Şərqşünaslıq İnstitutu ilə Qafqaz Universiteti arasında elmi əlaqələr genişlənir

Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz Universitetinin rektoru, prof.dr. Ahmet Saniç və həmin universitetin Pedaqogika fakültəsinin dekanı, dosent Erdal Karaman AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüblər. İnstitutdan “Azadinform”a verilən məlumata görə, görüşdə bu iki elm və təhsil müəssisəsi arasında əlaqələrin genişlənməsi perspektivləri müzakirə olunub və birgə elmi tədbirlərin keçirilməsi ilə bağlı konkret ilk addımlar atılıb.
Əldə olunan razılığa əsasən, Şərqşünaslıq İnstitutu və Qafqaz Universiteti noyabrın 21-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” adlı beynəlxalq konfrans keçirəcəklər. Bundan əlavə, tərəflər gələn il aprel-may aylarında “Mehmet Akifdən Hüseyn Cavidə türk ziyalıları” mövzusunda beynəlxalq konfransın təşkili ilə bağlı da razılıq əldə olunub. 
Görüşdə hər iki qurum tərəfindən birgə elmi tədbirlərin təşkili, elmi əsərlərin tərcüməsi və nəşri sahəsində görüləcək işlərin də perspektivləri müzakirə edilib.
http://www.azadinform.az/news/a-32037.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır