Qafqaz Universitetinin rektoru AMEA-nın Şərqşünaslıq İnstitutunu ziyarət edib.


 Noyabrın 1-də Qafqaz  Universitetinin  rektoru  professor  Ahmet Saniç və Universitetin pedaqoji  fakultəsinin dekanı dossent doktor  Erdal Karaman Azərbaycan Milli Elmlər Akademiyası  Şərqşünaslıq İnstitutunu ziyarət etdilər. 
Qonaqları qarşılayan institutun direktoru Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili professor Gövhər Baxşəliyeva Qafqaz Universitetinin rəhbərliyini institutda  görməkdən məmnunluq duyduqlarını  söylədi. Direktor Qafqaz Universitetinin günbəgün artan nüfuzundan bəhs etdi. Görüş zamanı Qafqaz Universitetinin rektoru Ahmet Saniç universitetdə keçirilən müxtəlif tədbirlərdən söz açdı. 
Sonra rektor Azərbaycanda və eləcə də dünyada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə birgə əməkdaşlıqlarından danışdı. Rektor daha sonra vurğuladı ki, Qafqaz Universiteti qədim keçmişi olan bu elm ocağı ilə bir neçə ildir əməkdaşlıq edir. Bu əməkdaşlıqların bariz nümunəsi birgə müəllim mübadiləsi, seminarlar və s. Sonra gələcəkdə nəzərdə tutulan beynəlxaq konfrans keçirilməsi barədə birgə qərara gəldilər . 
İlk olaraq noyabr ayının 21-də Nizami Gəncəvinin  870 –illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi və 2012-ci ilin may ayında   “Türk dünyasını aydınlatanlar Mehmet Akifdən Hüseyn Cavidə” adlı beynəlxalq konfransların keçirilmısinə qərar verilib.
                                                                                    
Qafqaz Universitetinin Mətbuat Xidməti.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır