Xəzər Mühəndisləri İctimai Birliyi 4-cü Yay Mühəndislik Düşərgəsini təşkil edir.

Xəzər Mühəndisləri İctimai Birliyi 4-cü Yay Mühəndislik Düşərgəsini təşkil edir. Layihənin sponsorları BP Exploration (Caspian Sea) Ltd və Qafqaz Universitetidir. 


XMİB yay düşərgəsi aşağıdakı məqsədlərlə keçirilir:
Tələbələrin akademik biliklərinin real sənaye heyatı ilə inteqrasiyası
Təkliflər irəli sürərək, iştirakçıların açıq-aşkar bir məqsəd seçmələrini təmin etmək.
Problemlərin həll edilməsi, zamanın idarə ediməsi, qrup rəhbərliyi və təzyiq altında iş bacarıqlarının inkişaf etdirilməsi.
Real lahiyələr əsasında komanda içində təcrübə.
Bilik və təcrübə bölüşməsi üçün peşakar mühəndislər ilə tələbələrin görüşlərinin təşkili.
Ağıllı, sosial cəhətdən aktiv, potensial gənc liderlərin inkişaf etdirilməsi.
Araşdırmalar əsasında real mühəndislik hissini yaşatmaq.
Yay düşərgəsində aşağıda adları qeyd olunan universitetlərdən 20 nəfər tələbə iştirak etmək hüququ qazanacaq.
Qafqaz Universiteti
Azərbaycan Dövlət Neft Akademiyası
Xəzər Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Bakı Dövlət Universiteti
Xaricdə yerləşən texniki universitet tələbələri
Seçim mərhələsi texniki biliyin yoxlanılması və müsahibədən ibarətdir. Düşərgə 6 gündən ibarət olmaqla Qafqaz Universitetinin ərazisində oğlanlar və qızlar üçün təşkil olunacaqdır. Düşərgənin maraqlı gündəlik programına əlavə olaraq, sənaye mərkəzlərinə, fabriklərə ekskursiyalar təşkil olunacaqdır. Programda real mühəndislik problemləri qiymətləndirilərək və müxtəlif həll yolları tapıllmağa çalışılacaq. İdarəetmə və mühəndislik haqqında bir çox çalışmalar təşkil olunacaqdır. Hər günün axırında maraqlı program və interaktiv oyunlar təşkil olunacaqdır. Düşərgənin hər bir günü müxtəlif şirkətlərin əməkdaşı olan mühəndislər tərəfindən idarə olunacaqdır. (BP, SOCAR, Azercell, Halliburton və s.)

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır