AMEA-nın Şərqşünaslıq İnstitutu əlaqələrini genişləndirir

Bakı, 1 noyabr (AzərTAc). Noyabrın 1-də Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç və həmin ali təhsil ocağının pedaqogika fakültəsinin dekanı, dosent Erdal Karaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olmuşlar.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, görüşdə hər iki elm və təhsil müəssisəsi arasında əlaqələrin genişlənməsi perspektivləri müzakirə olunmuş, birgə elmi tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə edilmişdir.
Bildirilmişdir ki, Şərqşünaslıq İnstitutu və Qafqaz Universiteti noyabrın 21-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları”, gələn ilin aprel-may aylarında isə “Mehmet Akifdən Hüseyn Cavidə türk ziyalıları” mövzularında birgə beynəlxalq konfransların təşkilini qərara almışlar.
Görüşdə birgə tədbirlərin keçirilməsi, elmi əsərlərin tərcüməsi və nəşri sahəsində görüləcək işlərin perspektivləri müzakirə edilmişdir.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde