Kayıtlar

Eylül, 2014 tarihine ait yayınlar gösteriliyor

Hindistanlı İş Adamları ilə Görüş

Resim
Azərbaycanda keçirilən Hindistan Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan hindistanlı iş adamları Sharma və Vivek Kapur ilə azrəbaycanlı iş adamlarının birgə görüşü keçirilmişdir. Görüş çərçivəsində Hindistan bazarının və məhsullarının azərbaycanlı iş adamları üçün üstün cəhətəri, iki tərəf arasında qarşılıqlı biznes əlaqələrinin qurulması barədə müzakirələr aparılmışdır. İPƏK YOLU SİDİB - in təşkilatçılığı ilə baş tutan görüşdə QUTechnopark da öz könüllü tələbələri ilə birgə iştirak etmişdir. Hər iki ölkədə olan biznes mühitinin imkanları, Azərbaycanda təşkil olunan Hindistan Sərgisinin təşkilati məsələləri ətrafında aparılan danşıqlıqlar bütün iştirakçılar üçün faydalı və maraqlı olmuşdur. http://qutechnopark.az/az/news/2014/09/Hindistanli-ish-adamlari-ile-gorush-294.html

BethClip Silikon Vadisində

Resim
Yeni Fikir 2014 Müsabiqəsində birincilik qazanaraq 10 000 manat grant əldə etmiş BETHCLIP layihəsi Silikon Vadisində səfərdədir. Burada müxtəlif istiqamətli təlimlərdə, seminarlarda iştirak edən layihə rəhbəri Rəşid Əliyev investorlar ilə görüşmə və layihəni təqdim etmə imkanı əldə edir. Sentyabr ayının sonlarına kimi nəzərdə tutulan səfər Happy Farm və Imperious Group - un təçkilatçılığı ilə baş tutmuşdur. Əvvəl xəbər verdiyimiz kimi Betchlip layihəsi Happy Farm Business Incubator Startup müsabiqəsində final mərhələsinə yüksələrək bu şansı əldə etmişdir. Bu səfərin BethClip layihəsinin tanıdılması və investisiya qazanılması üçün böyük şans olduğunu qəbul edərək Rəşid bəyə uğur arzulayırıq! http://qutechnopark.az/az/news/2014/09/BethClip-Silikon-Vadisinde-295.html

Milla süd zavodunun nümayəndələri ilə görüş.

Resim
Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Milla süd zavodunun HR və PR şöbəsinin nümayəndələri Kamalə Sultan-Əhmədi və Lalə Murtuzayeva arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. Görüş sonunda xatirə şəkili çəkilib. http://www.qu.edu.az/az/news/Milla-s%C3%BCd-zavodunun-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99ri-il%C9%99-g%C3%B6r%C3%BC%C5%9F-5724.html

Aztexnika və Aztikintiyol şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Resim
Karyera Planlama Mərkəzinin təşkilatçılığı ilə universitet nümayəndələrimiz ilə Aztexnika və Aztikintiyol şirkətinin HR   şöbəsinin nümayəndələri Renat Rüstəmov və Faiq Ağamoğlanov arasında görüş keçirilib. Görüş zamanı tələbə və məzunlarımızın bu şirkətdə təcrübə imkanları, şirkət nümayəndələrinin universitetimizdə Master Classe keçmələri, yarımştat və tamştat işlə təmin olunmaları, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunub. Görüş sonunda xatirə şəkili çəkilib . http://www.qu.edu.az/az/news/Aztexnika-v%C9%99-Aztikintiyol-%C5%9Firk%C9%99tinin-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99ri-il%C9%99-g%C3%B6r%C3%BC%C5%9F-ke%C3%A7irilib-5725.html

Tələbəmiz Azercell təqaüd proqramının qalibidir

Resim
Azərbaycanın akademik potensialının yüksəlməsinə daim dəstək olan “Azercell Telekom” MMC-nin 01 iyul 2014-cü il tarixində elan etdiyi Tələbə Proqramı üzrə son seçimlər başa çatmışdır. Proqrama qatılmaq üçün ölkəmizin müxtəlif təhsil ocaqlarından ümumilikdə 400 tələbə müraciət edib. Tələbə Proqramının mərhələli seçimləri nəticəsində 12 tələbə Azercellin təqaüdçüsü adına layiq görülmüşdür. Bölməmizin tələbələrindən  Aysel Soltanlı  da qaliblər arasındadır. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Qaliblərin təltif etmə mərasimi 23 sentyabr Azercell-in Barama İnnovasiya Mərkəzində keçirilmişdir. Tələbələr ilə görüşdə iştirak edən Azercell MMC-nin Prezidenti Kirill Qaburiç qaliblərlə geniş müzakirələr aparmış və onlara gələcək karyerada

Tələbələrimizin İstanbul Yay Təcrübə Proqramı

Resim
Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakultəsi “2014 Türkiyə Yay Təcrübəsi” proqramını uğurla başa vurub.   Maliyyə , Biznesin İdarəedilməsi, Dünya İqtisadiyyatı və Dövlət və Bələdiyyə İdarəetməsi bölümlərindən seçilmiş 25 tələbə İstanbulda üç böyük şirkətdə - BankAsya, Zaman Media Qrupu və Colins Tekstil təcrübədə olublar. Tələbələr şirkətlərin müxtəlif departamentlərində tam ştat işçi statusunda bir ay fəaliyyət işləmiş və şirkətlər tərəfindən nahar, nəqliyyat və digər şirkətdaxili xidmətlərlə təmin olunmuşlar. Təcrübə ərzində Dünya iqtisadiyyatı ixtisasının tələbələri BankAsya-nın Xarici əməliyyatlar və Risklərin idarəolunması,   Maliyyə   ixtisasının tələbələri bankın Muhasibatlıq, Maliyyə analizi, Nəğd və kredit əməliyyatları departamentlərində fəaliyyət göstərmişlər. Biznesin idarəolunması ixtisasının tələbələri isə Colins şirkətinin Marketinq departamentində təcrübə keçmişdir. Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələr Zaman Media Qrupun İctima

Qafqaz universiteti " Bakı Elm Festivalı "nda iştirak edəcək

Resim
Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü,  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Noyabr ayında  " Bakı Elm Festivalı " keçiriləcək. Gənc alimlərin çıxışları,  elmi laborotoriyalara ekskursiyalar,  elmi şoular, robotların yarışı, elmi filmlərin nümayişi kimi mövzularda keçiriləcək festivalın əsas məqsədi Elmlə cəmiyyəti bir birinə yaxınlaşdırmaq, elmi nəaliyyətləri əyani şəkildə nümayiş etdirmək və gənc nəslin elmə olan marağını daha da artırmaqdan ibarətdir. Ali məktəblərin iştirakınında nəzərdə tutulduğu festifalın təşəbbüskarı olan Milli Elmlər Akademiyasının Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Dr. Nuridə Hidayət Qafqaz universitetində olub. Universitetin rektoru professor Ahmet Saniç qonağa universitet haqda ətraflı məlumat verib. Dr. Nuridə Hidayət universitetdə fəaliyyət göstərən  İKT mərkəzində tələbələrin proqramlaşdırdığı robotları izləyib, mexanika və kompyuter laborortoriyalarında olu

Daimi İnkişaf Mərkəzi TOEFL və İELTS hazırlıq kurslarının qeydiyyatına start verib

Resim
Hər 1-ci gün yeni bir kurs başlayar devizi ilə yola çıxan  Daimi İnkişaf  Mərkəzi TOEFL və İELTS  hazırlıq kurslarının qeydiyyatına start verib. Kurslar  xarici ölkəkərdə magistratura təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulur. Kurslar həftədə 2 dəfə olmaqla 90 (doxsan) dəqiqə 3 ay müddətinə davam edəcəkdir. Qafqaz Univerisiteti tələbə və məzunlarına 15 % endirim olacaq. Kurslar  peşəkar müəllimlərimiz tərəfindən tədris ediləcəkdir. Hər hansı bir sualla bağlı Qafqaz Universiteti Əsas Bina 502-ci otağa müarciət edə bilərsiniz. Əlaqə: 012 349-99-90, mob: 055 448 28 62 DİM Koordinatoru Turqay Bədəlo v http://www.qu.edu.az/az/news/Daimi-%C4%B0nki%C5%9Faf-M%C9%99rk%C9%99zi-TOEFL-v%C9%99-%C4%B0ELTS-haz%C4%B1rl%C4%B1q-kurslar%C4%B1n%C4%B1n-qeydiyyat%C4%B1na-start-verib-5707.html

Hazırda doktorantura üzrə Qafqaz Universitetində oxuyuram.

Resim
Rüfət Hüseynov :  “Bahçeşehir Universitetini seçməyimdə akademik heyətin “ağır”lığı qərarıma təsir edən amillərdən ən əsası oldu” Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Rüfət Hüseynovdur. Rüfət aktiv gənc olmaqla yanaşı oxuduğu ixtisas üzrə peşəkar kadr kimi də formalaşıb. O, hazırda fəaliyyətini Qafqaz Universitetinin Biznesin idarə edilməsi kafedrasında müəllim olaraq davam etdirir. Bu savadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik. - Özünüz barədə məlumat verərdiniz. - Hüseynov Rüfət Xaliq oğlu, 1988-ci il 18 dekabrda Bakı şəhərində dünyaya gəlmişəm. 1995-2006-cı illərdə 67 saylı orta məktəbi bitirmişəm və elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi və təşkili fakültəsinə daxil olmuşam. Təhsilimi uğurlu davam etdirərək 2011-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən Bahçeşehir Universitetində təhsil almağı yüksək təqaüdlə qazanmışam. Buna qədər orta məktəb illərində bir çox olimpiadalarda i

Qafqaz Tələbələrindən növbəti uğur: Açıq Proqramlaşdırma Çempionatı 2014 və 4 nəticə

Resim
"Qafqaz Universitetində Zadeh Kuboku Azərbaycan" Açıq Proqramlaşdırma Çempionatı 2014 keçirilib 21 sentyabr 2014-cü il tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qafqaz Universitetində Zadeh Kuboku Azərbaycan Açıq Proqramlaşdırma Çempionatı 2014 keçirilib. Müsabiqədə 39 tələbə, o cümlədən Qafqaz Universitet – 15, Bakı Dövlət Universiteti – 12, Azərbaycan Texniki Universiteti – 4, Moskva Dövlət Universitetinin Bakı Filialı – 3, Milli Aviasiya Akademiyası - 3, Azərbaycan Dövlət Neft Akademiyası – 1, Bakı Ali Neft Məktəbi - 1 tələbə və 7 məktəbli, müsabiqədən kənar 3 nəfər iştirak edib. Müsabiqə qalibləri qiymətli hədiyyələr, diplom və sertifikatlarla mükafatlandırılmışlar. Mükafatlandırma aşağıdakı kimi baş tutmuşdur: I YER (Zadeh Kubokunun qalibi) Rəşad Məmmədov (Qafqaz Universiteti) II YER Əli Vəliyev (Moskva Dövlət Universitetinin Bakı Filialı) Mahmud Allahverdiyev (Qafqaz Universiteti) III YER Elmi Əhmədov (Qafqaz Universiteti) Təbriz Hacıyev (Qafqaz Universiteti) M

QS: Azərbaycanın ən yaxşı universiteti Qafqaz Universitetidir

Resim
Dünyanın ən yaxşı ali təhsil müəssisəsi Massaçusets Texnoloji İnstitutudur (MİT). 1990-cı ildə yaradılan və ali təhsil üzrə dünyanın aparıcı informasiya mənbəyinə çevrilən QS - Quacquarelli Symonds dünya universitetlərinin reytinqini hazırlayıb. Bu reytinqdə Azərbaycanın ən yaxşı universiteti hansıdır? Cədvələ görə, Azərbaycanın ən yaxşı universiteti Qafqaz Universitetidir. O, dünyada 651-700-cü yerləri bölüşür. Siyahıda Azərbaycandan daha 2 universitetin adı çəkilir. Bakı Dövlət Universiteti və Xəzər Universiteti ilk 700 universitet siyahısına düşməyiblər. Onların yeri 701+ kimi göstərilir. İlk 700 universitet siyahısına düşə bilməyən, ancaq adı çəkilən universitetlərin hamısı 701+ qrupunda göstərilir. Birinci 400 universitet arasında olanların fərdi reytinqi müəyyən olunub, 401-ci yerdən aşağıda olan universitetlər isə qruplara salınaraq qiymətləndirilib. Beləliklə, 1-ci yerdə MİT-dir. 2-ci yerdə Kembric universiteti, 3-cü yerdə Londonun İmperial Kollecidir. Rusiyanın ən yaxşı unive

Dünya universitetlərinin REYTİNQİ - İlk "700-lük"də Azərbaycandan cəmi 1 ali məktəb-Qafqaz Universiteti

Resim
Modern.az saytı xəbər verir ki, dünya univesitetlərinin reytinqini ölçən ən məşhur  3  qurumdan biri sayılan  QS World University Rankings sentyabrın 16-da 2014-2015-ci il üzrə  növbəti reytinq cədvəlini aciqlayıb. Dünya universitetləri sıralamasında ilk 700 universitet arasında 651-700 balla Qafqaz Universiteti də yer alıb. Qafqaz Universiteti Azərbaycanı dünyanın  ilk 700 üniversiteti içərisində təmsil edən yeganə ali təhsil ocağıdır. Modern.az saytı dünya universitetlərinin reytinq cədvəlinin yerləşdirildiyi linki təqdim edir. Siyahı ilə buradan  http://www.topuniversities.  com/university-rankings/world-  university-rankings/2014#  sorting=rank+region=+country=+  faculty=+stars=false+search=   tanış olmaq mümkündür. http://modern.az/articles/64041/1/

Dünyanın 700 universiteti arasında Azərbaycandan cəmi 1 ali məktəb var

Resim
  Modern.az saytı xəbər verir ki, dünya univesitetlərinin reytinqini ölçən ən məşhur 3 qurumdan biri sayılan QS World University Rankings sentyabrın 16-da 2014-2015-ci il üzrə növbəti reytinq cədvəlini aciqlayıb. Dünya universitetləri sıralamasında ilk 700 universitet arasında 651-700 balla Qafqaz Universiteti də yer alıb. Qafqaz Universiteti Azərbaycanı dünyanın ilk 700 üniversiteti içərisində təmsil edən yeganə ali təhsil ocağıdır. www. azadlıq.info

Yeni Fikir 2014 Müsabiqəsinə Müraciət Edən Ləyihələrin Əsas Seqmentləri

Resim
1 noyabr - 25 yanvar tarixlərini əhatə edən layihələrin qeydiyyata alınması mərhələsində Yeni Fikir 2014 Müsabiqəsi 229 müraciət qəbul etdi. Bunlardan yalnız 169-u kriteriyaları ödəyən və tam doldurulmuş fikirlər idi. Yerdə qalan fikirlər isə biznes fikri olmayan müxtəlif təkliflər, innovasiya ilə bir o qədər də əlaqəsi olmayan kurs, kafe, kitab mağazası, ferma açmaq və s. kimi ideyalar idi. Ümumi müraciətlərin 7%-i isə heyvanların və təbiətin qorunması, insanların idmanla məşğul olmağa təşfiq olunması kimi sosial layihələdən ibarət idi. Münsiflər heyətinin dəyərləndirilməsinə alınan 169 layihənin ümumi statistikasına nəzər salaq. Layihələr arasında əsas üstünlüyü müxtəlif istiqamətli veb xidmətlər təklif edən saytların yaradılması (16%), e - ticarət ilə bağlı olan fikirlər və tətbiqetmələr (13%), software və müxtəlif proqramların yazılması (11%), mobil tətbiqetmələr (10%), xidmət sahəsini müəyyən istiqamətləri üçün təklif olunan innovasiyalar və fikirlər (10%), yeni innovativ məhs

Qafqazda Bilik Günü

Resim
Qafqaz Universitetində yeni tədris ilinin başlaması münasibəti ilə ənənəvi tədbir keçirilib. Tədbirin rəsmi hissəsində universitetin rektoru professor Ahmet Saniç bildirib ki, bu il universitetimizdə 2 yeni ixtisas açılmasını da nəzərə alsaq, universitetimizə qəbul yüksək səviyyədə olub. Professor Ahmet Saniç bu il də Qafqaz Universitetini seçən tələbələr arasında rayon və kənd məktəblərini bitirmişlər olduğunu qeyd edib. Bu göstərici də bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlər, yeni məktəb binalarının tikilməsi, məktəblərin maddi texniki bazasının müasir avadanlıqlarla təhciz olunması öz bəhrəsini verir. Qafqaz Universitetini 650 baldan yuxarı 35 nəfər seçib ki, bunun da ikisi 700 bal toplayıb, 11 nəfər isə Prezident təqaüdünə layiq görülüb. Rektor əlavə edib ki, ilk dəfə Qafqaz Universitetində texnopark yaradılıb, universitetdə yüksək təhsil vermək üçün son nəsi

Qafqaz Universitetində Bilik Günü keçirilib

Resim
Qafqaz universitetində bu gün yeni tədris ilinin başlaması münasibəti ilə ənənəvi tədbir keçirilib.  Piar.Az  saytının Universitetin Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,tədbirin rəsmi hissəsində Universitetin rektoru professor Ahmet Saniç bildirib ki, bu il universitetimizdə 2 yeni ixtisas açılmasınıda nəzərə alsaq universitetimizə qəbul yüksək səviyyədə olub. Professor Ahmet Saniç bu il də Qafqaz universitetini seçən tələbələr arasında rayon və kənd məktəblərini bitirmişlər olduğunu qeyd edib. Bu göstəricidə bir daha təsdiqləyirki Möhtərəm prezidentimiz İlham Əliyevin və H.Əliyev fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlər, yeni məktəb binalarının tikilməsi, məktəblərin maddi texniki bazasının müasir avadanlıqlarla təhciz olunması öz bəhrəsini verir.Qafqaz universitetini 650 baldan yuxarı 35 nəfər seçib ki, bununda ikisi 700 bal toplayıb,11 nəfər isə Prezident təqaüdünə layiq görülüb. Rektor əlavə edib ki, ilk dəfə Qafqaz Uni

TÜSİAB-ın Baş Katibi Yasin Göral və Qafqaz Universiteti İş Dünyasi ilə Əlaqələr üzrə Prorektorluğu arasında görüş keçirildi

Resim
İş Dünyasi ilə Əlaqələr üzrə Prorektorluğun nümayəndələri 230-a yaxın yerli iş adamlarının üzv olduğu TÜSİAB-ın  Baş Katibi  Yasin Göral arasında görüş keçirilib. Görüş zamanı qarşılıqlı əlaqələrin artırılması, tələbələrin iş dünyasına inteqrasiyası, birliyə aid olan şirkətlərdə tələbələrin təcrübə keçməsi, tələbələrin şirkət ziyarəti  yönündə bir sıra mövzular müzakirə olunub.Şirkət rəhbərlərinin Univresitetimizdə tələbələrə yönəlik Master Klassaların verilməsi və  eyni zamanda şirkətlərlə tələbələrimizin yaxından tanış olması üçün, mövcud imkanların olduğu qeyd olundu.  TÜSİAB -ın  Baş Katibi  Yasin Göral görüşdən məmnun qaldığını vurğulayaraq, univeristet rəhbərliyinə və əməkdaşlarımıza dərin minnətdarlığını bildirdi. http://www.qu.edu.az/az/news/T%C3%9CS%C4%B0AB-la-g%C3%B6r%C3%BC%C5%9F-5694.html

İPƏK YOLU Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin Baş Katibi Sərraf Nəzərov Qafqaz Universitetində

Resim
İş Dünyasi ilə Əlaqələr Prorektorluğunun nümayəndələri ilə 100-ə yaxın yerli iş adamlarının üzv olduğu İPƏK YOLU Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin Baş Katibi Sərraf Nəzərov arasında görüş keçirilib. Görüş zamanı qarşılıqlı əlaqələrin artırılması, tələbələrin iş dünyasına inteqrasiyası, birliyə aid olan şirkətlərdə tələbələrin təcrübə keçməsi, tələbələrin şirkət ziyarəti  yönündə bir sıra mövzular müzakirə olunub. Şirkət rəhbərlərinin Univresitetimizdə tələbələrə yönəlik Master Klassaların verilməsi və eyni zamanda şirkətlərlə tələbələrimizin yaxından tanış olması üçün, mövcud imkanların olduğu vurğulandı. Birliyin baş katibi Sərraf Nəzərov Qafqaz Universitetinə hər zaman etimadlarının böyük olduğunu qeyd etdi.  Univeristet rəhbərliyinə və əməkdaşlarımıza dərin minnətdarlığını bildirdi http://www.qu.edu.az/az/news/%C4%B0P%C6%8FK-YOLU-5693.html

İş Dünyasi ilə Əlaqələr üzrə Prorektorluğun nümayəndələri ilə GRBS şirkətinin idarəedici partnyoru Bəhram Qurbanov arasında görüş keçirilib

Resim
İş Dünyasi ilə Əlaqələr üzrə Prorektorluğunun nümayəndələri ilə 12-i şirkəti özündə birləşdirən iş adamı GRBS şirkətinin idarəedici partnyoru Bəhram Qurbanov arasında görüş keçirilib. Görüş zamanı Universitetimizin həyata keçirdiyi tədris metodundan məmnun qaldığını bildirən Bəhram bəy, Qafqaz Universitetinin hər zaman öz fərqliliyi ilə seçildiyini vurğuladı. Bir çox sahələrdə xidmət göstərdiklərini bildirən Bəhram bəy, təhsil sahəsində kifayət qədər uğur əldə etdiklərini diqqətə çatdırdı. Qafqaz Universitetinə hər zaman böyük etimadlarınının olduğunu bildirən Bəhram bəy iş həyatında əldə etdiklərini uğurlarını, iş təcrübəsini tələbələrnən paylaşmağa hazır olduğunu bildirdi. Son kurs tələbələrinə master klassların keçirilməsində, hər zaman dəstək olacağını qeyd etdi http://www.qu.edu.az/az/news/GRBS-g%C3%B6r%C3%BC%C5%9F-5695.html 

700 bal toplayan gənclər danışdı

Resim
“Bu, çox sadədir”. Hər il ali təhsil müəssisələrinə qəbul imtahanlarında on minlərlə abituriyent iştirak edir. Cari ildə də onların sayı heç də ötən illərdən az olmayıb. Belə ki, bu il ali təhsil müəssisələrinə müsabiqədə 35 995 abituriyent iştirak edib ki, onlardan 33 623 nəfər tələbə adını qazanıb. Hər il olduğu kimi, cari ildə də qəbul imtahanlarında bir çox abituriyent 600-dən yuxarı bal toplayıb.Onlar tələbə adını necə qazandıqları və belə yüksək balı necə əldə etdikləri barədə danışdılar.İlk müsahibimiz ali məktəbə qəbul imtahanlarında I qrup üzrə 700 bal toplayan Fatimeyizəhra Nəbizadədir: - Mən 27 mart 1997-ci ildə Bakı səhərində anadan olmuşam. Türk Dəyanət Vəqfi Bakı türk liseyini və “Araz” kurslarını bitirmişəm. Ali məktəblərə qəbul imtahanı nəticəsində Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olmuşam. Ailədə 5 nəfərik - bir bacım, bir qardaşım var, anam tibb bacısı, atam və qardaşım mühəndis, bacım həkimdir. 8-9-cu siniflərə qədər bütün dərsləri yaxşı

Ali məktəblərə yüksək balla qəbul olunanlara Prezident təqaüdü verilməsi barədə sərəncam imzalanıb - SİYAHI

Resim
Bakı -  APA . Azərbaycan prezidenti İlham Əliyev “2014/2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb. APA -nın xəbərinə görə, sərəncama əsasən, 2014/2015-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək: Abbasova Ləman Ədalət qızı Abdullayev Kamran Elnur oğlu Adıgözəlov Toğrul Tərlan oğlu Ağabəyova Xanım Məmməd qızı Ağakişiyeva Zülfiyyə Elxan qızı Alıyev Emil Rizvan oğlu Allahverdiyev Surxay Əsədulla oğlu Alpaşayev Vüqar Kazım oğlu Aşirov Yusif Cümşüd oğlu Ayralov Zaur Arif oğlu Baxşəliyeva Aydan Novruz qızı Baxşılı Əmiraslan Baldadaş oğlu Cəfərli Sevinc Nazim qızı Cəfərova Aytac Nayib qızı Cəfərova Nigar Tələt qızı Dadaşzadə Xalıq Yusif oğlu Eminov Kənan Zabil oğlu Əbilov Elmir Adil oğ