hədəf kursları bundan sonra da bu
cür tədbirlərin həyata keçməsinə çalışacaqdır.