Məzunlarımızın İstanbul gəzisi təəssüratları

İstanbulda keçirilən Beynəlxalq Türk dili olimpiadasına qatılan məzunlarımızdan Ərəb dili və ədəbiyyatı məzunu Rəşad Baxışovun təəssüratlarını sizinlə bölüşmək istəyirik (şəkildə solda - Rəşad Baxışov):
Hələ orta məktəbdə ədəbiyyat dərsində Mahmud Kaşğarinin “Divani lüğət it-Türk” əsərini keçəndə belə bir cümlə xüsusilə yadımda qalmışdı. Deyilirdi ki, əsər peyğəmbərimizin “Türk dilini öyrənin, çünki onların uzun sürən hakimiyyəti olacaqdır” hədisi ilə başlayır. Yadımda qalsa da o vaxt bu məsələ mənim üçün bir o qədər də ciddi görünməmişdi. Əksəriyyət hesab edirdi ki, burada Osmanlı dövrü nəzərdə tutulub və artıq vaxtı keçib.
Bugün isə fərqli insanların (rəngindən, irqindən asılı olmayaraq malaziyalı, ingilis, ukraynalı və s. yüzlərlə gəncin) Türk dilində danışıb anlaşmasının şahidi olanda düşünürəm ki, bəlkə də hələ vaxtı çatmayıb.

İstanbulda təşkil olunan Beynəlxalq Türkçə Olimpiyadalarına bu il 135 ölkədən 1500 iştirakçı gəlmişdi. İzdihama qarışaraq o coşğunu canlı yaşamaq sözlərlə ifadə olunmayacaq bir başqa duyğu idi. Bundan başqa Azərbaycandan olan iştirakçıların aktivliyi, Azərbaycan mədəniyyətinin geniş şəkildə tanıdılması, milliyyətindən asılı olmayaraq əksəriyyətin əlində Azərbaycan bayraqlarını görmək olduqca qürurverici idi.

Fotolardan, videolardan çox görüb izləmişdim. Orda olmağım bir başqa idi. Buna görə Universitetimizin Məzun Kordinasiya şöbəsinə, xüsusilə İsmayıl Murguzov və Anar Məmişova xüsusi təşəkkürlər.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde