Kayıtlar

Ekim, 2013 tarihine ait yayınlar gösteriliyor

Türkiyənin Mühəndislik Təhsili Proqramları Dəyərləndirmə və Akkreditasiya Dərnəyinin nümayəndə heyəti Bakı Ali Neft məktəbində olmuşdur

Resim
28 Oktyabr 2013   Türkiyənin Mühəndislik Təhsili Proqramları Dəyərləndirmə və Akkreditasiya Dərnəyinin (MÜDEK) İdarə Heyətinin rəhbəri Erbil Payzın, təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç və həmin universitetin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində olmuşlar. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurlar, gələcək planları və perspektivləri haqqında qonaqlara məlumat vermişdir. E.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatlar haqqında danışaraq qeyd etmişdir ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir. Türkiyənin təhsil sahəsində əldə etdiyi uğurları

Türkiyənin MÜDEK təşkilatının nümayəndə heyəti ilə Bakı Ali Neft Məktəbində görüş keçirilib

Resim
Bakı Ali Neft Məktəbində Türkiyənin "Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği"nin (MÜDEK) İdarə Heyətinin rəhbəri Erbil Payz ın, MÜDEK-in təsisçi rəhbəri Bülent Platin , Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç , Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç və Qafqaz Universitetinin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində olublar. Bazar ertəsi Trend -ə daxil olan məlumatda deyilir ki, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verib. E.Qasımov qeyd edib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki, bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. Bu baxımdan beynəlxalq standartlara cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi qa

Türkiyənin Mühəndislik Təhsil Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Dərnəyinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

Resim
Türkiyənin Mühəndislik Təhsil Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Dərnəyinin (MÜDEK) rəhbəri Erbil Payzının başçılıq etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, rektor Elmar Qasımov məktəbin yaranma tarixi, qısa müddətdə əldə etdiyi uğurlar, perspektiv planları haqqında qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan dünyanın neftin sənaye üsulu ilə çıxarılan ölkəsidir. Bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. Bu məqsədlə beynəlxalq standartlara cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi məktəbin qarşısında qoyulmuş ən önəmli məsələlərdəndir. Rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan

Türkiyəli mühəndislər BANM-də olub

Resim
28.10.2013 11:11 Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) rəhbərindən ibarət nümayəndə heyəti ilə Bakı Ali Neft məktəbində görüş keçirilib. BANM-ın mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, nümayəndə heyətinin üzvləri BANM-i ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Görüşdə Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) idarə heyətinin rəhbəri Erbil Payzın , MÜDEK –in təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç ve Qafqaz Universitetinin prorektoru Şahin Durmaz iştirak edib. Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat vermişdir.

Qafqaz beynəlxalq əlaqələrini genişləndirir

Resim
Qafqaz Universiteti ilə Tallin Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb Qafqaz Universitetinin Avropa və digər beynəlxalq universitetlərlə həyata keçirdiyi səmərəli elmi-praktiki əməkdaşlıq fəaliyyətləri kontekstində Avropa İttifaqı ölkələrindən biri olan Estoniya Respublikasının Tallin Universiteti ilə gələcək əməkdaşlığın təməli qoyulub. Bu barədə Xezerxeber.com-a Qafqaz Universitetindən məlumat verilib. Qafqaz Universiteti ilə Tallin Universiteti arasında oktyabrın 30-da reallaşan imzalanma mərasimində iki müqavilə bağlanıb. Bunlardan biri Tallin Universiteti ilə Qafqaz Universiteti arasında niyyət protokolu, digəri isə Tallin Universitetinin İnformasiya Elmləri İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokoludur. Qafqaz Universitetində reallaşan imzalanma mərasimində müqavilələri Tallin Universitetinin nüfuzlu professorlarından biri, İnformasiya Elmləri İnstitutunun İnformasiya və Təhsilin İdarəolunması şöbəsinin müdiri, Avropa İttifaqı “Erasmus+

Qafqaz Universiteti ilə Tallin Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanmışdır

Resim
Qafqaz Universitetinin Avropa və digər beynəlxalq universitetlərlə həyata keçirdiyi səmərəli elmi-praktiki əməkdaşlıq fəaliyyətləri kontekstində Avropa İttifaqı ölkələrindən biri olan Estoniya Respublikasının Tallin Universiteti ilə gələcək əməkdaşlığın təməli qoyulmuşdur. Belə ki, Qafqaz Universiteti ilə Tallin Universiteti arasında 30 oktyabr 2013-cü il tarixində reallaşan imzalanma mərasimində iki müqavilə bağlanmışdır. Bunlardan biri Tallin Universiteti ilə Qafqaz Universiteti arasında niyyət protokolu, digəri isə Tallin Universitetinin İnformasiya Elmləri İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokoludur. Qafqaz Universitetində reallaşan imzalanma mərasimində müqavilələri Tallin Universitetinin nüfuzlu professorlarından biri, İnformasiya Elmləri İnstitutunun İnformasiya və Təhsilin İdarəolunması  şöbəsinin müdiri, Avropa İttifaqı “Erasmus+” proqramının Estoniyadakı səfiri Sirje Virkus və Qafqaz  Universitetinin rektoru, professor Əhməd Saniç imzalamışlar. Gör

Məzunlar «işsizlik və işçisizlik» dilemması ilə üz-üzə qalıblar

Resim
Rəşad Əliyev Nəzrin Nəzirova «Universiteti 3 il əvvəl bitirmişəm. 570 balla qəbul olmuşdum. Hələ də özümə iş tapa bilməmişəm» –  Bu sözləri deyən  Rəşad Əliyev in 25 yaşı var. O, İqtisad Universitetini bitirib və əsgərlikdən qayıdandan bəri ixtisası üzrə iş axtarır: «İxtisasım biznes inzibatçılığıdır. Ən xırdalarından ən irisinədək neçə-neçə şirkətə CV-mi – özüm barədə dəqiq məlumatı  yollamışam. Ya müsahibəyə çağırmırlar, ya da çağırıldığım yerdən məyus qayıdıram. İş təcrübəm yoxdur deyə, müsahibələrdən keçə bilmirəm. Axı, öz sahəmdə təcrübəmin olması üçün haradasa işləməliyəm. Amma harada?». İŞSİZLİK YOXSA, İŞÇİSİZLİK? Rəşad Əliyev deyir ki, indi ancaq kafelərdə iş tapmaq olar, qalan işlər balıqsız çaya tilov atmağa bənzəyir. Onun kimilər – diplomu əlində qalanlar işsizlikdən, işəgötürənlərsə ölkədə mütəxəssis qıtlığından gileylənirlər. Məsələn, bu yaxınlarda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycanda işsizlik deyil, işçisizlik probleminin o

Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzi öz yeni üzvləri ilə görüşdü

Resim
Qafqaz Universitetinin Sahibkarlığın İnkişafı və Tədqiqatı mərkəzi qırxdan çox yeni üzvü ilə bu smestr ilkin görüş keçirdi. Müraciət etmiş və müsahibədən müvəffəqiyyətlə keçmiş tələbələr mərkəzin Qafqaz Biznes Forum adlanan tələbə qolunun üzvləri oldular. İlkin görüşə universitetdən mərkəzə üzv olan müəllim və tədqiqatçılarla yanaşı Qaqaz Biznes Forumunun köhnə və həmçinin yeni üzvləri də qatıldılar.Tədbir Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzinin direktoru Adiljan Abdurazzak tərəfindən açıq elan edildi və həmçinin o əvvəlki ildə üzvlər tərəfindən qazanılmış uğurlar barədə məlumat verib mərkəzin gələcəkdəki planlarından danışdı. Çıxışda keçən ildə mərkəzin tələbə üzvlərinin uğurla başlatdığı və icra  etdiyi dörd biznes və sosyal əhəmiyyətli layihələr və həmin layihələrin tələbələrə qazandırdığı sahibkarlıq bacarıqlarının əhəmiyyəti vurğulandı. Sahibkarlığın İnkişafı və Tədqiqatı mərkəzinin tələbə üzvlərindən ibarət Qafqaz Enactus Komandası Azərbaycan daxilində 13 universitetin k

Dünyaya örnək ola biləcək bir Türk Dünyası arzusuyla…

Resim
          Məsləki varlığından,  Min qat böyükdür, böyük –           Böyüklüyün rəmzidir    Dədə Heydər - Atatürk.                           ( Xəlil Rza Ulutürk)       Qafqaz Universitetində Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 90-cı ildönümünə və böyük Mustafa Kamal Paşa Atatürkün xatirə gününə həsr olunmuş “Türkiyə Cumhuriyəti 90 Yaşında!” adlı ədəbi-bədii proqram  keçirildi. Türkiyə Cumhuriyyətinin İstiqlal marşının oxunması ilə başlayan proqramda  bu günün həm Azərbaycan xalqı üçün, həm də türk xalqı üçün əlamətdar və fərəhli bir gün olduğu xüsusilə vurğulandı. Türk xalqının yenilməz cəsarəti ilə böyük Atatürkün dühasının, məharətinin birliyi sayəsində qazanılan qələbəyə həsr olunmuş mahnılarda, şeirlərdə Türkiyə Cümhuriyyətinin yaranma tarixi, keçdiyi şərəfli yol, əldə etdiyi uğurlara işıq tutuldu. Sürəkli alqışlarla müşayət olunan rəqs kollektivinin “Çırpınırdı Qara dəniz” rəqs-kompozisiyası proqrama xüsusi rəng qatdı. Həm Türkiyə Cümhuriyyət

Azərbaycan təhsilinin uğurları-Flora Qafarova

Resim
                                                             Prezident təqaüdçüləri  Məlum olduğu kimi, 2013-2014 tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə ayrılmış 36 min 537 plan yerinə 33 min 745 gənc qəbul olunub. Onlardan 10 min 812-si I qrupa, 9 min 698-i ikinci qrupa, 9 min 615-i  üçüncü qrupa, 3 min 620-si dördüncüqrupa qəbul edilib.  Qəbul imtahanlarında üçüncü ixtisas qrupu üzrə 4 nəfər, dördüncü ixtisas qrupu üzrə isə 2 nəfər maksimum- 700 bal toplayıb. Hər il olduğu kimi, bu il də  tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ölkəmizin ali məktəblərinə daxil olmuş bir qrup tələbə (102 nəfər) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2013-cü il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Bu nömrə mizdən başlayaraq  onları təqdim edirik:   Nərminə  MURĞUZOVA, Azərbaycan Respublikası Prezidenti  yanında D

Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) rəhbəri ölkəmizdə səfərdədir

Resim
Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) rəhbərindən ibarət nümayəndə heyəti ilə Bakı Ali Neft məktəbində görüş keçirilmişdir. Bakı Ali Neft Məktəbində Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği” nin (MÜDEK) idarə heyətinin rəhbəri Erbil Payzın , MÜDEK –in təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç ve Qafqaz Universitetinin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində olmuşdurlar. Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat vermişdir. E.Qasımov qeyd etmişdir ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisa diyyatının inkişafında əsas rol oynayır. Bu baxımda

Qafqaz Universitetində beynəlxalq konfrans

Resim
Qafqaz universitetinin təşəbbüsü ilə keçirilən AİCT-2013 7-ci Beynəlxalq konfransın son günü Qafqaz universitetində davam edir.  26 ölkənin İT üzrə alimlərinin iştirakı ilə keçirilən konfransda alimlərin məruzələri dinlənilir, ayrı ayrı sahələr üzrə bölmə görüşləri keçirilir. Amerikalı Professor at the Department of Computer Science, Stony Brook University Steven Skiena öz çıxışında bildirib ki, Azərbaycan xalqı çox yaxşı xalqdır həmdə maraqlı bir ölkədir. Çıxışını davam etdirən Steven alqoritm sahəsində yazdığı kitab haqda məlumat verərək bildirib ki, bu kitabı yazanda çox həyacan keçirib. Cünki gələcək nəsil bu kitabdan istifadə edəcək. O Qafqaz universitetinin bele bir konfrans təşkil etməsini burada oxuyan tələbələrin konfransda fəal iştirakını yüksək qiymətləndirib və deyibki Qafqaz universiteti  dünyanın elm mərkəzlərindən birinə çevirilir. Türkiyədən konfransa qatılan  Əşrəf Adalı  bildirib ki, 21-ci əsrdə  informasiya texnologiyasının xüsusi əhəmiyyəti var. Bakıda keçiri

“Qafqaz Universiteti distant təhsil həyata keçirməyə tam hazırdır”

Resim
Hazırda Qafqaz Universiteti distant təhsil də həyata keçirməyə tam hazırdır. “ICTnews” xəbər verir ki, bu barədə açıqlamanı Qafqaz Universitetinin rektoru Əhməd Saniç bildirib. Onun sözlərinə görə, bunun üçün universitetin həm tədris bazası, həm də texniki imkanları yaradılıb. O bildirib ki, Azərbaycanda distant təhsillə bağlı qanun qəbul edilən kimi Qafqaz Universiteti bu sahədə də fəaliyyətə başlayacaq.     “Ümumiyyətlə isə, elə insanlar var ki, onlar aldıqları təhsildən və ya ixtisaslarından narazıdırlar. Yaxud da bəzi insanlar, xüsusilə də hər hansı işdə çalışan adamlar karyeralarını daha da zənginləşdirmək arzusundadırlar. Onların hər gün təhsil müəssislərinə getməyə vaxtları olmur. Belə olan təqdirdə, həmin insanların arzularının reallaşması üçün distant təhsil yeni imkanlar yaradır. Bu baxımdan da mən inkişaf etmiş ölkələrdə geniş yayılmış distant təhsilin olmasını çox yaxşı qiymətləndirirəm”- deyə o bildirib.   http://www.ictnews.az/read-27115-news-1.html RƏVAN

Qafqaz Universiteti Beynəlxalq Konfrans keçirir

Resim
  Qafqaz universitetinin təşəbbüsü ilə keçirilən AİCT-2013 7-ci Beynəlxalq Konfransı 2-ci günündə bölmələr üzrə Moskva Dövlət universitetinin Bakı filialında  və Qafqaz universitetində öz işini davam etdirir. Bu barədə  Modern.az- a Qafqaz universitetinin mətbuat xidmətindən məlumat verilib. Moskva Dövlət universitetinin Bakı filialında  İspaniyalı alim Ms. Iwona Maciejewska "European Collaborating R&D&i Program - EUREKA - FP7 and Horizon 2020"  mövzusunda çıxış edib. Həmin universitetdə Beynəlxalq informasiya  təhlükəsizliyi  konsorsioumunun görüşü olub. Amerika, İsrail, Rusiya, Kazaxstan, Belarusiya, Fransa və ümumilikdə 12 ölkənin alimləri iştirak ediblər. Görüşdə İnformasiya texnologiyalarının qanunvericiliyi və texniki təhlükəsizlik məsələləri müzakirə olunub. Rusiya Çin Özbəkistan və Tacikistan dövlətləri tərəfindən verilmiş Təhlükəsizlik konvesiyası müzakirə olunaraq, BMT-yə təklif olunacaq. Eyni zamanda, İT üzrə lüğət hazırlanmasıda nəzərdə tutulur. AB