X Beynəlxalq Türk dili olimpiadasında Azərbaycan nümayəndə heyəti də iştirak edəcək



Mayın 30-dan iyunun 14-dək Türkiyədə ənənəvi Beynəlxalq Türk dili olimpiadası keçiriləcək.
Qafqaz Universitetinin mətbuat katibi Rəcəb Rzayevin Gün.Az-a verdiyi məlumata görə, X Beynəlxalq Türk dili olimpiadasında Azərbaycan nümayəndə heyəti də ölkəmizi təmsil edəcək.

Olimpiadaya, həmçinin aparıcı KİV əməkdaşları da qatılacaq.

R.Rzayev qeyd edib ki, olimpiadada 140 ölkədən minlərlə iştirakçı türk dilində şer söyləyəcək, rəqs edəcək və başqa kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdirəcəklər.

Olimpiadanın keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində türk dilinin gözəlliyini və əzəmətini nümayiş etdirmək, tanıtmaq və sevdirməkdir.

Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 2007-ci ildə olimpiadada “Atatürk Türk  Ödülü”nə layiq görülüb.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF