Türkiyəni necə gördüm

Türkiyəni necə gördüm

Mayın 30-da İstanbulda başlayan və iyunun 14-dək müxtəlif şəhərlərdə davam edəcək sayca 10-cu Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan uğurla təmsil olunur.
10-cu Beynəlxalq Türk Dili Olimpiadasına dünyanın 135 ölkəsindən 1500 məktəbli qatılmışdır. Əsas məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanış olmaq, onları bir araya gətirmək olan yarışmada şagirdlər inşa, qrammatika, nitq, xalq rəqsləri, şeir, rəsm, tamaşa, musiqi, dünyagörüşü daxil olmaqla 14 kateqoriyada çıxış etmişlər. Azərbaycanı bu olimpiadada təmsil edən 65 məktəbli də xüsusi fəallığı ilə seçilir.
Olimpiada çərçivəsində İstanbul Sərgi Mərkəzində yaradılmış pavilyonlarda iştirakçı ölkələrin mədəniyyətlərini, tarixi abidələrini, turizm obyektlərini, milli mətbəxini əks etdirən eksponatlar nümayiş olunmuşdur.
İstanbul Sərgi Mərkəzində Türkiyədən sonra ən böyük pavilyonla Azərbaycan təmsil olunmuşdur. Eksponatlarının zənginliyi ilə fərqlənən Azərbaycan pavilyonunda nümayiş olunan ölkəmizin tarixi abidələri olan Qız qalasının, Mömünə Xatun türbəsinin, Nizaminin məqbərəsinin, Şirvanşahlar sarayının, İçərişəhərin, Şəki Xan Sarayının maketləri, eləcə də xalqımızın mədəniyyətini, adət-ənənələrini əks etdirən müxtəlif məişət əşyaları, musiqi alətləri, milli geyim nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Azərbaycan pavilyonu ilə tanış olanlara milli şirniyyatımız, üçrəngli bayrağımız, ölkəmiz haqqında məlumatları əks etdirən bukletlər və disklər paylanmışdır.
Əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan olimpiadanın keçirilməsinə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ayrı-ayrı ölkələrdəki nümayəndələri fəal dəstək göstərirlər. Ölkəmizdən beynəlxalq müsabiqədə iştirak edən məktəblilərin seçimi Təhsil Nazirliyinin dəstəyi ilə “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən aparılmışdır. Seçim üçün Azərbaycan-Türkiyə özəl liseylərinin və digər məktəblərin şagirdləri arasında üç mərhələdə müsabiqə keçirilmişdir. Olimpiadada həmin müsabiqənin qalibləri, habelə bu ilin fevralında keçirilən “Ana dilini sevək, sevdirək” yarışmasında fərqlənənlər iştirak etmişlər.
10-cu Beynəlxalq Türk Dili Olimpiadasının dördüncü günü İstanbul Sərgi Mərkəzində Azərbaycana həsr olunan konsert proqramı keçirilmişdir. Minlərlə tamaşaçının qatıldığı tədbirdə məktəblilərimizin ifa etdiyi Azərbaycan və Türkiyə milli folkloruna aid xalq mahnıları, rəqslər, şeirlər tamaşaçıların böyük marağına səbəb olmuşdur.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən 10-cu Beynəlxalq Türk Dili Olimpiadasının keçirilməsinin təkcə türk dilinin təbliğinə deyil, eyni zamanda, bütün insanlar arasında sevginin, dostluğun artırılmasına, xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğulamışdır.
Tədbirdə Azərbaycan böyük bir nümayəndə heyəti ilə təmsil olunmuşdur. Olimpiadanı izləmək üçün ölkəmizdən Milli Məclisin deputatları, iş adamları, tanınmış incəsənət xadimləri, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və Qafqaz Universiteti tərəfindən dəvət olunmuş çoxlu sayda mətbuat nümayəndələri iştirak etmişlər.
Azərbaycanlı uşaqlar Türkiyənin digər şəhərlərində keçirilən yarışma və şənliklərdə də fəal iştirak edirlər. Olimpiada çərçivəsində müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrin qalibləri iyunun 9-da mükafatlandırılacaqlar. İyunun 14-də isə rəsmi bağlanış mərasimi ilə 10-cu Beynəlxalq Türk Dili Olimpiadası başa çatacaqdır.

Qeyd edim ki, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və Qafqaz Universitetinin olimpiadaya dəvət edilən jurnalistlər arasında mən də var idim.  İyunun biri olimpiadada “Azərbaycan günü”ndə iştirak etdikdən sonra qrup rəhbərimiz  Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev, qurumun nümayəndəsi Oğuz Rəhimov bizi Türkiyənin bəzi muzeyləri ilə tanış etdilər. İlk öncə getdiyimiz muzey Topqapı muzeyi oldu. Daha sonra İstanbulun fəthi, Panorama muzeyi və daha nələr.
Düzünü desəm, gəzintimiz çox maraqlı keçdi. Bütün yorğunluqlara ramən  İstanbulu gəzmək zövq verirdi. 
İlk gün...
Atatürk hava limanında düşərkən insan bir qədər qəribsədiyini hiss edir. Sanki tənhasan, kimsən yoxdur. Bir qədər yol yorğunluğu, bir qədər  hər zaman tanımadığın insanlara  ünsiyyət, yad məkan...insanın canı sıxılır. Saatlar keçdikcə öyrənirsən bu duruma.  İlk günümüz  İstanbul “Akvariuma ekskursiya ilə başladı. Daha sonra Topqapı muzeyi.. Hər zaman “Muhteşem yuz yıl” filmindən gördüyümüz Topqapı muzeyi əzəməti və möhtəşəmliyi ilə hər kəsin diqqətini cəlb edirdi. Burada dünyanın hər yerindən müxtəlif turistlər var idi. Muzey o qədər böyükdür ki, tamamilə gəzmək üçün saatlar kifayət etmirdi.  Hər gün minlərlə insanın ziyarət etdiyi Topqapı muzeyinə giriş qiymətləri də az deyil 25 lirə. Turistlər çox olduğu üçün bu ərazilərdə hər şeyin qiyməti bahadır. Ekskursiyanın gözəl keçməsində  çox böyük rolu Ayhan hocamız, hər birimizin  “nazını” çəkirdi desək yalan olmaz.  Axşama yaxın gəzinti bitdi və biz otelə qayıtdıq. Yorğunluq, gəzinti...sadəcə yatıb yuxunu almağa ehtiyac var idi. Çünki bizi sabah böyük gün gözləyirdi. 

2 iyun
Hə....Səhər açılır. Bizim gəlimişin əsl səbəbi  10-cu Beynəlxalq Türk Dili Olimpiadasında iştirak edən həmvətənlərimizə dəstək olmaqdı. Tədbirə hazırlaşırıq. İstanbul Sərgi Mərkəzi insanla qaynayır. Bütün türk dünyasından eləcə də, dünyanın 135 ölkəsindən nümayəndələr var. Dili dilimizdən, dini dinimizdən ayrı insanlar. Sərgi mərkəzində yuxarı başda ölkənin liderlərinin rəsimləri vurulub. Azərbaycana geniş yer verilib bu sərgidə.  İçərşəhər formasında olan maket bütün turistlərin diqqətinin cəlb edir. Ölkəmizi tanıdan, tarix və mədəniyyətimizlə bağlı kitablar, mətbəximizi əks etdirən şirniyyatlar paylanır qonaqlara. Onu da deyim ki, hamı Azərbaycanla çox maraqlanırdı. 
Sərgidə hamıdan gözəl guşənin Azərbaycan güşəsi olduğunu desəm yanlmaram.
Saat  2-də gənclərimizin hazırladığı konsert proqramı başlayır.  “Azərbaycan”, “Çırpınırdı Qara dəniz”, “Əziz dostum” mahnılarının sədaları altında insanın gözləri dolmaya bilmir. Onu da deyim ki, mən Azərbaycanla ilk dəfə burada fəxr etdim. Bizim gənclərimiz, bizim inanlarımız çox mükəmməldir.  
Konsert bitdi. Ayhan hocamıza təklif etdik ki, bizi bir qədər Taksimi gəzdirsin. Axı İstanbula gəlib, Taksimdə olmamaq haqszlıqdır. Saq olsun Ayhan hocamız nə qədər yorğun olsa da, qırmır bizi...İstanbulun gecələri çox maraqlı olur. Həyat qaynayır. Dünyanın hər yerindən insan tapmaq olar Taksimdə.  Gecə düşür, yorğunluq var üzərimizdə amma Taksimdən ayrılmaq istəmirik.  Amma geri qayıtmaq lazımdır. Çünki səhər son gündür və bizim hələ çox işimiz var...

Bu da Son...
İunun 3-ü hamı  alış-verişə getmək istəyir. Ayhan hocamızın isə bizə görə başqa proqramı var...Dəniz gəzintisi,  Panorama muzeyi. Necə olmasa da Ayhan hocamızın dediyinə əməl edirik. İl öncə Panorama muzeyi ...Bura daxil olanda sanki qeyri-adi vertual bir dünya açılır gözlərin önündə. Fateh Sultan Mehmet, Türkiyənin fəthi, toplar, silahlar və bunları tamamlayan musiqi. Sanki XII əsrdəsən. Bir qədər izlədikdən  muzeydən çıxrıq. Ayhan hocamızı bizi Dəniz turuna çıxarır. 1,5 gəzintidən sonra hamımız Eminönündəyik. Artıq İstanbuldan ayrılmağımıza saatlar qalıb. Ayhan hocamız da yorulub. Gözlərindən hiss olunur. Amma üzü gülür hər eyə ramən, hiss olunur ki, bizi incitmək istəmir. Bizdə Ayhan hocanın mülayimliyindən çox istifadə etdik. Gəzdik, dolandıq,alış-veriş etdik. Bəlkə də əsəbləşdirdik də onu, amma biruzə etmədi. Dözdü bizə.
Saat  22.00 Atatürk hava limanındayıq. Ayhan hocamız bizimlə vidalaşamağa da gəldi. Bütün prosedurları keçdikdən sonra, Ayhan hocamız bizimlə vidalaşıb getdi. Bizi isə yorğun bir yol gözləyirdi...
Artıq Bakıdayıq. O günlər yaddaşlarımızda qaldı. Bütün dostlar adından Qafqaz Universitetinə, Çağ Öğrətim Şirkətinə xüsusən də Ayhan hocaya minnətdarlığımızı bildiririk. Var olun!!!

İradə CƏLİLOVA
http://veteninfo.az/medeniyyet/4803.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır