"Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq konfrans keçiriləcək

01 November, 2012, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu Qafqaz Universiteti ilə birgə noyabrın 21-də "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq konfrans keçirəcək.
İnstitutdan cümə axşamı Trend-ə verilən məlumata görə, bu gün Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıc və həmin universitetin Pedaqogika fakültəsinin dekanı, dosent Erdal Karaman Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüblər.
Görüşdə bu iki elm və təhsil müəssisəsi arasında əlaqələrin genişlənməsi perspektivləri müzakirə olunub və birgə elmi tədbirlərin keçirilməsi ilə bağlı ilk konkret addımlar atılıb.
Əldə edilən razılığa əsasən, tərəflər gələn ilin aprel-may aylarında "Mehmet Akifdən Hüseyn Cavidə türk ziyalıları" mövzusunda beynəlxalq konfrans da təşkil edəcəklər.

http://az.trend.az/news/mvsb/2082988.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır