AMEA-nın Şərqşünaslıq İnstitutu və Qafqaz Universiteti birgə elmi konfranslar keçirəcək

Bakı – APA. Bu gün Qafqaz Universitetinin rektoru, prof. dr. Ahmet Sanıç və həmin universitetin Pedaqogika fakültəsinin dekanı, dosent Erdal Karaman AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. APA-nın xəbərinə görə, onlar Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşüblər. Görüşdə bu iki elm və təhsil müəssisəsi arasında əlaqələrin genişlənməsi perspektivləri müzakirə olunub və birgə elmi tədbirlərin keçirilməsi ilə bağlı konkret ilk addımlar atılıb. Əldə olunan razılığa əsasən, Şərqşünaslıq İnstitutu və Qafqaz Universiteti noyabrın 21-də «Nizami Gəncəvi və Şərq ədəbiyyatları» adlı beynəlxalq konfrans keçirəcək. Bundan əlavə, tərəflər arasında gələn il aprel-may aylarında «Mehmet Akifdən Hüseyn Cavidə türk ziyalıları» mövzusunda beynəlxalq konfransın təşkili ilə də bağlı razılıq əldə olunub. Şərqşünaslıq İnstitutunun və Qafqaz Universitetinin rəhbərləri birgə elmi tədbirlərin təşkili, elmi əsərlərin tərcüməsi və nəşri sahəsində görüləcək işlərin də perspektivlərini müzakirə ediblər.
http://az.apa.az/xeber_AMEA-nin_Sherqshunasliq_Institutu_ve__277198.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır