Əli Həsənov Qafqaz Universitetində seminar verdi.

7 iyun 2012 tarixində Qafqaz Universitetində aylıq seminar keçirilmişdir. Universitetin rektoru professor Ahmet Saniç kürsüdən seminar iştirakçılarını salamladıqdan sonra  bildirdi ki, Universitetdə aylıq seminarlar  artıq ənənə halını alıb. Hər ay universitet rəhbərliyinin dəvəti ilə Azərbaycanın və dünyanın   tanınmış alimləri, səfirlər, ictimai xadimlər tələbələrin görüşünə gələrək onları maraqlandıran mövzular ətrafında çıxış edirlər, tələbə və müəllimlərin suallarını  cavablandırırlar. 
Bu dəfə ki seminarın məruzəçisi Azərbaycan Respublikası Baş nazirinin müavini  cənab Əli Həsənovdur. Məruzəçinin mövzusu "Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" olduğunu dedi .Sonra məruzəçi söz alaraq kürsüdən məruzə ilə çıxış etdi . 
Məruzəsində Əli Həsənov qonşularımız olan ermənilərin xalqımızın başına gətirdiyi hadisələrin xronologiyasından bəhs etdi. Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar. Ermənilər öz planlarını mərhələ-mərhələ həyata keçirmişlər. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş Irəvan xanlığı (sonradan Irəvan quberniyası) ərazisində kiçik bir Ermənistan Respublikasını yaratmış, XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovuldu, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salındılar. Ermənistan silahlı qüvvələrinin 1988-1992-ci illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən məcburi köç etmişlər. 
Əli Həsənovun məruzəsindən sonra Çağ Öyrətim şirkətinin sədri Enver Özeren Universitetə gəlməsindən dolayı təşəkur etdi. Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırdı. Qonağa Qafqaz Universitetinin fəxri plaketi təqdim edildi.

 
Qafqaz Universitetinin Mətbuat xidməti.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde