AYNA.AZ: Ali Məktəblərin Beynəlxalq Reytinqi açıqlandı

 .....Qafqaz Universiteti başqa bir versiya reytinqdə yaxşı yer tutub. Bu ali məktəb QS World University Rankinəs versiyasına görə dünya üniversitetləri yüzlüyünə daxil oldu. Qafqaz Universiteti ilk dəfə bu reytinqə düşür.

www.topuniversities.jom portalında yer alan məlumata görə ("Şərqi Avropa və Mərkəzi Asiya" sütunu), Qafqaz Universiteti xarici tələbələrin cəlb olunması səviyyəsinə görə dünya ali məktəblərinin ilk yüzlüyünə (64-cü yer) daxil olub).

Universitet tədris prosesinə beynəlxalq elmi "epoletləri" olan alimlərin cəlb edilməsi səviyyəsinə görə də beynəlmiləldir.

Qafqaz Universiteti ölkəmizin modern özəl ali məktəbi kimi tanınır, təhsil metodikasına görə hətta Bakı Dövlət Universitetini və Xəzər Universitetini də üstələyir. Bu ali məktəblər həmin qeyd edilən reytinqə daxil olmayıblar, amma bu yöndə gələcəyin ambisiyalı ali məktəbləri sırasında adları hallanır.

"Gələcəyə investisiya" bölümündə Azərbaycan ali məktəblərinin adı yoxdur, əvəzində başqa neft ölkəsinin - Qazaxıstanın bir neçə universitetinin adı var.

QS World University Rankings agentliyi dünyada ali məktəblərin nailiyyətlərinin icmalçısıdır. Ən yaxşı ali məktəblər onun xidmətlərindən istifadə edir.
 http://www.ayna.az/2012-02-11/xeber/8496-XazarUniversitesi-reyting-QafqazUniversiteti

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde