Türk dili Olimpiadasına qatılan azərbaycanlı uşaqlar Ordu şəhərində çıxış ediblər

10-cu Beynəlxalq Türk dili Olimpiadası çərçivəsində təşkil olunan müsabiqənin növbəti mərhələsi Ordu şəhərində keçirilib. 

Gün.Az Türkiyənin haberler.com portalına istinadən xəbər verir ki, Orduda təşkil olunan müsabiqədə 20 ölkədən 70 iştirakçı öz istedadını nümayiş etdirib.

Məlumata görə, müsabiqəyə qatılan ölkələrin qrupları Türk dilində və ana dillərində mahnılar səsləndirib, şeir söyləyib, Anadolu və milli rəqs nümunələri göstəriblər.

Qeyd olunur ki, Ordu şəhər stadionunda keçirilən müsabiqəni canlı izləyən Türkiyənin daxili işlər naziri İdris Naim Şahin proqramdan sonra iştirakçılarla görüşüb.

A.Zeynalov
Gün.Az
   

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde