Türkiyədə 10-cu Beynəlxalq Türk dili Olimpiadası başlayıb. Olimpiadada 135 ölkədən 1500-ə yaxın şagird qatılıb.



“Azadinform” xəbər verir ki,  “Çağ” Öyrətim Şirkəti  və Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup jurnalist Türkiyədə keçirilən olimpiadanın gedişini izləyib. Olimpiada çərçivəsində hər bir ölkənin tarixi, mədəniyyəti, qədim və görməli yerləri  və digər milli dəyərlərinin  nümayişi üçün sərgi təşkil edilib. Təkcə türk dilinin təbliğinə deyil, insanlar arasında sevgi, dostluq,  sülh və əminamanlığın yaranması, onların yaxın və mehriban şəraitdə yaşamalarına  xidmət edən olimpiada çərçivəsində təşkil edilən sərgidə Azərbaycan ən böyük stendlə təmsil olunub. Sərgidə Azərbaycanın milli mətbəxi, milli geyimləri nümayiş olunub, Azərbaycanın adət-ənənələri, tarixi yerləri barədə ziyarətçilərə geniş məlumat verilib.  
İstanbulda keçirilən tədbirdə “Çağ” Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən bildirib ki, sərgidə tədbirdə yaradılan ən böyük stend Azərbaycanla bağlı olub.  Onun sözlərinə görə, sərgini  gün ərzində 700 min nəfərə yaxın insan ziyarət edib. Burada Azərbaycanın qədim yerləri, sənət əsərləri, görməli yerləri, dəyərləri nümayiş olunur. 
Olimpiadanın əhəmiyyətindən bəhs edən Ə.Özərən bildirib ki, ənənəvi keçirilən olimpiadalarda ən çox medal qazanan  Azərbaycan şagirdləri olub.  Ə.Özərən olimpiada ilə bağlı keçirilən tədbirlərin Türkiyənin digər 67 bölgəsində də təşkil edildiyini söyləyib. Bu il də olimpiadada Azərbaycan şagirdlərinin qatıldığını diqqətə çatdıran Ə.Özərən qeyd edib ki, olimpiadada  məktəblilər Türkiyənin 25 bölgəsində türk dilində şeir söyləyəcək,  mahnı ifa edəcək və digər kateqoriyalar üzrə istedad və bacarıqlarını nümayiş etdirəcəklər. 
Ə.Özərən onu da açıqlayıb ki, dünyanın 150-dən artıq ölkəsində türk məktəbləri fəaliyyət göstərir: “Amma sevindirici hal oldur ki, bu məktəblərin ilk fəaliyyətinin xeyir-duasını ümummilli lider Heydər Əliyev verib. Onun xeyir-duası ilə fəaliyyət göstərən bu məktəblərin şagirdləri indi bayram əhvalını yaşayır”-deyən Ə.Özərən vurğulayıb ki, məktəblərin digər ölkələrdəki fəaliyyəti Azərbaycan və Türkiyə  diaspor təşkilatlarının möhkəmlənməsinə xidmət edəcək.  
Qeyd edək ki, olimpiada çərçivəsində həmçinin İstanbul Sərgi Mərkəzində Azərbaycan gününə həsr olunan tədbir təşkil olunub. Tədbirdə Türkiyə və Azərbaycanın dövlət və hökumət rəhbərləri, parlament üzvləri, iş adamları, tanınmış alimlər, yazıçılar iştirak ediblər. Azərbaycan gecəsində şagirdlərimiz şeir söyləyib, xalq və bəstəkar mahnıları, muğamlar oxuyub və rəqs ediblər. Əllərində 300-ə yaxın Azərbaycan bayrağı olan Azərbaycan və Türkiyə vətəndaşları şagirdlərimizin ifalarında məmnun qalıb, onları ayaq üstə alqışlayıblar. 
Xatırladaq ki, IX Beynəlxalq Türk Dili Olimpiadasında  Azərbaycan məktəbliləri  7 qızıl, 10 gümüş və 4 bürünc medal olmaqla, 21 medal qazanıblar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır