31 Ekim 2012 Çarşamba

Təhsil işçiləri liseydə “Ağıllı Lövhə” ilə yaxından tanış olublar

Oktyabrın 30-da Oğuz Rayon Təhsil şöbəsinin  müdiri  Elçin Kərimov, müavinləri Nəsimi Adıyev, metodkabinə müdiri Nəsimi Zahidov, Oğuz Rayon Azad Həmkarlar Təşkilatının sədri Telman Mustafayev, eləcə də təhsil şöbəsinin digər əməkdaşları və rayonun bir çox məktəb direktorları Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinə gələrək “Ağıllı Lövhə” ilə yaxından tanış olublar. Liseyin müdiri Ömer Faruk İmat qonaqlara yeni təhsil texnologiyaları, xüsusilə də “Ağıllı Lövhə” və onun əhəmiyyəti haqqında ətraflı məlumat verib.  O, bildirib ki, bu ildən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadə edilməsinə başlanılmışdır. 14 ədəd elektron lövhə alınaraq sinif otaqlarında quraşdırılmışdır. 

Sonra qonaqlar liseyin sinif otaqlarını gəzərək dərs prosesini izləmiş və interaktiv lövhələrlərdən istifadə qaydaları ilə tanış olublar. Liseydə tətbiq olunan bu yeni təhsil texnologiyalarının şagirdlərin daha yaxşı oxumasında xüsusilə də dərslərini daha yaxşı qavramasında mühüm əhəmiyyəti olacağına əmin olduqlarını bildiriblər. Bunun digər təhsil müəssisələrində də tətbiq olunmasını arzulayıblar. Liseydə şagirdlər üçün hazırlanmış şəraitdən və onların nizam-intizamından məmnun olduqlarını bildirən qonaqlar Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin kollektivinə təhsildə uğurlar arzulayıblar.    

Şəfqət və mərhəmət duyğularının təntənəsi





Qafqaz Universitetində milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsi olan müqəddəs Qurban bayramı qeyd edildi. 

H.Z.Tağıyev Tələbə Yardım dərnəyi üzvləri bir ay əvvəl  bu münasibətlə keçirilən aksiyada əldə etdikləri  vəsaiti ehtiyacı olan insanlara ünvanlamışdı. Dərnəyin təşkilatçılığı və iştirakı ilə keçirilən mərasim daha təntənəli idi. İnsanları mərhəmətə, ziyarətə, bərabərliyə səsləyən bu mərasimə sənət adamlarının da qoşulması bayramı daha da möhtəşəm etdi. 

Roza Zərgərli, Fəridə Məlikova, Bahar Lətifqızı, Xatun Əliyeva, Samirə Əliyeva, Samirə Allahverdi, Natavan Həbibi, Oya Ergün, Fidan Süleymanova, Ülviyyə Rəhimova və Twins Qrupunun qatıldığı mərasimdə Azərbaycanın ərazi bütövlüyü və Qarabağ müharibəsində şəhid olanların ruhuna dualar oxundu, qurbanlar kəsildi. Qurban ətlərinin doğranmasında və qablaşdırılmasında klub üzvləri ilə bərabər çalışan sənətçilər xeyirxah işlərdən zövq aldıqlarını etiraf etdilər.

Qurban bayramı sevgi və paylaşmaq kimi mənəvi dəyərləri özündə birləşdirir. Kəsilən qurban ətləri paketlənərək Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına, kimsəsizlərə, tənhalara, uşaq evlərinə paylandı. Universitetin “Oğuz” klubunun üzvləri hərbi hissədə əsgərləri ziyarət edərək onlar üçün bayram süfrəsi açdı,  qurban ətindən bişirilmiş yeməklər verildi. Kiçik yaşlı uşaqlar üçün hazırlanan proqramda qayğısız şənlənən uşaqlar  ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşadı, çadırlarda kəsim və yardıma tələsən hər kəs Tanrıya yaxınlığın, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirdi.

Qafqaz Universitetində milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsi olan müqəddəs Qurban bayramı qeyd edildi. H.Z.Tağıyev Tələbə Yardım dərnəyi üzvləri bir ay əvvəl  bu münasibətlə keçirilən aksiyada əldə etdikləri  vəsaiti ehtiyacı olan insanlara ünvanlamışdı. Dərnəyin təşkilatçılığı və iştirakı ilə keçirilən mərasim daha təntənəli idi. İnsanları mərhəmətə, ziyarətə, bərabərliyə səsləyən bu mərasimə sənət adamlarının da qoşulması bayramı daha da möhtəşəm etdi. Roza Zərgərli, Fəridə Məlikova, Bahar Lətifqızı, Xatun Əliyeva, Samirə Əliyeva, Samirə Allahverdi, Natavan Həbibi, Oya Ergün, Fidan Süleymanova, Ülviyyə Rəhimova və Twins Qrupunun qatıldığı mərasimdə Azərbaycanın ərazi bütövlüyü və Qarabağ müharibəsində şəhid olanların ruhuna dualar oxundu, qurbanlar kəsildi. Qurban ətlərinin doğranmasında və qablaşdırılmasında klub üzvləri ilə bərabər çalışan sənətçilər xeyirxah işlərdən zövq aldıqlarını etiraf etdilər.

Qurban bayramı sevgi və paylaşmaq kimi mənəvi dəyərləri özündə birləşdirir. Kəsilən qurban ətləri paketlənərək Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına, kimsəsizlərə, tənhalara, uşaq evlərinə paylandı. Universitetin “Oğuz” klubunun üzvləri hərbi hissədə əsgərləri ziyarət edərək onlar üçün bayram süfrəsi açdı,  qurban ətindən bişirilmiş yeməklər verildi. Kiçik yaşlı uşaqlar üçün hazırlanan proqramda qayğısız şənlənən uşaqlar  ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşadı, çadırlarda kəsim və yardıma tələsən hər kəs Tanrıya yaxınlığın, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirdi.

Türklüyün zəfər bayramı

29 oktyabr 1923-cü il  Bu  tarix Türkün 4000 illik qəhrəmanlıq salnaməsinin zirvəsidir.  Bu Türkiyənin qurtuluşu ilə yanaşı, eyni zamanda o zamana qədər artıq Sovet Rusiyasının nəzarətinə düşmüş digər türk ellərinin - Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tatarıstanın, Başqırdıstanın, Xakasiyanın, Saxanın, Qaraçayın, Qaqauz elinin tarix səhnəsində əbədi silinməsi təhlükəsinin aradan qalxması idi. Bu baxımdan da onun bütün türk ellərində bir zəfər bayramı kimi, istiqlala təməl olan bir gün kimi qeyd olunması həm  şərəf,  həm də 89 il öncə türkün ən yeni tarixinə imza atmış şəhidlərin haqqını tanımaqdır.
 Mədəniyyət şöbəsinin təşkilatçilığı ilə bu münasibətlə hazırlanan tədbirdə Vətənin istiqlaliyyəti uğrunda canlarından keçən şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Qafqaz universitetinin xor kollektivi Türkiyə Respublıkasının Dövlət Himnini canlı ifa etdikdən sonra rektor dr Ahmet Saniç gənclərı salamlayaraq 29 oktyabr İstiqlal Gününün tarixi əhəmiyyətindən danışdı. İki dövlətin qardaş ölkə olduğunu deyən natiq bu günün bütün türk dünyası üçün böyük bayram olduğunu vurğuladı: “Bizim bundan sonrakı vəzifəmiz Atatürk və Heydər Əliyevin böyük siyasi xəttini davam etdirərək iki ölkə arasında sıx əlaqələr qurmaqdır”.
Universitetin rəqs kollektivinin ifasında Türkiyə folklorunun komponentlərindən olan Halay rəqsi alqışlarla müşayiət olundu. Proqramda səslənən “Türk bayrağı” şeiri və vətənpərvərlik ruhlu mahnılar tarixi yaddaşa qürurlu bir baxış idi.

30 Ekim 2012 Salı

BP Xəzər Qafqaz Universitetində karyera təqdimatı keçirdi FOTOLAR


Oktyabr ayının 30-da BP Xəzər şirkəti Qafqaz Universiteti tələbələri ilə növbəti görüşü keçirmişdir. Görüşün əsas məqsədi BP Xəzərdə karyera imkanları, təcrübə proqramları və yay məktəbi mövzularında məlumatlandırma xarakteri daşıyırdı. Tədbir Karyera Planlama Mərkəzinin müdiri İsa Qasımovun açılış sözləri ilə başladı. Görüşdə BP Xəzərin hədəf qrupu olan müxtəlif ixtisaslardan 300-ə yaxın tələbə iştirak etmişdir. Keçirilən tədbirdə BP Xəzəri Məzunların İşə Qəbulu və Neft-Qaz Mütəxəssislərinin Qəbulu Proqramı üzrə Rəhbəri, Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı rəhbəri, İşə Qəbul və Marketin üzrə Koordinatoru, Universitətlərlə Əlaqə və Təqaüd üzrə məsləhətçisi, İşə Qəbul üzrə məsləhətçisi, İnsan Qaynaqları üzrə məsləhətçisi, və bir çox mühəndis mütəxəssislərdən ibarət 13 nəfərlik heyət təmsil edirdi. Təqdimatdan sonra BP heyəti tələbələrlə üzbəüz görüşərək tələbələrin suallarını cavablandırdılar.












Tempus UNIMIG layihəsinin növbəti görüşü


Oktyabr ayının 24-28 tarixləri arasında Qafqaz Universitetinin 7 nəfərdən ibarət heyəti Tempus UNIMIG  “Miqrasiya sahəsində ali təhsil müəsissələrində potensialın inkişaf etdirilməsi” layihəsi çərçivəsində Tbilisi Dövlət Universitetini ziyarət etmişdir. Ziyarətin məqsədi Qafqaz Universitetində “Miqrasiya üzrə magistr dərəcəsi” təhsilinin başladılması üçün növbəti “Tədris planının inkişafı (Curriculum Development)” üzrə təlim almaq idi. Təlim proqramında Oldenburg Universiteti (Almaniya), Alikante Universiteti (İspaniya) və Qratz Universitetinin (Avstriya) nümayəndələri, Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif ölkələr üzrə ekspertləri, Tbilis Dövlət Universitetinin heyəti və s. iştirak etmişdirlər.  Artıq ikinci ilinə qədəm qoyan Tempus UNIMIG layihəsi Azərbaycanda və regionda miqrasiya problemlərinin vurğulanması, miqrasiya üzrə ali təhsil dərəcəsinin başladılması, Miqrasiya Mərkəzinin qurulması, uyğun akademik ədəbiyyatın toplanılması və bu sahədə insan qaynaqlarının yetişdirilməsi mövzularında öz töhfəsini verir. Keçirilən görüşdə miqrasiya mövzusu üzərində başladılacaq tədris planının iqtisadi və sosial ölçüləri müzakirə edildikdən sonra Azərbaycanda mövcud miqrasiya yönümlü problemlərin həlli üçün uyğun tədris strategiyasının seçilməsi müzakirə edilmişdir.

Qafqaz Universitetində 29 Oktyabr-Türkiyə Cümhuriyyətinin 89-cu ildönümü qeyd olundu.

29 October, 2012, Qafqaz Universitetində universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Cümhuriyyət gününə həsr olunmuş Bayram tədbiri keçirildi. Universitetin akt zalında  Ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarizəsindən və ölkənin keçdiyi inkişaf yolundan bəhs edən video çarx nümayiş etdirildi.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilərək, Türkiyə Cumhuriyyəti İstiqlal Marşının oxunmasından sonra tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç Azərbaycan və Türkiyə Respublikalarının qardaşlıq münasibətlərindən danışaraq Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin məhz Türkiyə olduğunu vurğuladı. Sonra  rektor ulu öndərin kəlamını xatırlatdı  biz “Bir millət, iki dövlət” kəlamları qardaş ölkələrimiz arasında hər zaman əsas prinsip olduğunu qeyd etdi.
 Universitetin özfəaliyyət kollektivlərinin rəngarəng repertuarı ilə davam edən, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi olan bu tədbir “Türkiyəmiz üçün, Vətənimiz üçün” musiqisinin sədaları altında Gənc Akademiya klubu üzvlərinin Türkiyə bayrağını səhnəyə gətirməsi və Azərbaycan xalqının hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu nümayış etdirməsi ilə yekunlaşdı.
Əfsanə Kərimova
Qafqaz Universiteti
Medya Klubu.
http://qu.edu.az/view_news.php?news=2639&link=224&lang=az

Посол США в Баку уверен в развитии двустороннего сотрудничества в сфере образования

Посол США в Баку Ричард Морнингстар посетил азербайджанский университет "Qafqaz", говорится в пресс-релизе вуза.
Ректор университета Ахмет Саныч отметил важность сотрудничества в сфере образования между двумя странами, назвав США центром мировой науки. А.Саныч поздравил посла с новым назначением, а также выразил уверенность, что дипломатическая деятельность Р.Морнингстара укрепит отношения между двумя странами и способствует их развитию.
Р.Морнингстар ознакомился с качеством обучения и условиями, созданными для студентов, и выразил удовлетворение по данному поводу.
Посол выразил уверенность в том, что налаженные отношения в сфере образования будут развиты и в дальнейшем.
http://interfax.az/view/555998

28 Ekim 2012 Pazar

"Çağ" Öyrətim Şirkəti ötən dərs ilində fərqlənmiş şagird, müdavim və tələbələri mükafatlandırdı

Oktyabrın 20-də Qafqaz Universitetində "Çağ" Öyrətim İşlətmələri Şirkətinin liseylərinin, "Araz" hazırlıq kurslarının və Qafqaz Universitetinin ötən dərs ilində respublika və beynəlxalq olimpiadalarında, müsabiqələrində uğurlu nəticələr əldə etmiş, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış şagird, müdavim və tələbələrinin mükafatlandırılması mərasimi keçirildi.
Ənənəvi olaraq "Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi" devizi altında keçirilən "Təhsilimizin ulduzları" adlı mükafatlandırma mərasimində müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ölkənin bir sıra orta və ali məktəblərindən nümayəndələr, valideynlər, iş dünyası və KİV təmsilçiləri iştirak edirdilər.
Mərasim açıq elan olunduqdan sonra ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycanın Dövlət himni səsləndirildi.
Proqram bu yaxınlarda 20 illiyi qeyd olunacaq "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdəki fəaliyyətini əks etdirən filmin nümayişi ilə başladı. Sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç çıxış edərək qonaqları və mərasimin digər iştirakçılarını salamladı, onları "Çağ" Öyrətim Şirkətinin bir növ illik hesabatı hesab olunan "Təhsilimizin ulduzları" proqramında görməsindən məmnunluq duyduqlarını bildirdi. Qeyd etdi ki, hər bir millətin gələcəyi olan təhsilə ölkəmizdə böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə təhsilin inkişafı sahəsində mühüm işlər görülmüş, xeyli uğurlar əldə olunmuşdur. Yeni tikilmiş və ya təmir olunaraq yenidən qurulmuş, müasir texniki avadanlıqlarla təchiz olunmuş modern məktəb binaları, məktəblərdə hər şagirdə düşən kompüter sayının artması, ölkənin bütün ali məktəblərinin Boloniya prosesinə qoşulması və kredit sistemi ilə işləməsi, minlərlə tələbənin dövlət xətti ilə xarici ölkə universitetlərində, on minlərlə tələbənin isə dövlət sifarişi ilə Azərbaycanın ali məktəblərində təqaüd alaraq oxuması təhsilə göstərilən diqqət və qayğıya bariz nümunədir. Bütün bunlar həm də qara qızılın insan kapitalına çevrilməsi ilə bağlı ölkə başçısının məlum tezisinin uğurla həyata keçirilməsi deməkdir.
A.Saniç Türkiyə-Azərbaycan qardaşlığını daha da möhkəmləndirmək və Azərbaycanın təhsil sisteminə yenilik gətirmək məqsədi ilə Türkiyənin iş adamları tərəfindən qurulmuş "Çağ" Öyrətim Şirkətinin ümummilli lider Heydər Əliyevin göstərmiş olduğu etimada sədaqətlə 20 ildir ki, Azərbaycana xidmət etdiyini diqqətə çatdırdı. Bildirdi ki, şirkətin təhsil müəssisələrində təhsilini tamamlamış şagird və tələbələr hazırda həm ölkə daxilində, həm də xaricdə Azərbaycanın bir ulduz kimi parlaması üçün var qüvvələri ilə çalışırlar.
Rektor çıxışının sonunda "Təhsilimizin ulduzları" növbəti ənənəvi mərasimində kimlərin mükafatlandırılacağı haqqında məlumat verib, qonaqlara dəvəti qəbul edib gəldikləri üçün təşəkkür etdi.
Sonra respublika və beynəlxalq fənn olimpiadalarında, müsabiqələrində, layihə yarışmalarında mükafata layiq yerlər tutaraq medallar almış, orta təhsilini qızıl və gümüş medallarla başa vurmuş, qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, Prezident təqaüdünə layiq görülmüş şagird, müdavim və tələbələr qrup-qrup səhnəyə dəvət olunaraq onlara mükafatlar təqdim olundu.
Məlumat üçün bildirək ki, fənn olimpiadalarında I, II və III yerləri tutanlar müvafiq olaraq 1000, 1500 və 2000, qəbul imtahanlarında 600-dən yüksək bal toplayanlar isə 400, 600, 1000 və 3000 ABŞ dolları həcmində pul mükafatları və sertifikatlarla mükafatlandırılmışlar.
Fərqlənmiş şagird, müdavim və tələbələrə mükafatları Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun, Milli Məclisin deputatları Kəmalə Əliyeva, Etibar Hüseynov, Muxtar Babayev, "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, respublika kimya olimpiadası münsiflər heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, respublika fizika olimpiadası münsiflər heyətinin sədri, professor Mirzəli Murquzov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Dövlət Miqrasiya Xidmətinin sədr müavini Pərviz Musayev, Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov və başqaları təqdim etdilər.
Təqdimat mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq mükafatlandırılanları təbrik etdi. Tədbirdə sevincli anlar yaşadıqlarını vurğulayan təhsil naziri bu sevincin onlarda Azərbaycanın gələcəyi olan gəncləri təbrik etməkdən, onlarla birbaşa tanışlıqdan, "Çağ" Öyrətim Şirkətinin təhsil müəssisələrinin daha bir uğurunun şahidi olduqlarından yana yarandığını bildirdi. Nazir keçirilən tədbiri yüksək qiymətləndirib onun təşkilatçılarına təşəkkür etdi.
"Çağ" Öyrətim Şirkətinin ölkəmizdəki fəaliyyətinə toxunan Misir Mərdanov şirkətin ona ulu öndər Heydər Əliyev tərəfindən verilmiş etimadı sədaqətlə doğrultduğunu, ölkəmizdə fəaliyyət göstərdiyi 20 ildə Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini, təhsil sahəsində uğurlu islahatların həyata keçirilməsində onun təhsil müəssisələrinin örnək rolu oynadığını diqqətə çatdırdı və bütün bunlara görə şirkətin əməkdaşlarına təşəkkür etdi.
Azərbaycanın xalq yazıçısı  İlyas Əfəndiyevin "Körpüsalanlar" əsərini xatırladan təhsil naziri "Çağ" Öyrətim Şirkətinin əməkdaşları ilə Azərbaycan təhsil işçilərinin 20 illik birgə fəaliyyətini onunla müqayisə edərək həqiqətən 20 il ərzində bu insanların böyük zəhməti və əzmkarlığı hesabına bir millət  iki dövlət arasında uzun müddət sındırılmış körpünün təzədən bərpa edildiyini bildirdi və gələcəkdə bu körpünün daha geniş olacağına inamını ifadə etdi.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun və Ənvər Özərən də çıxış edərək mükafatlandırılanları təbrik etdilər.
Mərasimdə habelə fərqlənmiş şagird, müdavim və tələbələrin təhsil aldıqları tam orta məktəblərin direktorlarına plaketlər təqdim olundu.
"Tələbə baharı" festivalı və X Beynəlxalq Türk dili müsabiqəsinin mahnı nominasiyası üzrə qalibləri olan şagird və tələbələr öz çıxışları ilə mükafatlandırma mərasimini daha da rövnəqləndirdilər.
Sonda qaliblərlə xatirə şəkli çəkdirildi. 
Yusif ƏLİYEV

Ağdaş Özəl Türk Liseyində elektron lövhələrin təqdimatı olub.



“Ağıllı” lövhələr müasir biliklərə yiyələnməkdə vacib vasitədir.

  Mərasimdə Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri Lütvi Paşayev, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qalib Həsənov, həmçinin Ağdaş və ətraf rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları da iştirak ediblər. Tədbirdə liseyin müdiri Ramazan Tomay rəhbərlik etdiyi təhsil ocağının maddi-texniki bazasının möhkəmlənməsinə dair görülən işlər haqqında ətraflı məlumat verib. O, bildirib ki, “Çağ”ın bütün məktəbləri, o cümlədən Ağdaş Özəl Türk Liseyi tədris prosesində informasiya texnologiyaları vasitələrindən geniş istifadə edir. Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazlarla təchiz olunub. R.Tomay bu dərs ilindən başlayaraq, şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verən 15 interaktiv elektron lövhənin istifadəsinə başladıqlarını da qeyd edib. Onun sözlərinə görə, bu elekton lövhələr şagirdlərin müasir biliklərə tam yiyələnmələri üçün çox vacib vasitədir. Tədbirdə qonaqlara elektron lövhələr üzərində praktik olaraq müxtəlif fənlərin dərs nümunələri də nümayiş olunub. 
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=45441

25 Ekim 2012 Perşembe

Qafqaz Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib (Foto)


Bu gün Qafqaz Universitetində Milli İnternet Mükafatının - Milli Net 2012  - nin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Net təşkilatçıları və Qafqaz Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Milli Net Təşkilat Komitəsinin üzvləri Osman Gündüz və Ramin Orucov, Münsiflər Komissiyasının üzvü Abzətdin Adamov Milli Net haqqında məlumat veriblər. Milli Net –in Qaydaları və Müsabiqədə iştirak şərtləri haqqında, səsvermə prosesi haqqında, Nominasiyalar və məhdudiyyətlər haqqında geniş məlumatlar təqdimat iştirakçılarının diqqətinə çatdırılıb.
Milli Net təşkilatçıları toplantı iştirakçılarının suallarını cavablandırıblar.
Milli Net-in digər qurumlarda və təhsil müəssisələrində də Təqdimatlarnın kçeirilməsi nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, hazıqda Milli Net-də saytların qedyiyyatının başa çatmasına 28 gün qalıb. Müsabiqəyə indiyədək 13 Nominasiya üzrə 142 sayt təqdim olunub və onlardan 120-si yarışmaya buraxılıb.
Hazırda www.millinet.az saytında qeydiyyatdan keçən iştirakçılar Müsabiqəyə buraxılan saytlara şərhlər yazmaqla münasibıtlərini bildirə bilərlər.
Noyabrın sonunda saytların qeydiyyatının, dekabrın 1-ci yarısında saytların qiymətləndrimə prosesinin başa çatdırılması nəzərdə tutulub.
Qaliblərin mükafatlandırılması və təqdimat mərasimi dekabrın 2-ci ongünlüyündə keçiriləcək.

ABŞ səfiri Qafqaz Universitetində olub ABŞ səfiri Qafqaz Universitetində olub

Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açaraq qonağı bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Rektor çıxışında R. Morninqstarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsinə töhvə verəcəyinə ümidvar olduğunu bildirib.
  Tədbirdə ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstar çıxış edərək bildirib ki, Azərbaycanı çox bəyənir. O, Qafqaz Universitetindəki təhsil imkanlarından razı qaldığını bildirib.  

Elməddin
http://ucnoqta.az/ana_sehife/58354.html

Qafqaz Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib



  Qafqaz Universitetində Milli İnternet Mükafatının - Milli Net 2012  - nin təqdimatı keçirilib. Təqdimat mərasimində Milli Net təşkilatçıları və Qafqaz Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Milli Net Təşkilat Komitəsinin üzvləri Osman Gündüz və Ramin Orucov, Münsiflər Komissiyasının üzvü Abzətdin Adamov Milli Net haqqında məlumat veriblər. Milli Net –in Qaydaları və Müsabiqədə iştirak şərtləri haqqında, səsvermə prosesi haqqında, Nominasiyalar və məhdudiyyətlər haqqında geniş məlumatlar təqdimat iştirakçılarının diqqətinə çatdırılıb.
Milli Net təşkilatçıları toplantı iştirakçılarının suallarını cavablandırıblar.
Milli Net-in digər qurumlarda və təhsil müəssisələrində də Təqdimatlarnın kçeirilməsi nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, hazıqda Milli Net-də saytların qedyiyyatının başa çatmasına 28 gün qalıb. Müsabiqəyə indiyədək 13 Nominasiya üzrə 142 sayt təqdim olunub və onlardan 120-si yarışmaya buraxılıb.
Hazırda www.millinet.az saytında qeydiyyatdan keçən iştirakçılar Müsabiqəyə buraxılan saytlara şərhlər yazmaqla münasibıtlərini bildirə bilərlər.
Noyabrın sonunda saytların qeydiyyatının, dekabrın 1-ci yarısında saytların qiymətləndrimə prosesinin başa çatdırılması nəzərdə tutulub.
Qaliblərin mükafatlandırılması və təqdimat mərasimi dekabrın 2-ci ongünlüyündə keçiriləcək.
 

Qafqaz Universiteti xarici tələbələrə orientasiya proqramı keçirdi

23 Oktyabr tarixində 2012-2013-cü tədris ilində Qafqaz Universitetinə qəbul olmuş xarici tələbələrə orientasiya proqramı keçirilmişdir.
Proqramın açılış mərasimi universitetin rektoru Prof. Dr. Ahmet Saniçin səmimi sözləriylə başladıldı. 
Görüşdə xarici tələbələrə eyni zamanda universitetin Tədris İşləri üzrə Prorektoru, İçtimaiyyətlə Əlaqələr üzrə Prorektoru, Xarici Əlaqələr Ofisinin müdiri, Tədris Hissəsi müdiri və  Dil Tədris mərkəzinin müdiri tərəfindən universitetin təlim və tədris prosesləri, xarici tələbələrin Azərbaycanda viza və bank hesab prosedurları və bunun kimi bir çox əhəmiyyətli mövzular haqda ətraflı məlumat verildi. 
Görüşün sonunda universitetin əməkdaşları və xarici tələbələr arasında sadalanan mövzular ətrafında sual və cavablarla müzakirələr keçirildi.

http://iro.qu.edu.az/view_news.php?news=2627&lang=az

ABŞ səfiri Qafqaz Universitetində olub

Atif Eyvazov/AZADİNFORM. Qafqaz  Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunan səfiri Riçard Morninqstar ilə görüş  keçirilib. Məlumatı “Azadinform”a Qafqaz Universitetinin mətbuat xidmətindən veriblər.
Görüşdə Qafqaz Universitetinin rektoru Ahmet  Saniç səfirə ali təhsil ocağı haqqında məlumat verib. Rektor elmin mərkəzi sayılan ABŞ ilə təhsil sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin vacibliyini qeyd edib. A.Saniç səfirin fəaliyyəti dövründə Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. 
R.Morninqstar  bildirib  ki, səfir vəzifəsinə  təyin olunana  qədər  Azərbaycana  qısamüddətli  səfərləri çox  olub. Ölkəmizin bir çox bölgəsində olan səfir R.Morninqstar Azərbaycanı çox  bəyəndiyini bildirib.
Görüşdən sonra Qafqaz Universitetində tələbələr üçün yaradılan şərait, təhsilin keyfiyyəti, həmçinin istifadəyə verilən laboratoriyalarla yaxından tanış olan səfir buradakı təhsil  imkanlarından razı qaldığını bildirib. Həmçinin tələbə-müəllim mübadiləsində təhsil  proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd edib. Səfir Amerika- Azərbaycan arasında  təhsil sahəsində  qurulan  əlaqələrin gələcəkdə  də davam  etdiriləcəyinə  əminliyini vurğulayıb.
Sonra səfir tələbələri maraqlandıran  suallara cavab verib. Sonda A.Saniç R.Morninqstara  xatirə  plaketini təqdim edib.

ABŞ-ın ölkəmizdəki səfiri Qafqaz Universitetində


ABŞ-ın ölkəmizdəki  səfiri  Qafqaz  Universitetində

Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açaraq qonağı bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə etdi. 

Universitet haqqında qısaca məlumat verən rektor Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın, qazanılan təcrübənin vacibliyini , əhəmiyyətini xüsusi vurğuladı. Rektor çıxışının sonunda R.Morninqstarın buvaxta qədər Azərbaycanla olan yaxın əlaqəsinin bundan sonra səfir olaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. 
Tədbirdə ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstar çıxış edərək bildirdi ki, o, bu vəzifəyə təyin olunana qədər Azərbaycana qısamüddətli səfərləri çox olmuşdur. Ölkəmizin bir çox bölgələrində olan səfir R.Morninqstar Azərbaycanı çox bəyəndiyini bildirərək dövlətimiz haqqında xoş fikirlərini söylədi.Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki səfiri Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, təhsilin keyfiyyəti ilə həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış oldu. O, buradakı təhsil imkanlarından razı qaldığını bildirdi. Həmçinin tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd etdi. Səfir Amerika- Azərbaycan arasında təhsil sahəsində qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğuladı.
Səfir R.Morninqstar çıxışının sonunda tələbələri maraqlandıran suallara cavab verdi.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstara xatirə plaketini təqdim etdi.

ABŞ-ın Azərbaycandakı səfiri Qafqaz Universitetində olmuşdur

Bakı, 24 oktyabr (AzərTAc). Oktyabrın 24-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Qafqaz Universitetində olmuşdur.
AzərTAc xəbər verir ki, müəllim və tələbələrin iştirak etdikləri görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlər, təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə məlumat vermişdir. 
Görüşdən məmnun qaldığını qeyd edən R.Morninqstar ABŞ ilə Azərbaycan arasında əlaqələrdən və bu əlaqələrin əhəmiyyətindən danışmışdır. 
Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan səfir bu sahədə əməkdaşlığın genişləndirilməsinin, təhsil müəssisələri arasında tələbə, təcrübə mübadilələrinin önəmli olduğunu diqqətə çatdırmışdır. 
Sonra R.Morninqstar tələbələrin suallarını cavablandırmışdır.

ABŞ səfiri Qafqaz Universitetində görüş keçirib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib.
Universitetdən çərşənbə günü Trend-ə verilən məlumata görə, Qafqaz Universitetinin rektoru Ahmet Saniç Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Rektor R.Morninqstarın səfir olduğu müddətdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Morninqstar deyib ki, bu vəzifəyə təyin olunana qədər onun Azərbaycana qısamüddətli səfərləri çox olub. Səfir tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd edib. O, Amerika- Azərbaycan arasında təhsil sahəsində qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Səfir Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, təhsilin keyfiyyəti ilə həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış oldu. O, buradakı təhsil imkanlarından razı qalıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

ABŞ-ın səfiri Qafqazda

Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açaraq qonağı bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Universitet haqqında qısaca məlumat verən rektor Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə təhsil sahəsində əməkdaşlığın, qazanılan təcrübənin vacibliyini, əhəmiyyətini xüsusi vurğulayıb. Rektor çıxışının sonunda R.Morninqstarın bu vaxta qədər Azərbaycanla olan yaxın əlaqəsinin bundan sonra səfir olaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstar çıxış edərək bildirib ki, o, bu vəzifəyə təyin olunana qədər Azərbaycana qısa müddətli səfərləri çox olub. Ölkəmizin bir çox bölgələrində olan səfir R.Morninqstar Azərbaycanı çox bəyəndiyini bildirərək dövlətimiz haqqında xoş fikirlərini söyləyib.
 
Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki səfiri Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, təhsilin keyfiyyəti ilə həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış olub. O, buradakı təhsil imkanlarından razı qaldığını bildirib. Həmçinin tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin əhəmiyyətli olduğunu qeyd edib. Səfir Amerika- Azərbaycan arasında təhsil sahəsində qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb. Səfir R.Morninqstar çıxışının sonunda tələbələri maraqlandıran suallara cavab verib.
 
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstara xatirə plaketini təqdim edib.
Könül Kamilqızı

Riçard Morninqstar Qafqaz Universitetində olub

 24.10.2012,
Bu gün Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard  Morninqstar ilə görüş  keçirilib. Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb RzayevModern.az-a bildirib ki, Qafqaz  Universitetindəki görüş zamanı R. Morninqstar universitetdə tələbələr üçün yaradılmış şəraiti, təhsilin keyfiyyəti, həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından tanış olub, buradakı təhsil imkanlarından razı qaldığını bildirib.
Səfir Amerika ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Nihadə Eyyubova 
http://modern.az/articles/30278/1/

ABŞ-ın ölkəmizdəki səfiri ilə Qafqaz Universitetində görüş keçirilib

Qafqaz Universitetində ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüş keçirilib.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayevin Gün.Az-a verdiyi məlumata görə, görüşdə Qafqaz Universitetinin rektoru Ahmet Saniç  qonağı ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.

Rektor Amerikanın elmin mərkəzi sayılan bir dövlət olduğunu və bu ölkə ilə   təhsil sahəsində əməkdaşlığın, qazanılan təcrübənin vacibliyini, əhəmiyyətini  xüsusi vurğulayıb.

A.Şaniç R.Morninqstarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar  olduğunu bildirib.

R.Morninqstar bildirib ki, daha öncədən Azərbaycana qısamüddətli səfərləri çox  olub və ölkəmizi çox bəyənir.

Sonra səfir Qafqaz Universitetində tələbələr üçün yaradılmış şəraitlə, təhsilin  keyfiyyəti ilə həmçinin tələbələrin istifadəsinə verilmiş laboratoriyalarla yaxından  tanış olub və universitetin təhsil imkanlarından razı qaldığını bildirib.

Səfir tələbə-müəllim mübadiləsində təhsil proqramlarının daha da genişlənməsinin  əhəmiyyətli olduğunu qeyd edib, Amerika-Azərbaycan arasında təhsil sahəsində  qurulmuş əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Səfir tələbələri maraqlandıran suallara da cavab verib.

Tədbirin sonunda Qafqaz Universitetinin rektoru A.Saniç R.Morninqstara xatirə  plaketi təqdim edib.

Mirvari Kamilqızı
Gün.Az

24 Ekim 2012 Çarşamba

“AZƏRSUN HOLDINQ” “QAFQAZ” UNİVERSİTETİNİN TƏŞKİL ETDİYİ BEYNƏLXALQ KONFRANSI DƏSTƏKLƏDİ

“Azərsun Holdinq” hər zaman elmin inkişafını və bu yöndə atılan addımları dəstəkləyir. Buna görə də 11 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi və Türkiyə Yazarlar Birliyinin həmsədrliyi ilə Qafqaz Universitetində II beynəlxalq “Türk xalqları uşaq ədəbiyyatı” adlı beynəlxalq konfrans, şirkətlər qrupunun sponsorluğu ilə baş tutdu.
Konfransda Azərbaycan Respublikasının təhsil naziri professor Misir Mərdanov, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və başqaları iştirak etdilər.
Açılış mərasimində edilən çıxışçılardan sonar konfransı dəstəkləyən şirkət nümayəndələrinə təşəkkür plaketləri təqdim olundu. Təqdimetmə mərasimində “Azərsun Holdinq”i təmsilən İctimaiyyətlə Əlaqəər və Sosial Xidmətlər Şöbəsinin müdiri Afiq Səfərova təşəkkür plaketini Təhsil Naziri Misir Mərdanov təqdim etdi.
Mərasimdən sonnra isə tədbir plenar iclaslarla 3 gün davam etdi.

Birinci kurs tələbələri universitetin sosial həyatı ilə tanış olmuşlar

Bakı, 23 oktyabr (AzərTAc). Qafqaz Universitetində birinci kurs tələbələrinin təhsil müəssisəsinin sosial həyatı ilə tanışlığına həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə bildirilmişdir ki, universitetdə tələbələrin sosial-ictimai, mədəni, fiziki, elmi, tarix və incəsənət təmayüllü maraqlarına uyğun olaraq 18 klub və 4 özfəaliyyət dərnəyi fəaliyyət göstərir. Klublara üzv olan tələbələr hərtərəfli inkişaf edir və özlərini iş həyatına hazırlayırlar.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, tədbirdə özfəaliyyət dərnəkləri və maraq klublarının son beş ildəki fəaliyyətlərinə həsr olunan arxiv materialları əsasında hazırlanmış slayd-şou da nümayiş etdirilmişdir.
Sonra özfəaliyyət kollektivlərinin üzvləri konsert proqramı ilə çıxış etmişlər. 

“Müasir Azərbaycanın milli sərvəti - AŞIQ SƏNƏTİ” adlı tədbir keçirilib - FOTOLAR

Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi milli sərvətlərimizin qorunması və təbliği sahəsində yeni bir layihəyə start verib. “Müasir Azərbaycanın milli sərvəti – AŞIQ SƏNƏTİ” adlı layihə mütəmadi olaraq davam etdiriləcək.
İctimai Birlikdən Modern.az-a bildirilib ki,  silsilə tədbirlərdən birincisi ölkəmizdə yüksək reytinqə malik olan Qafqaz Universitetində keçirilib. Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyat, musiqi adamları, aşıq sənətini yaşadan insanlar iştirak ediblər.
Professor Məhərrəm Qasımlı aşıq sənəti barədə gənclərə ətraflı məlumat verib. Əməkdər incəsənət xadimi Ədalət Dəlidağlının,  Mehdi Məsimovun və gənc aşıqların ifasında aşıq havaları səsləndirilib.





http://modern.az/articles/30209/1/

Qafqaz Universitetində “Müstəqil Azərbaycanın milli sərvəti –aşıq sənəti” adlı tədbir keçirilmişdir. VİDEO



Bakı, 23 oktyabr (AzərTAc). Qafqaz Universitetində dövlət müstəqilliyimizin bərpasının 21-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycanın milli sərvəti - aşıq sənəti” adlı tədbir keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu təhsil müəssisəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi bölümü və mədəniyyət şöbəsi ədəbiyyat klubu tərəfindən təşkil olunmuş tədbirdə professor Məhərrəm Qasımlı aşıq sənəti barədə fikirlərini bildirmiş, onun əhəmiyyətini vurğulamışdır.
Tədbirdə iştirak edən aşıqların özünəməxsus ifaları böyük maraqla qarşılanmışdır.

“Təhsilimizin ulduzları” Qafqazda mükafatlandırıldı

Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi, Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr edilmiş "Təhsilimizin ulduzları" adlı tədbir keçirilib. "Çağ" Öyrətim İşlətmələri Şirkəti (GÖİŞ) və Qafqaz Universitetinin təşkilatçılığı ilə baş tutub.Tədbirdə müvafiq qurumların nümayəndələri, Milli Məclisin deputatları, alimlər, təhsil işçiləri, şagird və tələbələr iştirak edib.
Yığıncağı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, müdrik şəxsiyyətin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Təhsil naziri Misir Mərdanov da dahi rəhbər Heydər Əliyevin təhsilin inkişafına xüsusi əhəmiyyət verdiyini, ümummilli liderin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib. Azərbaycan-Türkiyə birliyini vurğulayan nazir ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamını xatırladıb. M.Mərdanov müəllim və şagirdlərə, tələbələrə təhsildə yeni nailiyyətlər arzulayıb.
 Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun isə müasir dünyada təhsilin mühüm rolu barədə söhbət açıb. Prezident İlham Əliyevin bu sahəyə böyük diqqət göstərdiyini bildirən səfir ölkələr arasındakı təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib. "Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən ÇÖİŞ-in təhsil müəssisələrində müvafiq sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. O qeyd edib ki, ÇÖİŞ-in təhsil müəssisələrinin şagirdləri ayrı-ayrı ölkələrdə keçirilən beynəlxalq fənn olimpiadalarında yüksək nəticələr əldə ediblər. 1994-cü ildən indiyədək liseylərin şagirdləri 95 qızıl, 154 gümüş və 225 bürünc olmaqla cəmi 474 medal qazanıblar. Respublika fənn olimpiadalarında isə şagirdlər 211 qızıl, 240 gümüş, 239 bürünc medala sahib olublar. Məzunların 99 faizi hər il dünyanın ən müxtəlif universitetlərinə qəbul olunurlar.
İRADƏ
http://www.reportyor.com/?cat=cemiyyet&id=9628

23 Ekim 2012 Salı

Təhsilimizin ulduzları dünyada sayrışırlar

Hər il Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkəti yeni dərs ilinin əvvəlində “Təhsilimizin ulduzları” adlı hesabat mərasimi keçirir.
Mərasimdə ölkəmizin təhsil sistemində özünəməxsus yeri olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təhsil müəssisələrinin tələbə adını qazanmış məzunların, beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş, bürünc medallar gətirən şagirdlərin, həmçinin Prezident təqaüdünə layiq görülənlərin əməyi qiymətləndirilir. Ötən şənbə də Qafqaz Universitetində 2011-2012-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi” adlı təqdimetmə mərasimi keçirildi.
Ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxundu. “Çağ”ın 20 illik fəaliyyəti ilə bağlı qısametrajlı filmin nümayişindən sonra bu və ya digər sahələr üzrə fərqlənmiş şagird və tələbələr səhnəyə dəvət olundular. Onlara mükafatları millət vəkilləri Kəmalə Əliyeva, Muxtar Babayev, Etibar Hüseynov, professor Şahlar Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Respublika Fizika Olimpiadası Təşkilat Komitəsinin sədri, professor Mirzəli Novruzov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, dövlət miqrasiya xidmətinin sədr müavini Pərviz Musayev, “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren, Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun və təhsil naziri prof. Misir Mərdanov təqdim etdilər.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, müdrik şəxsiyyətin ideyalarının ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. Onun sözlərinə görə, son illər qəbul edilən sərəncamların üçdə biri təhsillə bağlı olub. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bu sahədəki rolunu xüsusi vurğuladı.
“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri, dr. Enver Özeren bildirdi ki, “Çağ”ın əldə etdiyi uğurlar göz qabağındadır (Qeyd edək ki, “Çağ”ın şagirdləri beynəlxalq olimpiada yarışlarında 1994-cü ildən bu günə qədər 104 qızıl, 169 gümüş, 256 bürünc olmaqla 529  medal əldə ediblər). Onun sözlərinə görə, qazanılan müvəffəqiyyətlər “Çağ”a göstərilən etimada sədaqətlə çalışmağın nəticəsidir: “Azərbaycan Prezidentinin “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən razılığı, fəaliyyətimizin daha da genişləndirilməsini istədiyini deməsi və “Çağ” Öyrətim İşlətmələri ümummilli liderin əmanətidir” deməsi hamımızın məsuliyyətini daha da artırır və üzərimizə çox böyük məsuliyyətlər qoyur”. O eyni zamanda təhsilimizin ulduzlarının dünyada sayrışdıqlarını da vurğuladı. Onun fikrincə, bu amil həm də diaspor fəaliyyətimizdə də önəmli rol oynayır. Bu yaxınlarda ABŞ-ın Texas ştatının Hyuston şəhərində türkdilli xalqların ənənəvi mədəniyyət tədbiri olan “İpək Yolu” festivalından danışan Enver bəy bildirdi ki, orada Azərbaycanın milli mədəniyyət nümunələri, qədim tarixi abidələrini özündə əks etdirən stendi 50 min amerikalı maraqla izləyib: “Yeri gəlmişkən, onu da deyim ki, həmin ölkədə minillikləri özündə yaşadan abidələr yoxdur”.
Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun təhsildə fərqlənənlərin icitimaiyyətə bu şəkildə tanıdılmasını çox önəmli tədbir kimi xarakterizə etdi. Onun sözlərinə görə, dünyanın inkişafının təməlində təhsil dayanır. Bu mənada Azərbaycanın bu sahəyə önəm verməsi təqdirəlayiqdir. Daha sonra Azərbaycanda minlərlə Türkiyə vətəndaşının, Türkiyədə isə minlərlə azərbaycanlının təhsil aldığını vurğulayan səfir bu kimi əməkdaşlıqların daha da möhkəmlənəcəyini bildirib. O həmçinin iki ölkə arasındakı anlaşmalar arasında təhsillə bağlı anlaşmalara daha çox üstünlük verildiyini də vurğuladı.
Təhsil naziri prof. Misir Mərdanov belə bir tədbirdə iştirakından məmnun olduğunu dilə gətirdi: “Hər il “Çağ” bizə belə sevincli anlar yaşadır. Mən dəfələrlə demişəm, yenə deyirəm: “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyəti bütün təhsil müəssisələri üçün bir örnəkdir. Bu şirkətin Azərbaycan təhsilinin inkişafında xüsusi rolu olub. Bu şirkət Azərbaycan-Türkiyə arasında elə bir körpü salıb ki, o, ildən-ilə daha da möhkəmlənir, daha da genişlənir. Bu körpünün sonsuzluğadək genişlənəcəyinə əminəm”. O, “Çağ”ın keçdiyi 20 yolun ilk illərinin heç də asan olmadığını da dedi: “Amma çox şükürlər ki, “Çağ” öz fəaliyyəti ilə bir sıra ilklərə imza atmaqla Azərbaycanı, onun təhsilini beynəlxalq aləmdə, sözün həqiqi mənasında, tanıtdı”. O, bu kimi uğurlarda əməyi olan hər kəsə Təhsil Nazirliyi adından təşəkkür etdi.
Tədbirdə Qafqaz Universitetinin və Azərbaycan-Türkiyə özəl Liseylərinin özfəaliyyət kollektivi də maraqlı konsert proqramı ilə çıxış etdilər.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=45415

22 Ekim 2012 Pazartesi

Təhsilimizin ulduzları bir arada

 

Yüksələn təhsilimizin bayraqdarı – Azərbaycan məktəblisi

Hər il, bir ənənə olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Çağ” Öyrətim Şirkəti dərs ilinin başlanğıcında “Təhsilimizin ulduzları” adlı proqram keçirir. Proqramda Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe olan, ölkə təhsil sistemində özünəməxsus yeri və rolu olan “Çağ” Öyrətim şirkətinin təhsil müssisələrində məzun olmuş və yüksək bal toplayaraq seçdikləri ali məktəblərə qəbul olunmuş məzunlarla, həmçinin 2011-2012-cu dərs ilində beynəlxalq fənn və layihə olimpiadalarında yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş və bürünc medallar gətirən şagirdlərlə görüş keçirilir, onların qələbələri, əldə etdikləri nailiyyətlər mükafatlandırlır.
      Bu il keçirilən tədbir “Çağ” Öyrətim Şirkətinin Fəxri Baş Müəllimi ümummilli lider Heydər Əliyevin 90 illiyinə və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr olunaraq “Qafqaz” Universitetində geniş tədbir keçirildi. Əvvəlcə, ənənəvi olaraq Ümumilli Liderimiz və “Çağ” Öyrətim Şirkətinin Fəxri Baş Müəllimi Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və şəhid müəllimlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən, eləcədə 2012-cu il beynəlxalq fənn olimpiadalarında qazanılan qələbələr və məzunlarının ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nailiyyətlərdən bəhs edən qısametrajlı filmin nümayişi olundu. Tədbirdə giriş sözü ilə çıxış edən “Qafqaz” Universitetinin rektoru professor Ahmet Saniç Azərbaycanda təhsilə göstərilən diqqətdən və qayğıdan, universitetin əldə etdiyi nailiyyətlərindən danışdı. Sonra ardıcıl olaraq səhnəyə Azərbaycan-Türkiyə Özəl Liseylərinin və “Araz” Kurslarının 2012-ci ildə TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplamış şagirdləri, dinləyiciləri və Prezident Təqaüdünə layiq görülmüş məzunları, eləcə də respublika və beynəlxalq fənn və layihə olimpiadalrında medallar qazanmış şagirdləri dəvət ediblər. 
        2011-2012-cu tədris ilində beynəlxalq fənn olimpiadalarında yüksək nəticə əldə edən şagirdlərin və ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunların təltif edilməsi və mükafatlandırılması mərhələsinə keçildi. Təhsilimizin ulduzlarını millət vəkilləri Kəmalə xanım Əliyeva, Muxtar Babayev, Etibar Hüseynov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Respublika Fizika Olimpiadası Təşkilat Komitəsinin sədri, professor Mirzəli Novruzov, Respublika kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, Azərbaycan dövlət miqrasiya xidmətinin sədr müavini Pərviz Musayev, “Çağ” Öyrətim İşlətmələri idarə heyətinin sədri Enver Özeren, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun və Azərbaycan Respublikası təhsil naziri prof. Misir Mərdanov təqdim etdilər. 
Tədbirdə çıxış edən“Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri dr. Enver Özeren öncə, toplantı iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında qısa məlumat verdi. E. Özeren çıxışında bildirdi ki, burada qazanılan müvəffəqiyyətlər bizə göstərilən etimada sədaqətlə çalışmağımızın nəticəsidir. Bu məsuliyyəti üzərimizdə hiss edərək fəaliyyət göstərməyimiz Azərbaycanın təhsildə medallar aləminə yüksəlməsi deməkdir. Beynəlxalq bilik  olimpiadalarında və ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərən tələbələrimizi təbrik edirəm. Azərbaycan Prezidentinin “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən razılığı, fəaliyyətimizin daha da genişləndirilməsini istədiyini deməsi və “Çağ” Öyrətim İşlətmələri Ümummilli Liderin əmanətidir” deməsi hamımızın məsuliyyətini daha da artırır və üzərimizə çox böyük məsuliyyətlər qoyur. Bu yaxınlarda ABŞ-da keçirilən “İpək yolu” festivalından söhbət açan natiq bildirdi ki, orada Azərbaycanın milli mədəniyyət nümunələri, qədim tarixi abidələrini, minlərlə tələbələr, 50 min amerikalı maraqla izləyib. Orada Azərbaycan diasporası fəal çalışır. 
Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun çıxış edərək Azərbaycanda təhsilə olan diqqətdən, ölkənin inkişafı üçün təhsilin əhəmiyyətindən, Azərbaycan -Türkiyə əlaqələrindən, dostluğundan danışaraq bu dostluğun daha da möhkəmlənəcəyini bildirib.
Toplantıda Azərbaycan Respublikası təhsil naziri prof. Misir Mərdanov çıxış etdi. Nazir çıxışında bildirdi ki, “Çağ” Öyrətim İşlətmələri Azərbaycanda 20 ildir fəaliyyət göstərir. Hər il bizlərə belə sevincli anlar yaşadır. Bu gün də nümunəvi bir tədbir keçirərək bizi bir daha sevindirir, etimada sədaqətini doğruldur. Mən bunu dəfələrlə demişəm bir daha deyirəm “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyəti bütün təhsil müəssisələri üçün bir örnəkdir. Bu şirkətin Azərbaycan təhsilinin inkişafında xüsusi rolu olub. Bu şirkət Azərbaycan-Türkiyə arasında elə bir körpü salıb ki, bu körpü ildən-ilə daha da möhkəmlənir, daha da genişlənir. Əminəm ki, bu körpünün daha da sonsuzluğadək genişlənəcəyini görəcəyik. Bu uşaqların yetişməsində əməyi olan valideyinlərlə bərabər müəlimləri təbrik edirəm, onların hər birinə mohkəm cansağlığı müvəffəqiyyətlər diləyirəm. 
“Çağ” Öyrətim İşlətmələrinin rəhbərliyinə tədris müəssisələrində çalışan bütün kollektvinə minnətdarlığımı bildirirəm. 
Tədbirdə “Qafqaz” Universitetinin və Azərbaycan-Türkiyə Özəl Liseylərinin özfəaliyyət kollektivi də maraqlı konsert proqramı ilə çıxış edib.