Təhsildə uğurlarımız bizi ruhlandırır

Siyəzən Rayon İcra Hakimiyyətinin Başçısı Arif Qasımov “Dədə Qorqud” Özəl Türk Liseyinin müdiri Turan Güneri və bir qrup müəllim heyətini qəbul edib. 
Görüş zamanı Turan Güneri liseyin fəaliyyəti, şagirdlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplayaraq Azərbaycanın və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən ali məktəblərdə təhsillərini davam etdirmələrindən, Respublika və Beynəlxalq Fənn, eləcə də Layihə Olimpiadalarından medallar qazanmalarından, liseyin müasir təhsil texnologiyaları ilə təchiz olunmasından söhbət açıb. 
Təhsildə qazandığımız uğurlar bizi daha da ruhlandırır deyib. İcra Başçısı Arif  Qasımov  Siyəzən rayonunda təhsilə göstərilən diqqət və qayğıdan, görülən yenidənqurma  və abadlıq işləşrindən, rayon gənclərinin təhsillə bərabər idman sahəsində də uğurlar qazanmasında danışıb. 
Azərbaycanda fəaliyyət göstərən “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin  eləcə də “Dədə Qorqud” Özəl Türk Liseyinin təhsildə əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib. Onlara yeni-yeni nailiyyətlər arzulayıb. Görüşün sonunda liseyin müdiri Turan Güneri Siyəzən Rayon İcra Hakimiyyətinin Başçısı Arif Qasımova xatirə hədiyyəsi təqdim edib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF