Türkiyənin milli müdafiə naziri Azərbaycanlı uşaqlarla görüşüb


İsmet Yılmaz
İsmet Yılmaz

Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz 10-cu Türk dili Olimpiadasında iştirak edən azərbaycanlı uşaqlarla bir araya gəlib.
Gün.Az Türkiyənin haberler.com portalına istinadən xəbər verir ki, İ.Yılmaz Olimpiada çərçivəsində Sivasa gələn azyaşlı qonaqlarla birgə nahar edib.

Nahar zamanı Olimpiada iştirakçılarının ifasında türkü və şeirləri dinləyən türkiyəli nazir “Bir millət, iki dövlət” prinsipini xatırladıb:

“Azərbaycanla Türkiyədən söz düşəndə “Bir millət, iki dövlət” ifadəsini müntəzəm eşidərik. Eyni zamanda, Bosniyaya, Makedoniyaya, Albaniyaya, digər yaxın ölkələrə getdikdə, orada da  bu məzmunda fikirlər səsləndirilir”.

İ.Yılmaz sözünün sonunda uşaqlara onların hər zaman ayırıcı deyil, birləşdirici məqamları qabartmalarını, təhsilə böyük diqqət yetirmələrini tövsiyə edib.

A.Zeynalov
Gün.Az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır