Jurnalistlərimiz Türkiyədə Azərbaycan mədəniyyətini tanıtma tədbirinə qatılıblar

Türkiyədə hər il keçirilən Beynəlxalq Türk dili olimpiadası start götürüb. Bu il 10 illik yubileyini qeyd edən olimpiada iyunun 14-dək davam edəcək. “Qafqazinfo”nun məlumatına görə, Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu olimpiadaya 140 ölkədən minlərlə iştirakçı qatılıb.
İştirakçılar türk dilində şer söyləyir, rəqs edir və başqa kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdirirlər. Olimpiadanın keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində türk dilinin gözəlliyini və əzəmətini nümayiş etdirmək, tanıtmaq və sevdirməkdir. Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb.

Qeyd edək ki, X Türk Dili Olimpiadasının açılış mərasimində iştirak etmək üçün “Çağ” Öyrətim İşlətmələri Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup mətbuat nümayəndəsi qardaş ölkəyə səfər edib. İyunun 1-dən 3-dək davam edəcək səfər çərçivəsində Azərbaycan media nümayəndələri bu gün Beynəlxalq Türk Dil Olimpiadası ilə bağlı tədbirlərə qatılıb, olimpiada çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyətini tanıtma tədbirində iştirak ediblər.

Nigar Məmmədli
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır