28 Aralık 2012 Cuma

Qafqaz Universitetində "Dünya boyda bir millətik" adlı ədəbi-bədii proqram keçirildi

28 December, 2012, Qafqaz Universiteti Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının həmrəyliyi Günü münasibətilə “Dünya boyda bir millətik” adlı ədəbi-bədii proqram keçirildi. Mədəniyyət şöbəsi sənət kurslarının foyedə sərgilədiyi təsviri sənət nümunələri diqqəti mövzu və rəng ahəngliyinə çəkdi.
Müqəddəs torpaqlar uğrunda şəhid olanların xatirələri 1 dəqiqəlik sükutla yad edilərək Azərbaycan və Türkiyə Respublikalarının dövlər himnlərinin oxunmasıyla başlayan tədbiri giriş sözü ilə Universitetin rektoru professor, doktor  Ahmet Saniç açdı. Ədəbi –bədii gecənin rəsmi hissəsinin qonaqları Millət vəkili Qənirə Paşayeva və “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Baş direktorunun Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Əməyin Mühafizəsi (SƏTƏM) üzrə müavini İsmayılov Rəşad və ekoloq Ceyhun Əsgərov, Fateh Universitetinin müəllimi dr. Hakan Acar xoş duyğu və hisslərini tələbələrlə bölüşdülər. 
Qənirə Paşayeva azərbaycanlıların birliyi və həmrəyliyi ideyasına əsaslanan bu bayramın qayəsini, bütün dünyada yaşayan soydaşlarımızın Vətən qarşısında borclu olduqlarını xatırlatdaraq, tələbələrə qırılmaz iradə, vətənpərvərlik, möhkəm birlik, düşmənlərimizə qarşı mübarizədə qəddar və amansız olmalarını dilədi. Dr. Hakan Acar millətimizin xoş gələcəyinin, firəvan həyatının yer üzündə yaşayan azərbaycanlıların həmrəyliyindən asılı olduğunu vurğuladı.
Ədəbi-bədii proqram özfəaliyyət kollektivlərinin ifasında türksoylu xalqların bir-birindən maraqlı milli rəqsləri və mahnıları ilə müşayət olundu. Nübar Nəbizadə və Hicran Babazadənin sazda ifa etdikləri “Çırpınırdı Qara dəniz ” musiqisi tariximizə canlı şahidlik edən aşıq sənəti, saz havasının türkdilli xalqlarımızın həmrəylik simvolu olduğunu nümayiş etdirdi. 
Rəqs özfəaliyyəti kollektivlərinin ifasında “Qara dəniz Horonu”, özbək, qırğız, türk,  avar və azərbaycan rəqslərindən ibarət “Popuri” rəqs çələngi  bütün zalı riqqətə gətirdi, sürəkli alqışlarla mükafatlandırıldı. Ulu öndər Heydər Əliyevin dilindən səslənən  qürur dolu “Mən fəxr edirəm ki, azərbaycanlıyam” etirafı  tamaşaçıları ayağa qaldırdı. Bu taleyüklü çağırış altında Azərbaycan və Türkiyə Respublikalarının əzəmətlə dalğalanan bayraqları hərarətlə qarşılandı və hər kəsi təqvimin təkcə sonuncu günü yox,  hər günü bir yumruğa dönərək, həmrəy olmağa səslədi.
 Mədəniyyət şöbə müdirliyi

“Qafqaz”Universiteti “Azərikimya” üçün yeni sayt hazırlayıb


Bu gün – dekabrın 27-də «Azərikimya» İstehsalat Birliyinin konfrans zalında ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin müasir informasiya texnologiyaları üzrə yenidən işlənərək, istifadə üçün daha çox texniki çeviklik və dinamiklik verilmiş yeni İnternet saytının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan «Azərikimya» İstehsalat Birliyinin İcraçı direktorunun müavini Xalıq Mustafayev iştirakçıları salamlamış və qeyd etmişdir ki, «Azərikimya» İB-nin öz internet saytının yeni, daha böyük imkanlara malik variantının hazırlanmasını artıq üçüncü ildir ki, sıx əməkdaşlıq etdiyi «Qafqaz» Universitetinin müəllim və tələbə heyətinə etibar etmişdir. Universitetin informasiya texnologiyaları üzrə gənc mütəxəs-sisləri və tələbələri bu işin öhdəsindən layiqincə gəlmişlər. Natiq bu mühüm əhəmiyyətli, zəngin elmi-texniki bilik və gərgin zəhmət tələb edən işə görə kimyaçılar adından Universitet rəhbərliyinə və yaradıcı qrupun üzvlərinə “Azərikimya”nın minnətdarlığını bildirmişdir.
Sonra Qafqaz Universitetinin müəllimi, İKT elmi-tədqiqat mərkəzinin rəhbəri Xəyyam Məsiyev gənc və istedadlı yaradıcı qrup tərəfindən «Azərikimya» İstehsalat Birliyinin yeni internet saytının yaradılması prosesində görülən işlər və onun texniki üstünlükləri barədə ətraflı məlumat vermiş və yaradıcı heyətin üzvlərini tədbir iştirakçılarına təqdim etmişdir. Saytın yaradıcıları kimyaçıları maraqlandıran suallara cavab vermişlər.
«Qafqaz» Universitetinin rektoru, professor Ahmet Saniç öz çıxışında «Qafqaz» Universiteti ilə «Azərikimya» İstehsalat Birliyinin qarşılıqlı-faydalı əməkdaşlığından geniş söhbət açmış, bu əlaqələrin yeni perspektivlər vəd etdiyini bildirmişdır.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında vurğulamışdır ki, bu gün internetin və informasiya texno-logiyalarının daim təkmilləşməsi hər bir internet istifadəçisinin dünyanın elmi-texniki yenilikləri, baş verən siyasi hadisələr, iqtisadiyyatın bu və ya digər sahəsində qazanılmış nailiyyətlər və s. haqqında geniş və hərtərəfli məlumat almağa imkan verir.
Birliyin kollektivi yaradıcı heyətə minnətdarlığını bildirərək, yüksək intellektə, texniki düşüncəyə malik geniş perspektivli gənc müəllimlərin və tələbələrin olmasından qürur duyduqlarını bildirmiş və belə istedadlı gəncləri olan Azərbaycanın daha yüksək uğurlara, qələbələrə nail olacaqlarına böyük inam ifadə etmişdır.
© Marja
http://marja.az/busines/sector/texnology/item/25248-“qafqaz”universiteti-“azərikimya”-üç�

SSRN təşkilatının reytinqinə görə QU Cənubi Qafqaz regionundan yeganə, MDB -də isə 5 universitetdən biridir


Bakı, 28 dekabr (AzərTAc). Mərkəzi ABŞ-da yerləşən sosial və humanitar elmlər üzrə dünyanın ən populyar tədqiqat mərkəzlərindən olan Social Science Research Network (SSRN) təşkilatı yüklənmə və sitatgətirmə kateqoriyalarına görə həm məqalələri, həm tədqiqatçıları, həm də tədqiqatçıların çalışdığı qurumların reytinqini müəyyənləşdirir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali məktəb SSRN təşkilatının Entrepreneurship Research & Policy Network Organizations elmi nəşrlərin yüklənmə və sitatgətirmə reytinqinə görə, dekabr ayı üzrə 2.106-cı yeri tutaraq Cənubi Qafqaz regionunda yeganə, MDB məkanında isə 5 universitetdən biri olmuşdur.
Social Science Research Network təşkilatı 6 ildir webometrics reytinqinə görə dünyanın on minə yaxın tədqiqat mərkəzləri sırasında ilk yeri tutur.

Qafqaz Universitetində Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü həsr olunmuşbayram tədbiri keçirildi.

Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açaraq bütün müəllim və tələbə heyətini bu bayram münasibətilə təbrik etdi. Rektor çıxışında qeyd etdi ki, milli birliyin ideoloji əsası olan azərbaycançılıq məfkurəsi ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının birliyi, dövlət müstəqilliyimizin dönməzliyi, Vətənin bütövlüyü, mənəvi-əxlaqi dəyərlərə sadiqlik, vətəndaş azadlıqları bu məfkurənin əsaslarındandır.
Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxış edərək bildirdi ki, 31 dekabr Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Milli Həmrəylik və Birlik Gününün təsis olunması ilə bağlı qərar qəbul olundu.
Bu tarixi sessiyadan doqquz gün sonra—dekabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan olunması barədə sərəncam verdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması istiqamətində Dünya Azərbaycanlılarının 2001-ci ilin noyabrında Bakıda keçirilən I Qurultayından sonra monolit birliyin təmin olunmasında xeyli iş görülmüş, qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən soydaşlarımız vahid ideya ətrafında birləşmişlər. İndi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz həmrəylik gününü təntənə ilə qeyd edirlər.
Sonra Qafqaz Universitetinin tələbələri arasında keçirilmiş “İlin adamı” sorğusunun  nəticələrinə görə “İlin vətənpərvər millət vəkili” mükafatı rektor Ahmet Saniç  tərəfindən  millət vəkili Qənirə Paşayevaya təqdim olundu.
Tədbir Qafqaz Universitetinin tələbələrinin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılarla davam etdirildi.
 Mərasimin sonunda   Qafqaz Universiteti tərəfindən 9 noyabr –Dövlət Bayrağı gününə həsr olunmuş müsabiqənin nəticələri elan olundu və  qalib  olan tələbələr mükafatlandırıldılar.
http://qu.edu.az/view_news.php?news=2892&link=&lang=az 
http://www.525.az/site/?name=xeber&news_id=4199
http://qafqazinfo.az/site/UNIVERSITETDƏ_HƏMRƏYLIK_GÜNÜNƏ_HƏSR_OLUNMUŞ_TƏDBIR_KEÇIRILIB-329 
http://www.reportyor.com/?cat=cemiyyet&id=9987
 

“İlin vətənpərvər millət vəkili” bəlli oldu

Qafqaz Universitetində 31 dekabr – Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Editor.az-ın məlumatına görə, tədbirdə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bütün müəllim və tələbə heyətini bu bayram münasibətilə təbrik edib.
Rektor bildirib ki, milli birliyin ideoloji əsasını ulu öndər Heydər Əliyev formalaşdırıb. Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva 31 dekabr Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü kimi daxil olduğunu deyib: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Milli Həmrəylik və Birlik Gününün təsis olunması ilə bağlı qərar qəbul olunub və dekabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan olunması barədə sərəncam verib. Ürəyi vətən, Azərbaycan eşqi ilə döyünən soydaşlarımız dünyanın hər yerində vahid ideya ətrafında birləşir həmrəylik gününü təntənə ilə qeyd edirlər”.
Sonra Qafqaz Universitetinin tələbələri arasında keçirilmiş “İlin adamı” sorğusunun nəticələrinə görə “İlin vətənpərvər millət vəkili” mükafatı rektor Ahmet Saniç tərəfindən millət vəkili Qənirə Paşayevaya təqdim olunub.
Tədbir Qafqaz Universitetinin tələbələrinin rəqs kollektivinin və ayrı-ayrı tələbələrin ifasında Azərbaycana aid mahnılarla davam etdirilib.
Mərasimin sonunda Qafqaz Universiteti tərəfindən 9 noyabr –Dövlət Bayrağı Gününə həsr olunmuş müsabiqənin nəticələri elan olunub və qalib tələbələr mükafatlandırılıb.
http://www.newsmeeting.com/az/n/5358920--ilin-vetenperver-millet-vekili-belli-oldu.aspx
http://qafqazinfo.az/site/“İLIN_VƏTƏNPƏRVƏR_MILLƏT_VƏKILI”_SEÇILDI-32927-xeber.html
http://www.publika.az/?action=static_detail&static_id=31782
http://gun.az/social/60121   

QU SSRN reytinqinə görə Qafqaz regionundan yeganə, MDB məkanından isə 5 universitetdən biri olmuşdur.

 Mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən  Sosial və humanitar elmlər üzrə dünyanın ən populyar tədqiqat mərkəzlərindən olan  Social Science Research Network (SSRN)  təşkilatı  6 ildir  ki, webometrics reytinqinə görə dünyanın on minə yaxın tədqiqat mərkəzləri sırasında ilk yeri tutur. Bu tədqiqat bazasında   otuz mindən çox universitet və tədqiqat mərkəzində fəaliyyət göstərən aralarında  iqtisadiyyat üzrə  Nobel mükafatcılarının əksəriyyətinin  və diğər dünyanın ən məşhur iqtisadçı və humanitar sahəsindəki elm adamlarının  məqalə və tədqiqatları  yer almaqdadır. Sosyal Elmlər Tədqiqat Şəbəkəsi  sistemində  olan  210 mindən çox tədqiqatçının  beş yüz  minə yaxın tədqiqatı və  sistemin yüzə yaxın elektron  jurnallarında nəşr olunan məqalələri  artıq 20 ildir ki, istifadəçilərə pulsuz təqdim edilir.
   Social Science Research Network (SSRN)  təşkilatı  yüklənmə və sitatgətirmə kateqoriyalarına görə həm məqaləri , həm tədqiqatcıları , həm də tədqiqatçıların çalışdığı qurumların  reytinqini müəyyənləşdirirlər.  Qafqaz Universiteti  Social Science Research Network (SSRN)  təşkilatının  Entrepreneurship Research & Policy Network Organizations  elmi nəşrlərin yüklənmə və sitatgətirmə reytinqinə görə  dekabr  ayı üzrə  2106. yeri tutaraq Qafqaz regionundan yeganə, MDB məkanından isə  5 universitetdən biri olmuşdur.

http://qu.edu.az/view_news.php?news=2893&link=&lang=az
http://www.reportyor.com/?cat=cemiyyet&id=9989

26 Aralık 2012 Çarşamba

Qafqaz Universitetində məşhur yazıçı - Sinan Yağmurla görüş keçirilidi


...Bugün Qafqaz universitetində ünlü türk yazıçısı Sinan Yağmurla görüş oldu
İlk öncə Sinan Yağmur yaradıcılığına qısa da olsa nəzər yetirək:
Sinan Yağmur `Aşkın Meali 1 Yusuf ile Züleyha` , `Aşka Yolculuk Veysel Karani` `Aşkın Gözyaşları Şems-i Tebrizi`
, `Kerbela Aşk'a Bela: Hz. Hüseyin`, `Aşka Yol Olma Defteri` kimi ibratamiz kitabların yazarıdır .Əsasən dini spekturda yazan Sinan Yağmur, Türkiyədə 2011-ci ildə ən çox kitabı satılan yazardır .
`Ban sen kimsin diye sormayın, ömrü azacıq kalmış bir hiçim, ben sevgisiz hiçbirşeyim` kimi birsıra məşhur kəlamların müəllifi olan Sinan Yağmur, ömrünün böyük hissəsini Hz.Mövlananın həyatını araştırmaq və təbliğ etməklə keçibdir.


Tədbirdə ilk olaraq Qafqaz Universitetinin Rektoru Dr.Əhmət Sanıç çıxış etdi. Sinan Yağmur yaradıcılığından ağızdolu danışan Dr.Əhmət Sanıç ,Sinan Yağmur yaradıcılığının gənclər üçün əvəzedilməz nəsihətlərdən təşkil olduğunu xüsusi olaraq qeyd etdi.

Ardınca Qafqaz Universitetinin bölüm başqanları və digər yetgili şəxslərin çıxışından sonra söz bugünün səbəbkarı Sinan Yağmura verildi;
Sözə ilahi-şeir proqramıyla başladı. O öz duyğularıyla Hz.Mevlananın Şəms-Təbriziylə olan dostluğunu anlatan Sinan Yağmur zaldakı hərkəsi duyğulandırdı. Ardından ` təsəvvüf `ü gözəl kəlamlarla izah edən Sinan Yağmuru sözü bitincə hamı könüldən alqışladı


Növbə çatdı yazara suallar vermək üçün ayrılan zamana...
Bizdə o şərəfə nail olub öz sualımızı verdik :
- Türkiyə mətbuatında `en sevdiyiniz sözcük hangisi?` sualına `aşk` deyə cavablandırmışdınız. Bəs nifrət etdiyiniz kəlam və ya kəlamlar hansıdır?
"Aşksızlık, nefret, boşanmak ve diğer tüm şeytani sözcükler"
-deyə cavab verdi sualımıza Sinan Yağmur.
Ən sonunda Sinansevənlər üçün kitablarının imza törəni keçirildi


İsmayıl Türkel
http://stenoqram.com/?m=xeber&id=3124

25 Aralık 2012 Salı

Köksal Toptan “Qafqaz”da olub


Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan ölkəmizə səfəri çərçivəsində Qafqaz Universitetini də ziyarət edib.  Akt zalında onunla keçirilən görüşdə çıxış edən bu təhsil ocağının rektoru, professor Ahmet Saniç deyib ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “Qafqaz”ın gələn il sayca 15-ci məzunları həyata vəsiqə əldə edəcəklər. O daha sonra deyib:
 “Artıq ikinci dəfədir ki, Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetində olur. O, 2008-ci ildə Qafqazın qonağı olub. Həmin görüşdə Köksal Toptana universitetimizin fəxri doktorluq diplomu və doktorluq rütbəsi də təqdim olunub”.
Sonra Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan çıxış edərək yenidən Qafqaz Universitetində olmağından, tələbə və müəllim heyəti qarşısında çıxış etməkdən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, “Qafqaz” iki qardaş ölkə arasında elmi-mədəni körpü rolunu oynayan bir təhsil ocağıdır. “Qafqaz” həm də iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin parlaq rəmzidir”. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu universitetin inkişafı üçün hər cür qayğı və diqqət göstərdiyini də xüsusi vurğulayıb. K. Toptan çıxışını bu sözlərlə tamamlayıb: “Əminəm ki, “Qaqaz” Azərbaycanın təhsil sisteminə, eləcə də iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına yeni-yeni töhfələr verəcək”. Tədbirin sonunda  “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən qonağa xatirə plaketi və hədiyyə təqdim edib. Qeyd edək ki, tədbir çərçivəsində Köksal Toptanın Qafqaz Universitetinə ilk səfərindən hazırlanmış film də nümayiş olunub. Görüşdən sonra millət vəkili K. Toptan Qafqaz Universitetinin yeni istifadəyə verilmiş İqtisadiyyat fakültəsinin binası ilə də tanış olub. Gülər Rəsul
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46462

Köksal Toptan Qafqaz Universitetini yenidən ziyarət etdi

Dekabrın 24-də Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Azərbaycana 2 günlük səfərə gəlmişdir. Səfərinin məqsədi Türkiyədə təhsil alan tələbələrin təhsil almalarının 20 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etmək dir. Səfər zamanı Köksal Toptan Qafqaz Universitetini də ziyarət etdi.

Bu münasibətlə universitetin akt zalında görüş keçirildi.Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açdı və bu ali təhsil ocağının yaranmasından danışaraq bildirdi ki, 1993-cü ildən etibarən Ümummilli lider Heydər Əliyevin xeyir duası ilə fəaliyyətə başlayan universitetin ilk məzunları 1998-ci ildə olmuşdur. 2013-ci ildə isə Qafqaz Universiteti 15-ci məzuniyyətini keçirəcək. A.Saniç həmçinin onu da qeyd etdi ki, artıq ikinci dəfədir ki, Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetində olur. Onun universitetə ilk gəlişi 2008-ci ilə təsadüf etmişdir. Həmin görüşdə Köksal Toptana Qafqaz Universitetinin fəxri doktorluq diplomu ve doktorluq rütbəsi təqdim olunmuşdur. Rektor həmçinin bugün ki görüşün də universitet üçün çox əhəmiyyətli və yaddaqalan olacağına əmin olduğunu bildirdi.
Sonra Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan çıxış edərək yenidən Qafqaz Universitetində olmağından, tələbə və müəllim heyəti qarşısında çıxış etməkdən məmnunluğunu ifadə etdi. O, bildirdi ki, universitetin malik olduğu müasir maddi-texniki baza, inşa olunmuş yeni tədris binaları iki qardaş ölkə arasında elmi-mədəni körpü rolunu oynayan universitetin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır: "Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin nümunəsi, parlaq rəmzidir". K.Toptan çıxışı zamanı universitetin inkişafı üçün hər cür qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdar olduğunu xüsusi vurğuladı . Son olaraq K.Toptan universitetin kollektivinə Azərbaycanın təhsil həyatına və iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına yeni-yeni töhfələr verməsini arzuladı.
Tədbirin sonunda Çağ" Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən Köksal Toptana xatirə plaketi və hədiyyə təqdim etdi.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptanın Qafqaz Universitetinə ilk səfərindən hazırlanmış film nümayiş olundu. Görüşdən sonra Millət vəkili Köksal Toptan Qafqaz Universitetinin yeni istifadəyə verilmiş İqtisadiyyat fakultəsinin binası ilə tanış oldu.

Qafqaz Universitetinə Türkiyədən qonaq gəlib

Bu gün Türkiyə Böyük Millət Məclisinin Zonquldağ vilayətindən seçilən millət vəkili Köksal Toptan Azərbaycana 2 günlük səfərə gəlib. Modern.az xəbər verir ki, səfər zamanı Köksal Toptan Qafqaz Universitetini də ziyarət edib. Bu münasibətlə universitetin akt zalında görüş keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç bu ali təhsil ocağının yaranmasından danışaraq bildirib ki, 1993-cü ildə fəaliyyətə başlayan bu universitetin ilk məzunları 1998-ci ildə buraxılıb. Rektor 2013-cü ildə Qafqaz Universitetinin 15-ci məzuniyyətini keçirəcəyini deyib. Rektor türkiyəli deputatın ikinci dəfədir ki, bu universitetdə olduğunu xatırladıb.

Daha sonra Türkiyə Böyük Millət Məclisinin Zonquldağ vilayətindən seçilən millət vəkili Köksal Toptan çıxış edərək ikinci dəfə universitetdə olmağından məmnunluğunu bildirib. TBMM üzvü bildirib ki, müasir maddi-texniki bazaya, yeni tədris binalarına malik universitet iki qardaş ölkə arasında elmi-mədəni körpü rolunu oynayır.

“Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin nümunəsi, parlaq rəmzidir”.
K.Toptan çıxışı zamanı universitetin inkişafı üçün hər cür qayğı və diqqət göstərən prezident İlham Əliyevə minnətdar olduğunu xüsusi vurğulayıb. TBMM-in üzvü bildirib ki, universitetin kollektivi Azərbaycanın təhsil həyatına və iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına yeni-yeni töhfələr versinlər.

Sonda “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən Köksal Toptana xatirə plaketi və hədiyyə təqdim edib. Görüşdən sonra K.Toptan universitetdə yeni istifadəyə verilmiş İqtisadiyyat fakültəsinin binası ilə tanış olub. 


Anar Kəlbiyev
http://modern.az/articles/32608/1/ 

Türkiyə Böyük Millət Məclisinin deputatı Qafqaz Universitetində olmuşdur

Bakı, 24 dekabr (AzərTAc). Azərbaycana səfərə gəlmiş Türkiyə Böyük Millət Məclisinin deputatı Köksal Toptan dekabrın 24-də Qafqaz Universitetində olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç təhsil müəssisəsinin ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başladığını xatırlatmışdır.
Rektor, eyni zamanda qeyd etmişdir ki, Köksal Toptan ikinci dəfədir Qafqaz Universitetinin qonağı olur. Onun universitetə ilk gəlişi 2008-ci ildə olmuşdur. Həmin görüşdə Köksal Toptana universitetin fəxri doktor diplomu təqdim edilmişdir.
K.Toptan Türkiyə ilə Azərbaycanın mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışmışdır. Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan qonaq Azərbaycan Prezidenti İlham Əliyevə bu sahəyə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Sonra K.Toptan universitetin iqtisadiyyat fakültəsinin yeni istifadəyə verilmiş binası ilə tanış olmuşdur.
http://www.azertag.com/node/1038523

Türkiyəli millət vəkili: “Qafqaz Universiteti iki ölkə arasındakı qardaşlıq və birliyin parlaq rəmzidir”

Azərbaycanda 2 günlük səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetində olub.
Köksal Toptan Universitetin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, K.Toptanın səfərinin məqsədi Türkiyə ali məktəblərində oxuyan tələbələrin təhsil almalarının 20 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etməkdir.

Qafqaz Universitetində keçirilən görüşdə, universitetin professoru Ahmet Saniç bu ali ocaq haqda məlumat verib.

O bildirib ki, artıq ikinci dəfədir ki, Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetinə qonaq gəlib və ilk görüşdə Köksal Toptana Qafqaz Universitetinin fəxri doktorluq diplomu və doktorluq rütbəsi təqdim olunub.

Rektor bugünkü görüşün də universitet üçün çox əhəmiyyətli və yaddaqalan olacağına əminliyini bildirib.

K.Toptan Qafqaz Universitetində olmağından, tələbə və müəllim heyəti qarşısında çıxış etməkdən məmnunluğunu  ifadə edib.

O bildirib ki, Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin nümunəsi, parlaq rəmzidir.

K.Toptan universitetin inkişafı üçün hər cür qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdar olduğunu bildirib.

Tədbirin sonunda “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən Köksal Toptana xatirə plaketi və hədiyyə təqdim edib.

Mirvari Kamilqızı
Gün.Az

Qafqaz Univerisitetinin qonağı var

Bu gün Türkiyə Böyük Millət Məclisinin Zonquldağ vilayətindən seçilən millət vəkili Köksal Toptan Azərbaycana 2 günlük səfərə gəlib.Səfər zamanı Köksal Toptan Qafqaz Universitetini də ziyarət edib. Bu münasibətlə universitetin akt zalında görüş keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç bu ali təhsil ocağının yaranmasından danışaraq bildirib ki, 1993-cü ildə fəaliyyətə başlayan bu universitetin ilk məzunları 1998-ci ildə buraxılıb. Rektor 2013-cü ildə Qafqaz Universitetinin 15-ci məzuniyyətini keçirəcəyini deyib. Rektor türkiyəli deputatın ikinci dəfədir ki, bu universitetdə olduğunu xatırladıb.

Daha sonra Türkiyə Böyük Millət Məclisinin Zonquldağ vilayətindən seçilən millət vəkili Köksal Toptan çıxış edərək ikinci dəfə universitetdə olmağından məmnunluğunu bildirib. TBMM üzvü bildirib ki, müasir maddi-texniki bazaya, yeni tədris binalarına malik universitet iki qardaş ölkə arasında elmi-mədəni körpü rolunu oynayır.

“Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin nümunəsi, parlaq rəmzidir”.
 K.Toptan çıxışı zamanı universitetin inkişafı üçün hər cür qayğı və diqqət göstərən prezident İlham Əliyevə minnətdar olduğunu xüsusi vurğulayıb. TBMM-in üzvü bildirib ki, universitetin kollektivi Azərbaycanın təhsil həyatına və iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına yeni-yeni töhfələr versinlər.

Sonda “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən Köksal Toptana xatirə plaketi və hədiyyə təqdim edib. Görüşdən sonra K.Toptan universitetdə yeni istifadəyə verilmiş İqtisadiyyat fakültəsinin binası ilə tanış olub. 

http://xezerxeber.com/XeberOxu.aspx?id=46134#.UNk53KxKZVI

24 Aralık 2012 Pazartesi

T.C–nin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetini yenidən ziyarət etdi.

Dekabrın -24  də Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Azərbaycana 2 günlük  səfərə gəlmişdir.  Səfərinin məqsədi  Türkiyədə təhsil alan tələbələrin təhsil almalarının 20 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etmək dir. Səfər zamanı   Köksal Toptan  Qafqaz Universitetini də ziyarət etdi. Bu münasibətlə universitetin akt zalında görüş keçirildi.Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru, professor  Ahmet Saniç açdı və bu ali təhsil ocağının yaranmasından danışaraq bildirdi ki, 1993-cü ildən etibarən Ümummilli lider  Heydər Əliyevin xeyir duası ilə fəaliyyətə başlayan universitetin ilk məzunları 1998-ci ildə olmuşdur.  2013-ci ildə isə Qafqaz Universiteti 15-ci  məzuniyyətini keçirəcək. A.Saniç həmçinin onu da qeyd etdi ki, artıq ikinci dəfədir ki, Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan Qafqaz Universitetində olur. Onun universitetə ilk gəlişi 2008-ci ilə təsadüf etmişdir. Həmin görüşdə Köksal Toptana Qafqaz Universitetinin  fəxri doktorluq diplomu ve doktorluq rütbəsi  təqdim olunmuşdur. Rektor  həmçinin bugün ki görüşün də universitet üçün çox əhəmiyyətli və yaddaqalan olacağına əmin olduğunu bildirdi.
Sonra Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptan çıxış edərək yenidən Qafqaz Universitetində olmağından, tələbə və müəllim heyəti qarşısında çıxış etməkdən məmnunluğunu  ifadə etdi. O, bildirdi ki, universitetin malik olduğu müasir maddi-texniki baza, inşa olunmuş yeni tədris binaları iki qardaş ölkə arasında elmi-mədəni körpü rolunu oynayan universitetin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır: "Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin nümunəsi, parlaq rəmzidir". K.Toptan çıxışı zamanı universitetin   inkişafı  üçün  hər  cür  qayğı və  diqqət  göstərən  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə minnətdar olduğunu  xüsusi vurğuladı . Son olaraq K.Toptan universitetin kollektivinə Azərbaycanın təhsil həyatına və iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına yeni-yeni töhfələr verməsini arzuladı.
Tədbirin sonunda  Çağ" Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən  Köksal Toptana xatirə plaketi və hədiyyə təqdim etdi.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Zonquldağ millət vəkili Köksal Toptanın Qafqaz Universitetinə ilk səfərindən hazırlanmış film nümayiş olundu. Görüşdən sonra Millət vəkili Köksal Toptan Qafqaz Universitetinin yeni istifadəyə verilmiş İqtisadiyyat fakultəsinin binası ilə tanış oldu.
Qafqaz Universiteti mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2875&link=224&lang=az

21 Aralık 2012 Cuma

Qafqaz Universitetində “Bədii Qiraət” müsabiqəsi keçirildi.


Dekabr ayının 21-də Qafqaz Universitetində Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsi və Mədəniyyət şöbəsi “Ədəbiyyat klubu”nun təşkilatçılığı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Bədii Qiraət” müsabiqəsi keçirildi. Qeyd edək ki, üç mərhələdə keçirilməsi nəzərdə tutulan müsabiqənin  (Birinci mərhələ oktyabrın 22-si və ikinci mərhələ noyabrın 27-də keçirilmişdir.) yekun- final mərhələsində çox maraqlı bədii qiraət nümunələri dinlənildi.
Gərgin müsabiqə şəraitində keçən tədbirin yekununda Pedaqoji fakültəsinin rəhbəri dos. Erdal Karaman müsabiqə ilə bağlı fikirlərini söylədi və qalibləri təbrik etdi.
 Daha sonra Universitetin müəllimi Qürbət Məmmədov çıxış edərək özünün yazdığı şeiri səsləndirdi.
Sonda yekun nəticələri elan etmək üçün söz Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin müəllimi Rəhman Quliyeva verildi. O, qalibləri elan etdikdən sonra müsabiqə təşkilatçılarına, o cümlədən Mədəniyyət şöbəsinin müdiri Dr. Zəminə Axundovaya təşəkkürünü bildirdi.     
“Bədii Qiraət” müsabiqəsində birinci yerə Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin IV kurs tələbəsi İmanova Sevinc; ikinci yerə Azərbaycan Ədəbiyyatı bölməsinin II kurs magistr tələbəsi Şərqiyyə Əhmədova; üçüncü yerə Kompyuter mühəndisliyi bölməsinin II kurs tələbəsi Emil Mərəyev layiq görüldü.
Sonda qaliblər mükafatlandırıldı.
http://qu.edu.az/view_news.php?news=2874&link=224&lang=az

"Azercell" bu il də Tələbə Təqaüd Proqramını davam etdirir

Azərbaycan, Bakı, 20 dekabr /Trend/
"Azercell Telekom" MMC-nin elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə seçim başa çatıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, seçimin nəticələrinə əsasən müraciət etmiş 332 gənc arasından imtahan və müsahibələr yolu ilə 11 nəfər proqramın iştirakçısı seçilib. Proqramda qalib gələn gənclər tədris ili boyunca Azercell-dən hər ay 200 AZN miqdarında təqaüd alacaqlar ki, bu da onların iqtisadi asılılığının azaldılmasına və asudə vaxtlarını yalnız elmi tədqiqatlara yönəltməyə imkan verəcək.
Qaliblər Azərbaijan Dövlət İqtisadiyyat Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan Turizm Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Naxçıvan Dövlət Universitetinin tələbələridir.
Dekabrın 20-də "Azercell" şirkətinin prezidenti Kiril Qaburiç təqaüd proqramının iştirakçılarını qəbul edərək onları təbrik edib. Qeyd olunub ki, "Azercell" 2008-ci ildən etibarən Tələbə Təqaüd Proqramını təqdim edir. İndiyə qədər Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-yə yaxın tələbə proqramın verdiyi üstünlüklərdən yararlanıb.
Tələbə Təqaüd Proqramının üzvləri gələcəkdə şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılaraq telekommunikasiya sahəsində biliklərini artırmaq və Azercell-də təcrübə keçmək imkanlarını əldə edəcəklər.
Azercell-in istedadlı gənclərə yönəlik proqramları sırasında "Barama" layihəsini, Qafqaz Universitetində və Naxçıvan Dövlət Universitetində 4G laboratoriyalarının açılmasını və s. layihələri misal çəkmək olar. "Azercell", həmçinin tələbələr üçün xüsusi endirimləri nəzərdə tutan "Tələbə 1-liyi" tarif paketini təqdim edib. Bu paket tələbələrə öz aralarında 1 dəqiqəsi 1 qəpiyə danışmağa imkan verir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
http://az.trend.az/capital/it/2101358.html

20 Aralık 2012 Perşembe

Qafqaz Universitetində Erasmus Mundus təhsil, ixtisasartırma və təcrübə proqramı haqqında seminar keçirildi


19.12.2012-ci il tarixində Qafqaz Universitetində Xarici əlaqələr şöbəsinin təşkilatçılığı ilə Avropa Komissiyası Erasmus Mundus təhsil, ixtisasartırma və təcrübə proqramı haqqında seminar keçirildi. 

Məruzəçi Qafqaz Universitetinin Xarici əlaqələr üzrə prorektoru Erasmus Mundus proqramı və davam etməkdə olan ALRAKIS II və BACKIS layihələri haqqında geniş məlumat verdi. 

Seminarda Qafqaz Universitetinin akademik və idari heyəti, Milli Tempus Ofisinin rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Özəl Universitetinin və British Council-un nümayəndələri iştirak etmişdirlər. Seminar təqdimatdan sonra, qarşılıqlı sual-cavab və kokteyl ilə davam etmişdir.

Proqramdan sonra Qafqaz Universitetinin Xarici əlaqələr üzrə prorektorluğunun heyəti ilə qonaqlar arasında Rektorluqda Erasmus Mundus layihələri müzakirə edildi. 

Gələcəyimizə dəstək olaq


Mədəniyyət şöbəsi Hacı Zeynalabdin Tağıyev adına Yardım klubunun təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirildi. Konsert yardım klubunun bu günə qədər həyata keçirdiyi xeyriyyə aksiyalarına həsr olunmuş tanıtım videoçarxının nümayişi ilə başladı. Klubun rəhbəri Mətanət Rüstəmova  xoş məramla yaradılmış  H.Z.Tağıyev adına Yardım Dərnəyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışdı. O eyni zamanda klubun gələcək fəaliyyətində də milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ənənələrini davam etdirəcəyini vurğuladı.
Maraqlı konsert proqramına tanınmış sənət adamları da qatıldılar. Xeyriyyə tədbirində kluba dəstək olan  Miryusifin ifaçılıq məharəti sürəkli alqışlarla mükafatlandırıldı. Tamaşaçı zalının gənc sənətçi ilə birlikdə ifası Miryusifi daha da həvəsləndirdi və o universitet tələbələri qarşında solo xeyriyyə konserti verəcəyini vəd etdi. Twins qızlar qrupunun lirik ovqatla başlanan təqdimatı daha şux nəğmələrlə davam etdi.  Şuşa Musiqili Dram Teatrının aktyor heyətinin çıxışları konsertə yeni rəng qatdı. Respublikanın Əməkdar artisti Şükufə Musayevanın və Azad Məmmədovun ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından Telli və Vəli dueti yüksək professionallıq nümunəsinin nümayişi olaraq alqışlandı.  Konsert  Şən və Hazırcavablar Klubunun ifasında təqdim olunan rəngarəng yumorlar, parodiya və intellektual-əyləncəli oyunlarla davam etdi.
Hacı Zeynalabdin Tağıyev adına Yardım klubunun layihəsi üzrə ehtiyacı olanlara ünvanlanmış Pulsuz Təhsil Mərkəzinin təlimçilərinə sertifikatları təqdim edən Mədəniyyət şöbəsinin müdiri dr. Zəminə Axundova  Qafqaz Universitetinin tələbələrinin Tanrıdan bəxş olunan xeyriyyəçilik xüsusiyyətlərini yüksək dəyərləndirdi. Qeyd edək ki, xeyriyyə konsertindən əldə ediləcək vəsait Şuşa Musiqili Dram Teatrı və qayğıdan məhrum olan insanlara ünvanlanacaq.
 Mədəniyyət şöbə müdirliyi

"Azersun Holdinq" Müşahidə Şurasının sədri Abdolbari Goozal Qafqaz Universitetində seminar verdi.


Dekabrın 18-də Qafqaz Universitetində 2012-2013-cü tədris proqramında nəzərdə tutulan aylıq seminarlardan növbəti görüş keçirildi. Seminarda məruzəçi "Azersun Holdinq" Müşahidə Şurasının sədri, hörmətli Abdolbari Goozal idi.
Qonaqları salamlayan Universiterin rektoru Prof. Dr. Ahmet Saniç "Azersun Holdinq" Müşahidə Şurasının sədri hörmətli Abdolbari Goozalı universitetdə görməkdən məmnun olduğunu bildirdi . Azərbaycanda qeyri neft sektorunun inkişafinda "Azersun Holdinq"in böyük rolunu qeyd edən  rektor, Abdolbari Goozalın prezident İlham Əliyevin imzladığı "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində göstərdiyi əməyinə görə "Tərəqqi" medalı ilə təltif olunmasından, elmə göstərdiyi fəaliyyətinə görə qızıl medal ilə təltif olunmasından,  İmişlidəki şəkər zavoduna görə ilin sərmayeçisi "Uğur" mükafatına layiq görülməsindən bəhs etdi. Sonra söz məruzəçiyə verildi.  Abdolbari Goozal nitqində tələbələrə xitabən qeyd etdi:
-         Universitetinizin qədrini bilin və gözəl oxuyun. Bu universitet sizin üçün bir həyat qapısıdır. Qafqaz Universiteti  bu baxımdan Azərbaycanda ən nümünəvi təhsil ocağıdır. Burada savadlı kadrlarla yanaşı, layiqli vətəndaş və insani keyfiyyətlərə layiq vətənpərvər insanlar yetişdirilir.
          Zəngin iş adamlarından olan Abdolbari Goozal əməyi və bacarığı sayəsində bu səviyyəyə çatdığını, pulun çox şey olduğunu lakin hər şey olmadığını qeyd edərək, insanlığın daha önəmli olduğunu və halal zəhmətin önəmliliyini vurğuladı.
          Sonra isə qonaq tələbələrin suallarını cavablandırdı.
Tədbirin sonunda Çağ Öyrətim İşlətmələri şirkətinin idarə heyətinin sədri Dr. Enver Özeren tərəfindən qonağa xatirə plaketi təqdim olundu.         
        
http://www.reportyor.com/?cat=cemiyyet&id=9931

“Azersun Holdinq”in rəhbəri Qafqaz Universitetində

Dünən Qafqaz Universitetində 2012-2013-cü tədris proqramında nəzərdə tutulan aylıq seminarlardan növbəti görüş keçirilib. Tədbirdə “Azərsun Holdinq”in fəaliyyətindən bəhs edilən film nümayiş etdirilib. Görüşdə “Azersun Holdinq”in müşahidə şurasının sədri Abdolbari Goozal qonaq qismində iştirak edib. Qafqaz Universitetinin rektoru Ahmet Saniç Azərbaycanda qeyri-neft sektorunun inkişafinda “Azersun Holdinq”in böyük rolundan danışıb. O, Abdolbari Goozalın ölkə baçısı tərəfindən imzaladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində göstərdiyi əməyinə görə ”Tərəqqi” medalı, elmə göstərdiyi fəaliyyətinə görə qızıl medal, İmişlidəki şəkər zavoduna görə ilin sərmayeçisi “Uğur” mükafatına layiq görülməsindən bəhs edib.
Tədbirdə Abdolbari Goozal məruzə nitqi ilə çıxış edib. O, tələbələrə öz tövsiyələrini verib. Qeyd edib ki, universitet hər bir tələbə üçün həyat qapısıdır. Qafqaz Universitetinin bu baxımdan Azərbaycanda ən nümunəvi təhsil ocağı olduğunu vurğulayan qonaq burada savadlı kadrlarla yanaşı, layiqli vətəndaş və insani keyfiyyətlərə layiq vətənpərvər insanlar yetişdirildiyini bildirib.
Zəngin iş adamlarından olan Abdolbari Goozal əməyi və bacarığı sayəsində bu səviyyəyə çatdığını, pulun çox şey, lakin hər şey olmadığını qeyd edib. İnsanlığın daha önəmli olduğunu və halal zəhmətin önəmliliyindən söz açıb.
Sonra isə qonaq tələbələrin suallarını cavablandırıb. Tədbirin sonunda “Çağ” Öyrətim İşlətmələri şirkətinin idarə heyətinin sədri Enver Özeren tərəfindən qonağa xatirə plaketi təqdim olunub.
Pərvin

Azercell ənənəvi biznes simulyasiya (business case) yarışmasına dəstək verdi

 “Azercell Telekom” MMC  təhsilin inkişafına yönəlik daha bir layihəyə dəstək vedi. Belə ki, şirkət  ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) ilə birgə  Azərbaycan Biznes Simulyasiyası yarışması 2012 (ABCC 2012) layihəsini həyata keçirilməsində iştirak edib. Sözügedən layihə tələbələrə özlərini Azərbaycanın gələcək biznes liderləri kimi hazırlamaq üçün verilən bir imkandır. Oktyabrın 1-dən start verilən yarışmaya indiyə qədər  75-ə yaxın komanda müraciət etsə də, onlardan yalniz  23-ü treyniqlərdə iştirak etmək imkanı əldə ediblər. Tələbələr Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil ediblər.  Bir ay ərzində AAA tərəfindən işirakçılara treyninqlər keçirilib. Dekabrın 9-da isə Azərbaycan Diplomatik Akademiyasında layihənin finalı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.Yarışmanın finalında münsiflər heyətində Azercell şirkətinin prezidenti cənab K.Qaburiç iştirak etmiş və iştirakçıları peşəkar təqdimatlar münasibətilə təbrik etmişdir. Qaliblərə təqdim olunan pul mükafatlarından savayı layihə iştirakçılarında bəzilərinə Azercell şirkəti adından da hədiyyələr verilmişdir. Qeyd edək ki, Azercell daim təhsil və gənclər ilə əlaqədar layihələrə dəstək verir.. Şirkətin təşəbbüsü ilə istedadlı tələbələr üçün Barama proqramı reallaşdırılır. Bundan əlavə, artıq neçə illərdir ki, Azercell-in elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan və yüksək nəticələr göstərən  tələbələr Azercell-dən əlavə təqaüd alırlar.
      http://blog.azercell.com/2012/12/18/azercell-ənənəvi-biznes-simulyasiya-business-case-yarismasina

19 Aralık 2012 Çarşamba

“Azersun Holdinq” Müşahidə Şurasının sədri Abdolbari Goozal Qafqaz Universitetində seminar verdi

Dekabrın 18-də Qafqaz Universitetində 2012-2013-cü tədris proqramında nəzərdə tutulan aylıq seminarlardan növbəti görüş keçirildi. Seminarda məruzəçi “Azersun Holdinq” Müşahidə Şurasının sədri, hörmətli Abdolbari Goozal idi. Qonaqları salamlayan Universiterin rektoru Prof. Dr. Ahmet Saniç “Azersun Holdinq” Müşahidə Şurasının sədri hörmətli Abdolbari Goozalı universitetdə görməkdən məmnun olduğunu bildirdi . Azərbaycanda qeyri neft sektorunun inkişafinda “Azersun Holdinq”in böyük rolunu qeyd edən rektor, Abdolbari Goozalın prezident İlham Əliyevin imzladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində göstərdiyi əməyinə görə ”Tərəqqi” medalı ilə təltif olunmasından, elmə göstərdiyi fəaliyyətinə görə qızıl medal ilə təltif olunmasından, İmişlidəki şəkər zavoduna görə ilin sərmayeçisi “Uğur” mükafatına layiq görülməsindən bəhs etdi. Sonra söz məruzəçiyə verildi. Abdolbari Goozal nitqində tələbələrə xitabən qeyd etdi: - Universitetinizin qədrini bilin və gözəl oxuyun. Bu universitet sizin üçün bir həyat qapısıdır. Qafqaz Universiteti bu baxımdan Azərbaycanda ən nümünəvi təhsil ocağıdır. Burada savadlı kadrlarla yanaşı, layiqli vətəndaş və insani keyfiyyətlərə layiq vətənpərvər insanlar yetişdirilir. Zəngin iş adamlarından olan Abdolbari Goozal əməyi və bacarığı sayəsində bu səviyyəyə çatdığını, pulun çox şey olduğunu lakin hər şey olmadığını qeyd edərək, insanlığın daha önəmli olduğunu və halal zəhmətin önəmliliyini vurğuladı. Sonra isə qonaq tələbələrin suallarını cavablandırdı. Tədbirin sonunda Çağ Öyrətim İşlətmələri şirkətinin idarə heyətinin sədri Dr. Enver Özeren tərəfindən qonağa xatirə plaketi təqdim olundu.
http://mia.az/news/24154.html

Qafqazda Abdolbari Goozal seminar keçirib

Qafqaz Universitetində 2012-2013-cü tədris proqramında nəzərdə tutulan aylıq seminarlardan növbəti görüş keçirilib. Seminarda məruzəçi “Azersun Holdinq” Müşahidə Şurasının sədri Abdolbari Goozal olub. Universitetin rektoru prof. dr. Ahmet Saniç “Azersun Holdinq” Müşahidə Şurasının sədri hörmətli Abdolbari Goozalı universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanda qeyri- neft sektorunun inkişafında “Azersun Holdinq”in böyük rolunu qeyd edən rektor, Abdolbari Goozalın Prezident İlham Əliyevin imzladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində gördüyü işlərə görə “Tərəqqi” medalı ilə təltif olunmasından, İmişlidəki şəkər zavoduna görə ilin sərmayəçisi “Uğur” mükafatına layiq görülməsindən söz açıb.

Zəngin iş adamlarından olan Abdolbari Goozal əməyi və bacarığı sayəsində bu səviyyəyə çatdığını, pulun çox şey olduğunu, lakin hər şey olmadığını qeyd edərək, insanlığın daha vacib olduğunu və halal zəhmətin önəmliliyini vurğulayıb. Çıxışının sonunda o, tələbələrə   xitabən deyib: “Universitetinizin qədrini bilin və gözəl oxuyun. Bu universitet sizin üçün bir həyat qapısıdır. Qafqaz Universiteti bu baxımdan Azərbaycanda ən nümunəvi təhsil ocağıdır. Burada savadlı kadrlarla yanaşı, layiqli vətəndaş və insani keyfiyyətlərə layiq vətənpərvər insanlar yetişir”. O, görüş çərçivəsində tələbələri maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə heyətinin sədri dr. Enver Özeren tərəfindən qonağa xatirə plaketi təqdim olunub. http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46365

“Azersun Holdinq” Şirkətlər Qrupunun prezidenti Qafqaz Universitetində olmuşdur


Bakı, 18 dekabr (AzərTAc). Qafqaz Universitetində “Azersun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gozal ilə görüş olmuşdur.
AzərTAc xəbər verir ki, professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri görüşdə A.Gozal rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat vermiş, sualları cavablandırmışdır.

18 Aralık 2012 Salı

“Azersun Holdinq” Müşahidə Şurasının sədri Abdolbari Goozal Qafqaz Universitetində seminar verdi.

Dekabrın 18-də Qafqaz Universitetində 2012-2013-cü tədris proqramında nəzərdə tutulan aylıq seminarlardan növbəti görüş keçirildi. Seminarda məruzəçi “Azersun Holdinq” Müşahidə Şurasının sədri, hörmətli Abdolbari Goozal idi.
Qonaqları salamlayan Universitetin rektoru Prof. Dr. Ahmet Saniç “Azersun Holdinq” Müşahidə Şurasının sədri hörmətli Abdolbari Goozalı universitetdə görməkdən məmnun olduğunu bildirdi. Azərbaycanda qeyri neft sektorunun inkişafinda “Azersun Holdinq”in böyük rolunu qeyd edən  rektor, Abdolbari Goozalın prezident İlham Əliyevin imzladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində göstərdiyi əməyinə görə ”Tərəqqi” medalı ilə təltif olunmasından, elmə göstərdiyi fəaliyyətinə görə qızıl medal ilə təltif olunmasından,  İmişlidəki şəkər zavoduna görə ilin sərmayeçisi “Uğur” mükafatına layiq görülməsindən bəhs etdi. Sonra söz məruzəçiyə verildi.  Abdolbari Goozal nitqində tələbələrə xitabən qeyd etdi:  
- Universitetinizin qədrini bilin və gözəl oxuyun. Bu universitet sizin üçün bir həyat qapısıdır. Qafqaz Universiteti  bu baxımdan Azərbaycanda ən nümünəvi təhsil ocağıdır. Burada savadlı kadrlarla yanaşı, layiqli vətəndaş və insani keyfiyyətlərə layiq vətənpərvər insanlar yetişdirilir.
Zəngin iş adamlarından olan Abdolbari Goozal əməyi və bacarığı sayəsində bu səviyyəyə çatdığını, pulun çox şey olduğunu lakin hər şey olmadığını qeyd edərək, insanlığın daha önəmli olduğunu və halal zəhmətin önəmliliyini vurğuladı.
Sonra isə qonaq tələbələrin suallarını cavablandırdı.Tədbirin sonunda Çağ Öyrətim İşlətmələri şirkətinin idarə heyətinin sədri Dr. Enver Özeren tərəfindən qonağa xatirə plaketi təqdim olundu.
Qafqaz Universiteti mətbuat xidməti.


Iğdır Üniversitesi Uluslararası Eğitim Anlaşmaları İmzaladı

 
Iğdır Üniversitesi Rektörü Prof. Dr. İbrahim Hakkı Yılmaz beraberinde Rektör Yardımcıları Prof. Dr. İbrahim Ethem Güler ve Vahdettin Çiftçi, Genel Sekreter vekili Yrd. Doç. Dr. Bilal Keskin ve öğretim görevlisi Hakan Güngörmez ile birlikte eğitim kurumları ile çeşitli temaslarda bulunmak üzere gittiği Azerbaycan Cumhuriyetinde Bakü Devlet Üniversitesinden sonra Kafkas “Qafqaz” Üniversitesi ile de iş birliği protokolü imzaladı.

 Prof. Dr. İbrahim Hakkı Yılmaz’ın başkanlığındaki Iğdır Üniversitesi Heyeti Azerbaycan Cumhuriyetinde eğitim ve öğretim faaliyetlerine devam eden üniversitelere ve çeşitli sivil toplum kuruluşlarına yaptıkları ziyaretlerden biri de Bakü Kafkas “Qafqaz” Üniversitesine oldu. Heyeti Bakü Kafkas “Qafqaz” Üniversitesi Rektörü Prof. Dr. Ahmet Saniç ve akademisyenler karşılandı. İki üniversitenin heyetleri arasında oldukça samimi bir ortamda geçen eğitim, öğretim, bilimsel işbirliği, öğrenci ve öğretim üyesi değişimini konu olan görüşmenin sonucunda, Bakü Kafkas “Qafqaz” Üniversitesi toplantı salonunda bir protokol imzalandı. 
Rektör Prof. Dr. İbrahim Hakkı Yılmaz imza töreninden sonra yaptığı açıklamada, Iğdır Üniversitesinin uluslararası bilimsel alandaki etkinliğinin gün geçtikçe arttığını vurguladı. Rektör Prof. Dr. Yılmaz, “Iğdır Üniversitesi olarak başta Azerbaycan olmak üzere bölgedeki üniversitelerden gördüğümüz ilgiden dolayı çok memnunuz. Çalışmalarımız sonucunda imzalanan ortaklık anlaşmaları sayesinde Türkiye ve Bölge ülkelerindeki gençlerin yükseköğrenim konusunda önlerinde yeni ufuklar açılmaktadır. Gençlerimizin Iğdır Üniversitesini tercih ederek bu olanakları en iyi şekilde değerlendireceklerine inancım tamdır” diyerek konuşmasını sonlandırdı.  
http://www.igdir.edu.tr/Haber_Goster.aspx?Id=174

17 Aralık 2012 Pazartesi

Qafqaz Universitetində “Bir başlanğıcın sonu, ya sonun başlanğıcı?!...” mövzusunda elmi seminar keçirilmişdir-

Bakı, 17 dekabr (AzərTAc). Qafqaz Universitetində mədəniyyət şöbəsi fizika klubunun təşkilatçılığı ilə “Bir başlanğıcın sonu, ya sonun başlanğıcı?!...” mövzusunda elmi seminar keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, seminarın mövzusu son zamanlar hamını narahat edən və ən çox müzakirə olunan 21 dekabr – dünyanın sonu ilə bağlı fikirlər idi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev mövzu ilə bağlı fikirlərini söyləmiş, sualları cavablandırmışdır.
http://www.azertag.gov.az/node/1035701

Latviyada TEMPUS ENERGY layihəsi ilə bağlı ilkin görüş olmuşdur

Bakı, 17 dekabr (AzərTAc). Dekabrın 14-də Latviyanın Riqa Texniki Universitetində Qafqaz Universitetinin 2012-ci ildə qazanmış olduğu TEMPUS ENERGY (Development of Training Network for Improving Education in Energy Efficiency) layihəsi ilə bağlı ilkin görüş keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə layihə tərəfdaşlarından Avropanın doqquz ölkəsindən 14 universitet, o cümlədən Qafqaz Universiteti iştirak etmişdir.
Görüşdə layihənin hədəf və gələcək nəticələri, əhatə sahəsi, layihədə istifadə ediləcək kurslara görə tədris proqramları, əməkdaş universitetlər ilə birlikdə qrup halında tədris proqramlarının hazırlanması, layihənin maliyyə məsələləri və s. müzakirə edilmişdir.
Sonra layihənin baş əlaqələndiricisi Riqa Texniki Universiteti ilə müvafiq ali təhsil müəssisələri arasında tərəfdaşlıq müqavilələri imzalanmışdır.

1-ci Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu keçirilir

Dekabrın 13-ü 1-ci  Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu öz işinə başlayıb. Qafqaz Universitetində keçirilən simpozium dekabrın 15-dək davam edəcək. Əvvəlcə xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunan qısa  film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan “Qayə” fondunun sədri Mustafa Saatçı Bəxtiyar Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıb. Deyib ki,onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilib, Tükiyədə və türkdilli ölkələrdə sevə-sevə oxunur. Qafqaz Universitetinin rektoru Ahmet Saniç də görkəmli alim və pedaqoq Bəxtiyar Vahabzadənin elm və təhsilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışıb. Təhsil Nazirinin müavini Qulu Novruzov isə vurğulayıb ki, Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Digər çıxışlarda da  qeyd olunub ki, öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərən Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Bəxtiyar Vahabzadə yalnız şair deyil, həm də görkəmli dövlət, siyasət və fikir adamı idi. Bu böyük şəxsiyyətin əməlləri və əsərləri yaddaşlarda əbədi yaşayacaq. 3 gün davam edəcək simpoziumda  6 ölkədən 100-dən çox elm adamı və tədqiqatçı iştirak edir.
http://www.aztv.az/readnews.php?lang=az&id=8030

Qafqaz Universiteti Balıkəsir Universiteti ilə memorandum imzaladı.

Dekabrın 17-də Qafqaz Universitetində memorandum imzalandı. Türkiyə  Cümhuriyyətinin Balıkəsir  şəhərində fəaliyyət göstərən Balıkəsir  Universitetinin rektoru, professor  Mahir Alkan və   onun  başçılıq etdiyi nümayəndə  heyəti Azərbaycana 2 günlük səfər ediblər.
 Səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq və  memorandum  imzalamaqdır.  İlk görüş və ilk memorandum  Qafqaz Universitetində  imzalanıb. Qafqaz Universitetin Tempus otağında   keçirilən görüşdə  Qafqaz Universitetinin  rektoru  professor  Ahmet Saniç Azərbaycanla Türkiyə  arasında olan birlik və bərabərlikdən  bəhs  edərək  Ulu  öndər H.Əliyevin kəlamını xatırlatmışdır,  Biz  "Bir millət, iki dövlətik!" və bu yolda da uğurla  addımlayırıq.
Rektor Ahmet Saniç Universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verdi. Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. İmzalanan sənəddə universitetlər arasında  tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapmışdır. Rektor prof.Ahmet Saniç tərəfindən qonağa xatirə plaketi təqdim olunmuşdur.

Qafqaz Universitetinin  mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2852&link=&lang=az

Başlanğıcın sonu, ya sonun başlanğıcı?!...

17 December, 2012,
Qafqaz Universitetində Mədəniyyət şöbəsi Fizika klubunun təşkilatçılığı ilə “Bir başlanğıcın sonu, ya sonun başlanğıcı?!...” adlı elmi seminar keçirildi. Seminarın mövzusu son zamanlar hamını narahat edən və ən çox müzakirə olunan 21 dekabr –dünyanın sonu ilə bağlı fikirlər idi. Şamaxı Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Əyyub Quliyev mövzu ilə bağlı dolğun məruzə etdi. 
Alimin geniş məruziəsi dinləyicilərin marağına səbəb oldu. Tələbə və müəllim heyətinin suallarına cavab verən Əyyub müəllim hər kəsə bu tarix barədə eksklüziv məlumatlar verdi. Sual-cavablarda universitetin rektoru Ahmet Saniç bəyin də iştirakı tələbələrdə seminar mövzusu haqqında xüsusui rəy formalaşdırdı. 
Seminarın sonunda Əyyub müəllimin Qafqaz Universiteti tələbələri haqqında: ”Mən düşünmürdüm ki, bu dərəcə intellektual tələbələrlə qarşılaşacam. Etiraf etməliyəm ki, bəzi suallar qarşısında hətta tərləməli də oldum...Narahatçılığa əsas yoxdur. 21 dekabr tarixində həyatın sonu yox davamı olacaq” fikirləri hər kəsin yaddaşına yazıldı. 
Fizika klubu üzvlərinin də öz növbəsində Əyyub  Quliyevə sürprizi oldu. Wikipedia açıq ensiklopediya saytında Əyyub Salah oğlu Quliyevin rəsmi səhifəsinin klub tərəfindən hazırlanması professorun, həmçinin seminar iştirakçılarının da böyük təəccüb və marağına səbəb oldu. Seminar Ahmet Saniç bəyin təşəkkür dolu ürək sözlərini söyləməsi və fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Əyyub Quliyevə fəxri plaketin təqdim olunması ilə başa çatdı.

Silsilə seminarlar “Eqo” mövzusu ilə yekunlaşdı

17 December, 2012, Mədəniyyət şöbəsi “Düşüncə” klubunun təşəbbüsü və təşkilatçılığı ilə ötən tədris ilində start verdiyi silsilə seminarlar  “Eqo” mövzusu ilə yekunlaşdı. 
Xatırladaq ki, “Etiraf və mən” mövzusuna həsr olunan ilk seminar məşğələsi “Nitq mədəniyyəti və ifadə vasitələri”  və “Tənqidi düşüncə” mövzuları ilə davam etmişdi.
“Eqo” mövzusuna həsr olunan yekun seminarda çıxış edən psixoloq Hüseyn Xəlilovun iştirakçılara ”Egoizm xasiyyətdir ya xususiyyətdir” müraciəti tələbələrin böyük marağına səbəb oldu. Natiq  Z. Freyd, Tomas H. Lee, Deyl Karneq və başqa məşhur alimlərin bu barədə fikirlərini çatdırmaqla yanaşı tələbələrlə maraqlı dialoq qurdu. 
İlk kurs tələbələrinin iştirakıyla keçən seminarda “mənəviyyatın faydalı təməlini qurmaq özünü sevmənin yeganə əsasdır” fikri qızğın polemikaya səbəb oldu. Fikirlərə aydınlıq gətirən Hüseyn Xəlilov eqoizmin insan psixologiyasında bioloji, sosial və ictimai yeri barəsində ətraflı məlumat verdi.

Mədəniyyət şöbə müdirliyi
http://qu.edu.az/view_news.php?news=2850&link=&lang=az

15 Aralık 2012 Cumartesi

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri “Çağ”da olub

Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə müşaviri Mustafa Gür  “Çağ” Öyrətim işlətmələri idarə heyətinin sədri dr. Enver Özerenlə görüşü olub. M. Gürun Azərbaycanda fəaliyyətinin başa çatması münasibətilə keçirilən görüşdə dr. E. Özeren müşavir Mustafa Gürla fəaliyyəti dövründə keçirilən səmərəli, səmimi görüşlərindən, rəhbərlik etdiyi “Çağ” Öyrətim işlətmələrinin bu yaxınlarda keçirilən 20 illik yubley tədbirindən, şirkətin tədris müəssisələrində tətbiq olunan yeni təhsil texnologiyalarından söhbət açıb. Sonra M. Güra gələcək fəaliyyətində uğurlar diləyib. 
Daha sonra qonaq “Çağ” Öyrətim işlətmələrinin təhsil müəssisələrinin Azərbaycan təhsilinin inkişafındakı rolundan, təhsil ocaqlarında şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduğunu bildirib. “Çağ”ın pedaqoji kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.