TOEFL İBT sınaq imtahanı keçirildi
17.12.2011 tarixində Qafqaz Universitetində Toefl İBT sınaq imtahanı keçirildi. Universitetin komputer laboratoriyasında keçirilən imtahan yüksək səviyyədə təşkil olundu. Qafqaz Universiteti Daimi İnkişaf Mərkəzi tərəfindən keçirilən sınaq imtahanlarının nəticələri barədə tələbələr üçün report hazırlanacaqdır. Bu report tələbələrin imtahanın hansı bölmələrində zəif cəhətlərininin olduğu, əsasən hansı bölmələr üzrədaha çox çalışmalı olduğunu göstərəcəkdir. Bu da tələbəyə uğur qazanması üçün çox böyük köməklik edəcəkdir.
Xatırladaq ki, növbəti sınaq imtahanı 24.12.2011 tarixində Qafqaz Universitetində keçiriləcəkdir.
Vüqar Muradov