“Qafqaz” Azərbaycan –Türkiyə Özəl Gimnaziyasında “Məzuniyyət günü” keçirildi


“Çağ” Öyrətim İşlətmələrinin digət tədris müəssisələrində olduğu kimi “Qafqaz” Azərbaycan –Türkiyə Özəl Gimnaziyasında “Məzuniyyət günü” şənliyi keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Respublikasının Himnini oxuyublar. Sonra “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətindən və keçdiyi inkişaf yolundan bəhs edən video çarx nümayiş olunub. Daha sonra Gimnaziyanın müdiri Serhat Aktaş tədbiri açıq elan edərək, məzunları təbrik edib. Təhsildə əldə etdikləri nailiyyətləri barədə danışıb. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Qulu Novruzov, Bakı Şəhəri İcra Hakimiyyətinin şöbə müdiri Fidumə Hüseynova, professor Məmmədəli Ramazanov və professor Zahid Qaralov “Çağ” Öyrətim İşlətmələrinin Azərbaycan təhsilindəki rolundan, əldə etdiyi uğurlardan, gələcəyin Nobel mükafatçılarının məhz “Çağ”ın təhsil müəssisələrində yetişəcəyindən, Azərbaycanlı şagirdlərə Beynəlxalq Fənn və Layihə Olimpiadalrından qızıl, gümüş və bürünc medallar qazandırmasından danışıblar. “Qafqaz” Azərbaycan –Türkiyə Özəl Gimnaziyasının Beynəlxalq Fənn və Layihə Olimpiadalarından medallar qazanmış şagirdlərə xatirə hədiyyələri təqdim ediblər.
Tədbirdə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri dr. Enver Özeren çıxış edərək rəhbərlik etdiyi şirkətin ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamasından, ötən 20 ildə etimada sədaqətlə xidmət edərək əldə etdiyi nailiyyətlər, “Çağ”ın təhsil müəssisələrini bitirən və təhsillərini xaricdə davam etdirən yetirmələrinin Azərbaycan-Türkiyə diasporalarında fəal iştirak etmələrindən, ölkəmizi ləyaqətlə təmsil etmələrindən, dünyanın Amerika Birləşmiş Ştatları, İngiltərə və Almaniya kimi bir çox ölkələrində fəaliyyət göstərən liseylərində azərbaycanlı müəllimlərin çalışmalarından, xarici ölkələrdə keçirilən təhsillə bağlı Beynəlxalq olimpiadalarda Azərbaycanı tanıtmaq üçün görülən işlərdən geniş söhbət açıb. Bu il təhsillərini başa vuran məzunları təbrik edib və onlara gələcək təhsillərində uğurlar diləyib. Azərbaycanımıza ləyaqətlə xidmət etməyi arzulayıb. Tədbirdə iştirak edən valideynlərdən Təranə Əliyeva da çıxış edərək, “Çağ” Öyrətim İşlətmələrinə əldə etdiyi nailiyyətlərinə, tədris müəssisələrində şagirdlər üçün hazırlanmış şəraitə, verdiyi təhsilə görə təşəkkürünü bildirib və gələk işlərində uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində məzunlar əziz müəllim, məktəb illəri və s. mahnılar oxuyub şeirlər söyləyiblər. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır